Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1220/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Abiyev (Bəbirov) Ramil Bəbir oğluna qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********60919 X1 9 markalı telefon üçün 37.6 manat ödənilməmiş hissə, 3.4 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Epson Printer üçün 586.98 manat ödənilməmiş hissə, 58.02 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HP Komputer, İmei kodu **********62304 Samsung Galaxy A52 markalı telefon üçün 2781.34 manat ödənilməmiş hissə, 278.66 manat cərimə olmaqla, cəmi 3746 manat borc və 57.46 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
2. İddiaçı ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “ABC Telecom" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********60919 X1 9 markalı telefon, Epson Printer, HP Komputer, İmei kodu **********62304 Samsung Galaxy A52 markalı telefon almış və nəticədə 3746 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 795.6 manat (18 ay x 44.2 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********60919 X1 9 markalı telefon üçün ümumilikdə, 41 manat olmaqla ondan, 37.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.4 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 586.98 manat (18 ay x 32.61 manat + 0 manat ilkin ödəniş) Epson Printer üçün ümumilikdə, 645 manat olmaqla ondan, 586.98 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58.02 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2945.34 manat (18 ay x 163.63 manat + 0 manat ilkin ödəniş) HP Komputer, İmei kodu **********62304 Samsung Galaxy A52 markalı telefon üçün ümumilikdə, 3060 manat olmaqla ondan, 2781.34 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 278.66 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 922 manat təşkil edir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
3. Cavabdeh Abiyev (Bəbirov) Ramil Bəbir oğlu məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.
İş materialları.
4. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 795.6 manat olan İmei kodu **********60919 X1 9 markalı telefon hər ay 44.2 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.
5. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 586.98 manat olan Epson Printer hər ay 32.61 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.
6. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 2945.34 manat olan HP Komputer, İmei kodu **********62304 Samsung Galaxy A52 markalı telefon hər ay 163.63 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır.
7. "xxxx" MMC tərəfindən tərtib edilmiş 14 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Abiyev (Bəbirov) Ramil Bəbir oğlunun xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 37.6 manat ödənilməmiş hissə, 3.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 586.98 manat ödənilməmiş hissə, 58.02 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2781.34 manat ödənilməmiş hissə, 278.66 manat cərimə olmaqla – cəmi 3746 manat məbləğində borcu vardır.
8. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
9. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 57.46 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
10. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd edilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
13. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
14. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
15. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 37.6 manat ödənilməmiş əsas məbləğ, 3.4 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 586.98 manat ödənilməmiş əsas məbləğ, 58.02 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2781.34 manat ödənilməmiş əsas məbləğ, 278.66 manat cərimə məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 57.46 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 37.6 manat ödənilməmiş əsas məbləğ, 3.4 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 586.98 manat ödənilməmiş əsas məbləğ, 58.02 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2781.34 manat ödənilməmiş əsas məbləğ, 278.66 manat cərimə olmaqla, cəmi 3746 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi: İddia təmin edilsin. Cavabdeh Abiyev (Bəbirov) Ramil Bəbir oğlundan xx.xx.2020-ci il tarixli müqavilə üzrə 37.6 manat ödənilməmiş hissə, 3.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 586.98 manat ödənilməmiş hissə, 58.02 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2781.34 manat ödənilməmiş hissə, 278.66 manat cərimə olmaqla, cəmi 3746 (üç min yeddi yüz qırx altı) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 57.46 (əlli yeddi manat qırx altı qəpik) manat məbləğində pul cavabdeh Abiyev (Bəbirov) Ramil Bəbir oğlundan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.