Məhkəmə qərarları › İş №e-2(010)-1137/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1137/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1137/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********70544 İphone 11 markalı telefon üçün 1777.5 manat ödənilməmiş hissə, 177.5 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********34380 İphone 11 markalı telefon üçün 1270.34 manat ödənilməmiş hissə, 127.66 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********66135 Samsung Galaxy A12 markalı telefon üçün 196.65 manat ödənilməmiş hissə, 19.35 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********33467 X1 10S markalı telefon üçün 56.26 manat ödənilməmiş hissə, 5.74 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********90321 Samsung Galaxy A03S markalı telefon çün 41.1 manat ödənilməmiş hissə, 4.9 manat cərimə, ümumilikdə 3677 manat borc və 56.77 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh, “ABC TELECOM’’ MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən İmei kod **********70544 İphone 11 markalı telefon, İmei kodu **********34380 İphone 11 markalı telefon, İmei kodu **********66135 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********33467 X2 10S markalı telefon və İmei kodu **********90321 Samsung Galaxy A03S markalı telefon almış və nəticədə 3677 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2133 manat olan İmei kod **********70544 İphone 11 markalı telefon üçün 1955 manat olmaqla ondan, 1777.5 manat ödənilməmiş hissə, 177.5 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2077.74 manat olan İmei kodu **********34380 İphone 11 markalı telefon üçün 1398 manat olmaqla ondan 1270.34 manat ödənilməmiş hissə, 127.66 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 391.14 manat olan İmei kodu **********66135 Samsung Galaxy A12 markalı telefon üçün 216 manat olmaqla ondan 196.65 manat ödənilməmiş hissə, 19.35 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1020.6 manat olan İmei kodu **********33467 X2 10S markalı telefon üçün 62 manat olmaqla ondan 56.26 manat ödənilməmiş hissə, 5.74 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 143.92 İmei kodu **********90321 Samsung Galaxy A03S markalı telefon üçün 46 manat olmaqla ondan 41.1 manat ödənilməmiş hissə, 4.9 manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2424.55 manat təşkil edir.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 2133 manat məbləğində İmei kod **********70544 İphone 11 markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 118.5 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

6. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 2077.74 manat məbləğində İmei kodu **********34380 İphone 11 markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 115.43 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 391.14 manat məbləğində İmei kodu **********66135 Samsung Galaxy A12 markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 21.73 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

8. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 1020.6 manat məbləğində İmei kodu **********33467 X1 10S markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 56.7 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

9. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 143.92 manat məbləğində İmei kodu **********90321 Hofmann Ətçəkən əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 10.28 manat olmaqla, 14 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

10. xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 1777.5 manat ödənilməmiş hissə, 177.5 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 1270.34 manat ödənilməmiş hissə, 127.66 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 196.65 manat ödənilməmiş hissə, 19.35 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 56.26 manat ödənilməmiş hissə, 5.74 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 41.1 manat ödənilməmiş hissə, 4.9 manat cərimə, ümumilikdə 3677 manat borcu vardır.

11. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğinin ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

12. İşin hallarından görünür ki, tərəflər arasında müqavilə münasibətləri mövcuddur. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə İmei kod **********70544 İphone 11 markalı telefon, İmei kodu **********34380 İphone 11 markalı telefon, İmei kodu **********66135 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********33467 X1 10S markalı telefon və Hofmann Ətçəkən təqdim edilmiş və o, həmin məhsulların dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh ödəniş qrafikinə əməl etməyib, müqavilə üzrə ödəməli olduğu pulu ödəməyib.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

15. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

16. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan məhsulları - İmei kod **********70544 İphone 11 markalı telefon, İmei kodu **********34380 İphone 11 markalı telefon, İmei kodu **********66135 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********33467 X1 10S markalı telefon və Hofmann Ətçəkəni cavabdehə vermişdir. Cavabdeh isə beş müqavilə üzrə borclu olduğu məbləği ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürsə də, lakin həmin öhdəlikləri icra etməmişdir. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcuddur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırki beş müqavilə üzrə borc məbləğini tələb etməkdə haqlıdır.

17. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb edilən 177.5 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb edilən 127.66 manat cərimə borclarına münasibətdə qismən əsaslıdır.

18. Məhkəmə cavabdehin üzərində beş nisyə alqı-satqı müqavilələri üzrə əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə əsas borca münasibətdə yüksək olmasını nəzərə alaraq hesab edir ki, dəbbə pulu (penya) azaldılmalı və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 100 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 100 manat cərimə həddində müəyyən edilməlidir.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 56.77 manat dövlət rüsumunun 55.71 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

22. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Həbı̇ bova Rəvanə İbrahı̇ m qızından xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1777.5 manat ödənilməmiş hissə və 100 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1270.34 manat ödənilməmiş hissə və 100 manat cərimə, xx.xx.2022ci il tarixli müqavilə üzrə 196.65 manat ödənilməmiş hissə və 19.35 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 56.26 manat ödənilməmiş hissə və 5.74 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 41.1 manat ödənilməmiş hissə və 4.9 manat cərimə olmaqla cəmi 3571.84 (üç min beş yüz yetmiş bir manat səksən dörd qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Həbı̇ bova Rəvanə İbrahı̇ m qızından xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1777.5 manat ödənilməmiş hissə və 100 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1270.34 manat ödənilməmiş hissə və 100 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 196.65 manat ödənilməmiş hissə və 19.35 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 56.26 manat ödənilməmiş hissə və 5.74 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 41.1 manat ödənilməmiş hissə və 4.9 manat cərimə olmaqla cəmi 3571.84 (üç min beş yüz yetmiş bir manat səksən dörd qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 56.77 manat dövlət rüsumunun 55.71 manat hissəsi cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar