Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-111/2025 28.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas kаtibliyi İddiaçı Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti və X4 üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinə qarşı (üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X4) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 35 saylı notariat kontoru tərəfindən verilmiş 8i-9694 sayli xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər məhkəməyə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişini təqdim edərək, məhkəmədən sazişi təsdiq etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: 1.1 İddiaçı, cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X3, maraqlı şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X4 ilə qarşılıqlı razılığa gələrək hazırda Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-111/2025 saylı, Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2398/2025 mülki iş üzrə iddialardan imtina edir. 1.2 Maraqlı şəxs "xxxx" ASC, İddiaçı ilə razılığa gələrək Suraxanı Rayon İcra şöbəsinin və Xəzər Rayon İcra şöbəsinin icraatında 8İ-9694 reyestr nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin icra hərəkətlərini “İcra Haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən dayandırır. İpoteka qoyan İddiaçı ipoteka predmetinin balansa götürdükdən sonra ödənilməli olan 13.370,44 manat vəsait onun "xxxx" ASC-də olan bank hesabına köçrülür. 1.3 Maraqlı şəxs "xxxx" ASC İddiaçı ilə razılığa gələrək "xxxx" ASC-ın balansında olan Bakı Şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, ev 100H, Yeni qaydalarla : AZ 1045, ünvan 1 ünvanında yerləşən 301,90 m2 fərdi yaşayış evini və 0.07 ha torpaq sahəsini (reyest № **********48-10301) 133.875 manata notariat qaydada təsdiqlənən nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı satır. İddiaçı ilkin olaraq 53.370,44 manat ödəniş edir, qalıq 80.504,56 manat pulu 12 ay müddətinə (son müddət xx.xx.2026-cı il) banka ödəməyi öhdəsinə götürür. 1.4 İddiaçı 6 ay ərzində 40.000 manat ödəniş etmədiyi halda ödənilmiş ilkin ödəniş geri qaytarmaqla "xxxx" ASC-nin icra hərəkətlərini bərpa etmək hüququ yaranır. (Barışıq sazişi bağlandığı andan sonra, iddiaçının bank hesabına ödənilmiş pul vəsaiti, daşınmaz əmlakın boşaldılaraq Banka təhvil verilməsi prosesindən sonra geri qaytarılacaqdır). 2.1 Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. 2.2 Tərəflərdən biri bu Sazişin 1.1-1.4-ci bəndləri ilə üzərinə düşən vəzifələrini icra etmədikdə və ya lazımi şəkildə icra etmədikdə həmin vəzifələrin icrası ilə bağlı icra vərəqəsinin verilməsi barədə məhkəməyə müraciət ediləcəkdir. 2.3 Bu Saziş tərəflərin hər birində bir nüsxə və məhkəmədə bir nüsxə qalmaqla eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədən ibarət tərtib edildi. Məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda qeyd edilmiş şərtlərlə bağlanmış bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş üzrə tərəflərə barışıq sazişinin hüquqi nəticələri izah edilmişdir. Tərəflər sazişin istəklərinə uyğun olduğunu, onların iradələrini ifadə etdiyini və heç bir hüquqlarını pozmadığını qeyd etmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işə məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Belə ki, barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi iş üzrə tərəflər olan şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi. Maddə 122. İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi. 122.3. Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, barışıq sazişində məhkəmə xərclərinin ödənilməsi məsələsi həll edilməmişdir. Belə olan halda məhkəmə xərcləri ilə bağlı məsələ məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 99.60 (doxsan doqquz manat altmış qəpik) məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinə qarşı (üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X4) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: 1.1 İddiaçı, cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X3, maraqlı şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X4 ilə qarşılıqlı razılığa gələrək hazırda Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-111/2025 saylı, Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2398/2025 mülki iş üzrə iddialardan imtina edir. 1.2 Maraqlı şəxs "xxxx" ASC, İddiaçı ilə razılığa gələrək Suraxanı Rayon İcra şöbəsinin və Xəzər Rayon İcra şöbəsinin icraatında 8İ-9694 reyestr nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin icra hərəkətlərini “İcra Haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən dayandırır. İpoteka qoyan İddiaçı ipoteka predmetinin balansa götürdükdən sonra ödənilməli olan 13.370,44 manat vəsait onun "xxxx" ASC-də olan bank hesabına köçrülür. 1.3 Maraqlı şəxs "xxxx" ASC İddiaçı ilə razılığa gələrək "xxxx" ASC-ın balansında olan Bakı Şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, ev 100H, Yeni qaydalarla : AZ 1045, ünvan 1 ünvanında yerləşən 301,90 m2 fərdi yaşayış evini və 0.07 ha torpaq sahəsini (reyest № **********48-10301) 133.875 manata notariat qaydada təsdiqlənən nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı satır. İddiaçı ilkin olaraq 53.370,44 manat ödəniş edir, qalıq 80.504,56 manat pulu 12 ay müddətinə (son müddət xx.xx.2026-cı il) banka ödəməyi öhdəsinə götürür. 1.4 İddiaçı 6 ay ərzində 40.000 manat ödəniş etmədiyi halda ödənilmiş ilkin ödəniş geri qaytarmaqla "xxxx" ASC-nin icra hərəkətlərini bərpa etmək hüququ yaranır. (Barışıq sazişi bağlandığı andan sonra, iddiaçının bank hesabına ödənilmiş pul vəsaiti, daşınmaz əmlakın boşaldılaraq Banka təhvil verilməsi prosesindən sonra geri qaytarılacaqdır). 2.1 Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. 2.2 Tərəflərdən biri bu Sazişin 1.1-1.4-ci bəndləri ilə üzərinə düşən vəzifələrini icra etmədikdə və ya lazımi şəkildə icra etmədikdə həmin vəzifələrin icrası ilə bağlı icra vərəqəsinin verilməsi barədə məhkəməyə müraciət ediləcəkdir. 2.3 Bu Saziş tərəflərin hər birində bir nüsxə və məhkəmədə bir nüsxə qalmaqla eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədən ibarət tərtib edildi. İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinə qarşı (üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X4) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 99.60 (doxsan doqquz manat altmış qəpik) məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(010)-111/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-111/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver