Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1222/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Samsung, Hoffmann Aspirator, Hoffmann Soba, Paltaryuyan maşın üçün antivibro şəffaf altlıq, Magic power - 2 ədəd üçün 1274 (min iki yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 127 (yüz iyirmi yeddi) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, X5 Mexanizmli, Stul Venetsiya, Duyğu TV altı üçün 631 (altı yüz otuz bir) manat ödənilməmiş hissə, 63 (altmış üç,) manat cərimə, ümumilikdə 2095 manat borc, 40.95 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC TELECOM“ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, “ABC TELECOM" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Samsung, Hoffmann Aspirator, Hoffmann Soba, Hansa Plitə, Paltaryuyan maşın üçün antivibro şəffaf altlıq Magic power - 2 ədəd, X5 Mexanizmli, Stul Venetsiya, Duyğu TV altı almış və nəticədə 2095 (iki min doxsan beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2894 (iki min səkkiz yüz doxsan dörd) manat (18 ay 159 manat + 32) manat ilkin ödəniş Paltaryuyan Samsung, Hoffmann Aspirator, Hoffmann Soba, Hansa Plitə, Paltaryuyan maşın üçün antivibro şəffaf altlıq Magic power - 2 ədəd üçün ümumilikdə 1401 (min dörd yüz bir) manat olmaqla ondan 1274 (min iki yüz yetmiş dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 127 (yüz iyirmi yeddi) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1300 (min üç yüz; manat (20 ay x 65 manat + 0 manat ilkin ödəniş) X5 Mexanizmli, Stul Venetsiya, Duyğu TV altı üçün ümumilikdə, 694 manat olmaqla ondan 631 (altı yüz otuz bir) manat ödənilməmiş hissə, güzəşt olunaraq 63 (altmış üç) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Hansa Plitə və X4 (Məişət) 4 ildən xx.xx.2019-cu il tarixində imtina etmiş və məhsul 596 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1024 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 596 manat, ümumilikdə, 1620 manat təşkil edir. Digər müqavilə cəmi ödədiyi məbləğ 669 manat təşkil edir. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2022-ci il, xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2022-ci ildir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki. cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1222/2023 saylı qərardadı ilə hazırki mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçıya borclu olduğunu və həmin borc məbləğini ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən və təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 32 manat olmaqla, aylıq 159 manat ödəmək şərtilə Paltaryuyan Samsung, Hoffmann Aspirator, Hoffmann Soba, Hansa Plitə, Paltaryuyan maşın üçün antivibro şəffaf altlıq Magic power - 2 ədəd satılmış və cavabdeh həmin əşyaları qüsursuz və tam şəkildə əldə etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən və təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən Cavabdeh 20 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, aylıq 65 manat ödəmək şərtilə X5 Mexanizmli, Stul Venetsiya, Duyğu TV altı satılmış və cavabdeh həmin əşyaları qüsursuz və tam şəkildə əldə etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Hansa Plitə və X4 (Məişət) 4 ildən xx.xx.2019-cu il tarixdə imtina etmiş və məhsul 596 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1274 manat ödənilməmiş hissə, 127 manat dəbbə pulu olmaqla, ümumilikdə 1401 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 631 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu olmaqla, cəmi 694 manat ümumilikdə isə 2095 manat borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 40.95 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1274 manat ödənilməmiş hissə və 127 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 631 manat ödənilməmiş hissə və 63 manat cərimə olmaqla ümumilikdə 2095 manat borc və iş üzrə ödənilmiş 40.95 manat dövlət rüsumu pul tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-1222/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1222/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver