Məhkəmə qərarları › İş №e-2(010)-108/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-108/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-108/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə Bank "xxxx" ASC) Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və s.” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli XDEN-00039-05/19A saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 Bank "xxxx" ASC tərəfindən illik 23%-lə 36 ay müddətinə 62.000 manat məbləğində kredit verilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 120 nömrəli reyestr kitabının 11311 nömrli vərəqində qeydiyyata alınmışdır.

3. 15 noyabr 2019-cu il tarixli XDENG-00039-1-05/19A №-li ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi (RX seriyalı 0272634) Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 36 ay müddətinədək müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 120 nömrəli reyestr kitabının 11310 nömrli vərəqində qeydiyyata alınmışdır.

6. 15 noyabr 2019-cu il tarixli XDENG-00039-2-05/19A №-li ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi (RX seriyalı 0272608) Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 36 ay müddətinədək müəyyən edilmişdir.

8. xx.xx.2022-ci il tarixli bankın xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə banka olan borcun tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

9. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka 50.292,76 manat əsas, 7479,27 faiz, 21.603,96 manat cərimə olmaqla, cəmi 79.375,99 manat borcu vardır.

10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 yanvar 2023-cü il tarixli, 370/E №-li qiymətləndirici rəyində qeyd olunmuşdur ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin likvid dəyəri 70000 (yetmiş min) manat müəyyən edilmişdir.

İşin faktiki halları

11. Cavabdeh1 ilə Bank "xxxx" ASC arasında 15 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin bağlanması, həmin kredit müqaviləsi üzrə cavabdehə 62.000 manat məbləğində kredit verilməsi, borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki torpaq sahələrinin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi işin mübahisəsiz halıdır.

İddia tələbi

12. İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, XDEN- 00039-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə olan 50.292,76 manat əsas borc, 7479,27 manat faiz borcu, 21.603,96 manat dəbbə borcu, ümumilikdə 79.375,99 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 329 manat dövlət rüsumu, 0.49 manat bank xidməti haqqının Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulmasına, Cavabdeh2 ilə bağlanan xx.xx.2019-cu il tarixli XDENG-00039-1-05/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə; həmçinin Cavabdeh2 ilə bağlanan xx.xx.2019-cu il tarixli XDENG-00039-2-05/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, torpaq sahələrinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, torpaq sahələrinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

13. İddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli XDEN-00039-05/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 62 000 manat məbləğində krediti illik 23 faizlə 36 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və krediti xx.xx.2022-ci il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçı ilə XDENG-00039-1-05/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00039-05/19A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Promo” filialı Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli XDENG-00039-1-05/19A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Həmçinin kreditin təminatı qismində Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla XDENG-00039-2-05/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00039-05/19A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Promo” filialı Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli XDENG-00039-2-05/19A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 50.292,76 manat, faizlərin məbləği 7479,27 manat, dəbbə borcu 21.603,96 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2022-ci il tarixinə ümumi borcu 79.375,99 manat təşkil edir.

Tərəflərin izahatları

14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

15. İddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 29. Mülkiyyət hüququ İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarıın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı

Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarı

Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

21. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi

22. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

23. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank cavabdehdən borcun ödənilməsini tələb edir.

24. Məhkəmə iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli XDEN-00039-05/19A saylı Kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, ləğv olunması tələb olunan kredit müqaviləsinin müddəti 15 noyabr 2022-ci il tarixdə bitdiyi üçün iddia tələni həmin hissədə təmin edilə bilməz.

25. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 kredit müqaviləsi üzrə 50292,76 manat əsas və 7479,27 manat faiz borcunun tutulması barədə tələb əsaslıdır, lakin cərimə pulu yüksəkdir.

26. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 21.603,96 manat dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 1000 manat müəyyən edilməlidir.

27. xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, Bank "xxxx" ASC tərəfindən Cavabdeh2 borcun ipoteka predmeti olan torpaq sahələrinə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildirişlər qeydə alınması üçün ərizə ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və xx.xx.2021 və xx.xx.2021ci il tarixdə bildirişlər qeydə alınmışdır.

28. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus torpaq sahələri iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş torpaq sahələrinə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

29. Məhkəmə tərəfindən ipoteka predmetlərinin məbləğinin müəyyən edilməsi məqsədilə müstəqil qiymətləndirici təyin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin likvid dəyəri 70.000 manat müəyyən edilmişdir. Ona görə də hesab olunur ki, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin (RX seriyalı 0272634) ilkin satış qiyməti 70.000 manat və Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin (RX seriyalı 0272608) ilkin satış qiyməti 70.000 manat kimi göstərilməlidir.

30. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz.

31. Məhkəmə ipoteka predmetləri satıldıqdan sonra torpaq sahələrinin boşaldılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə təmin olunmalı və torpaq sahələri boşaldılmalıdır.

Məhkəmə xərcləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 329 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

35. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 243 manat məbləğində pul Cavabdeh1 iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 86 manat hissəsi iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə

36. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə 50292,76 manat əsas, 7479,27 manat faiz, 1000 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 58.772,03 manat məbləğində borc iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə (RX seriyalı 0272634) və Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə (RX seriyalı 0272608) yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin (RX seriyalı 0272634) ilkin satış qiyməti 70.000 manat və Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin (RX seriyalı 0272608) ilkin satış qiyməti 70.000 manat müəyyən edilməli, ipotekaya qoyulmuş torpaq sahələri açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 58.772,03 manat məbləğində borc iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, qalan məbləğ müvafiq olaraq Cavabdeh2 qaytarılmalı, ipotekaya qoyulmuş torpaq sahələri satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılmalı, iddia qalan hissədə rədd edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh1 15 noyabr 2019-cu il tarixli XDEN-00039-05/19A saylı kredit müqaviləsi üzrə 50.292,76 manat əsas, 7479,27 manat faiz, 1000 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 58.772,03 (əlli səkkiz min yeddi yüz yetmiş iki manat üç qəpik) manat məbləğində borc iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə (RX seriyalı 0272634) və Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə (RX seriyalı 0272608) yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin (RX seriyalı 0272634) ilkin satış qiyməti 70.000 (yetmiş min) manat və Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin (RX seriyalı 0272608) ilkin satış qiyməti 70.000 (yetmiş min) manat müəyyən edilsin. İpotekaya qoyulmuş torpaq sahələri açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 58.772,03 (əlli səkkiz min yeddi yüz yetmiş iki manat üç qəpik) manat məbləğində borc iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ müvafiq olaraq Cavabdeh2 qaytarılsın. İpotekaya qoyulmuş torpaq sahələri satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 243 (iki yüz qırx üç) manat məbləğində pul Cavabdeh1 iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 86 (səksən altı) manat hissəsi iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar