Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1203/2021 27.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 14700 (on dörd min yeddi yüz) manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 (otuz bir) manatın cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, 2019-cu ilin aprel ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində Hyundai Elantra minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 14700 manat məbləğində satın almış və bir müddət avtomobili sadə etibarnamə əsasında idarə etmişdir. O, avtomobil üzərində istifadə müddətində heç bir dəyişiklik aparmamışdır. 2019-cu ilin may ayında avtomobili X7 adlı şəxsə 16000 manat məbləğinə satmış və etibarnamə əsasında Hyundai Elantra minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam vermək və s. hüquqlar notariat kontorunda rəsmiləşdirilmişdir. Lakin sonradan avtomobilin adına qeydiyyata alınması məqsədi ilə maşına baxış keçirilərkən Hyundai Elantra minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparıldığı məlum olmuş, başqa ban nömrəsinin olduğu və mühərrik nömrəsinin silinmə-nömrəsinin olması aşkar edilmişdir. X2 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ona qarşı olan iddia təmin edilmişdir. Hazırda qeyd olunan mülki işlə əlaqəli icra sənədi icra şöbəsinin icraatındadır və o, da qarşılıqlı olaraq borcunu bağlaması üçün Cavabdeh öz pulunu tələb edir. Bununla əlaqədar olaraq Cavabdeh ödədiyi 14700 manat məbləğində pul vəsaiti ona geri ödənilməlidir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı 2019-cu ilin aprel ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində Hyundai Elantra minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 14700 manat məbləğində satın almış və bir müddət avtomobili sadə etibarnamə əsasında idarə etmişdir. 2019-cu ilin may ayında avtomobili X7 adlı şəxsə 16000 manat məbləğinə satmış və etibarnamə əsasında Hyundai Elantra minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam vermək və s. hüquqlar notariat kontorunda rəsmiləşdirilmişdir. Lakin sonradan avtomobilin adına qeydiyyata alınması məqsədi ilə maşına baxış keçirilərkən Hyundai Elantra minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparıldığı məlum olmuş, başqa ban nömrəsinin olduğu və mühərrik nömrəsinin silinmənömrəsinin olması aşkar edilmişdir. X2 İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdeh İddiaçı X5 xeyrinə 16000 manat pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2(005)-3337/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla əlaqədar olaraq Cavabdeh ödədiyi 14700 manat məbləğində pul vəsaiti İddiaçı geri ödənilməlidir. Bu məsələdə ziyan çəkən tərəf İddiaçıdir. Hazırda isə maşın bankdadır. Belə ki, maşın bankda girov qoyulmuş və hadisələrin üstü açıldıqdan sonra yenidən banka qaytarılmışdır. Mülki Məcəllənin əqdlər bölməsində etibarnamədən bəhs edilir və etibarnamədə etibar edilənin satma hüququ nəzərdə tutulub. Elnarə öz izahatında bildirib ki, “maşını almış və 6 ay sürdükdən sonra satmışdır”. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Cavabdeh mülkiyyətçi deyil. O, sadəcə etibarnamə ilə təmsil edilib. Elnarənin heç bir günahı yoxdur, o cavabdeh tərəf olmamalıdır. Mülkiyyətçi Emin adlı şəxsdir və əsl cavabdeh qismində o çıxış etməlidir, çünki maşının qeydiyyat şəhadətnaməsi onun adınadır. Qanunvericiliyə görə alqı-satqı edilərkən Baş Dövlət Yol Polis İdarəsinin rəsmi reyestrinə də salınmalıdır. Halbuki, Emin adlı şəxslə alqı-satqı müqaviləsi bağlanmayıb. Həmin maşın yalnız etibarnamə əsasında cavabdehin istifadəsində olub. Maşın ölkəyə daxil olanda yoxlanışdan keçir, həmçinin sənədlər verilən zaman da yoxlayırlar. Bundan əlavə, iddiaçı tərəf öz ərizəsində qeyd edib ki, maşını Cavabdeh aldıqları zaman texniki baxışdan keçiriblər. Əgər maşında problem olardısa, həmin yoxlanış zamanı aşkar olunardı. Maşında nəsə problem aşkar edilibsə, bu iddiaçı maşını aldıqdan sonra yaranmış problemdir. Bundan əlavə, Elşad maşını həm başqasına satıb ondan pul alıb, həm də cavabdehdən pul tələb edir. Artıq belə hal əsassız varlanmaya yol açacaq. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis baş leytenantı Toğrul Arazlı tərəfindən qəbul edilmiş 24.02.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasın material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərara əlavə edilmiş İddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, Hundai Elantra markalı, 99KP346 dövlət qeydiyyat nişanlı, G4FGDU654011 mühərrik nömrəli, KMHDG41C5EU817618 ban nömrəli, 2013-cü il buraxılışlı, ağ rəngli avtomobili Cavabdeh 2019-cu ilin aprel ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində 14.700 manata satın almışdır. Bir müddət avtomobili sadə etibarnamə ilə idarə etmişdir, 2019-cu ilin may ayında avtomobili X1. Avtomobili alarkən avtomobil BDYPİ-nin Qeydiyyat-imtahan idarəsində baxışdan keçirilib və hər-hansı qeyri-qanuni fakt aşkarlanmayıb. Avtomobilin mühərrik nömrəsinin silinmə-nömrəsiz olması barədə heç bir məlumatı olmamışdır. Maşının üzərində hər-hansı bir dəyişiklik aparılmamışdir. Qərara əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, Hyundai Elantra markalı 99KP346 dövlət qeydiyyat nişanlı G4FGDU654011 mühərrik nömrəli, KMHDG41C5EU817618 ban nömrəli, 2013-cü il buraxılışlı, ağ rəngli avtomobili X4 2017-ci ilin yanvar ayında Bakı şəhəri “Koroğlu”-metrosunun yanında 18.5000 manata satın almışdır. Bir müddət avtomobili sadə etibarnamə ilə idarə etmişdir. 2019-cu ilin may ayında avtomobili Elşad adlı şəxsə satmışdır. Avtomobili alarkən BDYPİ-riin Qİİ-də baxışdan keçirilib və hər-hansı qeyri-qanuni fakt aşkarlanmayıb. Avtomobilin nömrəsinin silinmə nömrəsiz olması barədə məlumatı olmamışdır. Maşının üzərində hər-hansı bir dəyişiklik aparmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2(005)- 3337/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı X5 xeyrinə 16000 manat, hüquqi xidmət üçün 100 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutulması qət edilmiş, iddia qalan hissədə isə rədd edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2692/2021 nömrəli iş üzrə qəbul etdiyi 13.04.2021-ci il tarixli qətnamədən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2(005)-3337/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 07.01.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Tərəflər avtomobil alqı-satqısı ilə bağlı münasibətin mövcudluğuna istinad etsələr də, belə alqı-satqının qanunla müəyyən edilmiş forma və qaydasına riayət etməyiblər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 181.1.-ci maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Həmin Qanunun 32-ci maddəsinin İİ bəndinə əsasən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırkı işdə mübahisəli avtomobilin özgəninkiləşdirildiyi iddia olunsa da, iddiaçı cavabdehlə aralarında yazılı müqavilə bağlayaraq, onu müvafiq icra hakimiyyəti orqanında rəsmiləşdirməmiş və onun təkrar qeydiyyatı üçün müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4.-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, tərəflər öz arasında bağlanmış şifahi alğı-satqı müqaviləsini cavabdeh tərəfindən iddiaçıya avtomobilə dair baş etibarnamə verilməklə pərdələyiblər. Buna görə də, bu cür rəsmiləşdirmə onlar üçün heç bir hüquqi nəticə yaratmır. Buna baxmayaraq, işin təsdiq olunan hallarından biri iddiaçının cavabdehə mübahisəli avtomobili almaq üçün 14700 manat verməsi faktıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Xətai RPİ-nin 37-ci Polis Şöbəsində toplanmış materallar əsasında izahatı alınmış Cavabdeh bildirmişdir ki, Hyundai Elantra markalı, 99KP346 dövlət qeydiyyat nişanlı avtomobili X4 2017-ci ilin yanvar ayında Bakı şəhəri, Koroğlu metrosunun yanında 18500 manata alaraq, bir müddət sadə etibarnamə ilə sürmüş, 2019cu ilin may ayında avtomobili Elşad adlı şəxsə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1091.2-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı avtomobili aldıqdan bir müddət sonra onu baş etibarnamə əsasında X8 adlı şəxsə satmış, sonuncu həmin avtomobil üzərində mülkiyyət hüququnu qeydiyyatdan keçirərkən, onun ban və mühərriyin dəyişdirildiyi aşkar olunmuş, avtomobil Əliyar Cavadovdan alınaraq, cərimə meydançasına, sonra isə banka təhvil verilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3337/2020 saylı iş üzrə 1 dekabr 2020-ci il tarixli qətnaməsi ilə Əliyar Cavadovun hazırkı iş üzrə İddiaçı qarşı pul tələbinə dair iddiası təmin olunmuş, sonuncudan hazırkı iş üzrə mübahisəli avtomobili satmasına görə əsassız varlanması nəticəsində əldə etdiyi 16000 manatın alınaraq Əliyar Cavadova verilməsi qət edilib. Həmin qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməyib. Məhkəmə qeyd edilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, mübahisəli avtomobilin satılmasının lazımı forma və qaydasına riayət olunmadığı, habelə, onu üçüncü şəxslərin hüquqlarından azad şəkildə iddiaçıya vermədiyi üçün, cavabdeh iddiaçıdan aldığı pul məbləğinə münasibətdə əsassız varlanmış şəxsdir və buna görə də, aldığını olduğu kimi ona qaytarmalıdır. Belə ki, cavabdeh etibarnamə ilə ona verilmiş səlahiyyətləri olduğu kimi iddiaçıya ötürüb, müvafiq qeydiyyat orqanında lazımı şəkildə hər hansı alğı-satqı proses baş tutmayıb. Odur ki, iddia təmin edilməli, cavabdehdən 14700 manat alınaraq, iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından göründüyü kimi, cavabdeh mübahisəli avtomobili öz mülkiyyətinə keçirmədən, onun dəyərini ödəməklə avtomobilə sərəncam verilməsi ilə bağlı etibarnamə almış, sonra həmin etibarnamə üzrə səlahiyyətlərini hazırkı iş üzrə iddiaçıya ötürmüşdür. Bu hal onu iddiaçı ilə eyni statusa gətirir və ödədiyi vəsaiti geri almaq hüququ yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 14.700 (on dörd min yeddi yüz) manat məbləğində pul tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №e-2(010)-1203/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1203/2021
27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver