Məhkəmə qərarları › İş №e-2(010)-1246/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1246/2024

26.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1246/2024 26.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2021-ci ildə anadan olmuş qızı – X1 təyin edilmiş aliment məbləğinin artırılaraq o, yetkinlik yaşına çatanadək 235 manat sabit pul məbləğində və 200 manat uşağın müalicəsi üçün Cavabdeh qazanc və gəlirindən əlavə pul məbləğinin tutularaq ona ödənilməsi və mediasiya prosesində iştirakı üçün ödənilmiş 60 manat xərcin 50 faizinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni icraata götürmək haqqında qərardad çıxarılana qədər İddiaçı məhkəməyə ərizə göndərərək, iddia ərizənin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinin tələbinə görə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın qeyd edilən maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar