Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-124/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə tərəflər məhkəmənin xx.xx.2024-cü il tarixində keçirdiyi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclası Cavabdeh iştirakı ilə keçirilərək, cavabdehin şifahi vəsatəti təmin edilmiş, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy alınanadək iş üzrə icraat dayandırılması barədə qərardad qəbul edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclası iddiaçının nümayəndəsi R.Hüseynovun və cavabdehin iştirakı ilə keçirilərək, mülki işin məhkəmə iclasında baxılması xx.xx.2024-cü il tarixinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İş üzrə tərəflər heç bir üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixdə, saat 10:00-da keçirilən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-124/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-124/2024
06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver