Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1255/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanmış 20/2022 saylı müqaviləyə əsasən borcun 25 faizini, yəni 1200 manatının, 2445 manat dəymiş ziyanın və ödənilmiş 57 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 20/2022 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 20880 manat dəyərində “Kia Rio” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh avtomobilin dəyərini 36 ay müddətinə hər ay 580 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh 2 ay 580 manat ödəniş etdikdən sonra müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etməmiş və avtomobil 2023-cü ilin mart ayında avtomobildə olan GPS qurğusunun köməyi ilə nasaz olaraq Müşvüqabad qəsəbəsində yolun kənarına atılmış vəziyyətdə tapılaraq götürülmüşdür. Cavabdeh ilə dəfələrlə əlaqə saxlanılsa da, o bu günə kimi avtomobilə dəymiş ziyanla bağlı danışıqlar üçün gəlməmişdir. Müqavilənin 12-ci bəndinə əsasən avtomobil geri alındıqda hər gün üçün avtomobilin ümümi dəyərinin 0.2% miqdarında avtobildən istifadə xərci ödənilməlidir ki, bu da ümümilikdə 120 gün üçün 4900 manat təşkil edir. Həmin tarixə Cavabdeh fiziki şəxs Vəkil müqavilənin 12-ci bəndinə əsasən 4900 manat ödənilməmiş borcu, avtomobilin yararlı vəziyyətə gətirilməsinə çəkilmiş xərc olan 2445 manat dəymiş ziyanla bağlı borcu yaranmışdır. Cavabdeh ilə dəfələlərlə telefon vasitəsi ilə əlaqə saxlamaq istəsələr də, o zənglərə cavab vermir. Müqavilənin 18-cı bəndinə əsasən bu müqavilə üzrə yaranacaq bütün məhkəmə mübahisələri satıcının qeydiyyatda olduğu yer üzrə həll edilir.
Tərəflərin izahatları.
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə üzürlü səbəblərdən gələ bilməyəcəyini, bu səbəbdən onun iştirakı olmadan baxaraq tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.
İş materialları.
5. xx.xx.2023-cü il tarixli qüsur aktından müəyyən olunur ki, 2006-ci il, “KİA RİO” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə 2445 manat zərər dəymişdir.
6. xx.xx.2022-ci il tarixli Təhvil-Təslim aktından müəyyən olunur ki, İddiaçı tərəfindən 2006-ci il, “KİA RİO” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobili alıcı Cavabdeh tam saz vəziyyətdə təhvil verilmişdir.
7. xx.xx.2022-ci il tarixli, Daşınar Əmlakın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 2006-ci il, “KİA RİO” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə hər ay 580 manat ödəniş etmək şərti ilə 20880 manata Cavabdeh satmışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/3908/2024 saylı ekspertiza rəyindən görünür ki, 1-ci sual üzrə: Məhkəmə-əmtəəçünasılıq ekspertizasının səlahiyyətlərinə aid olmadığından, ekspertiza qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılmamışdır. 2-ci və 3-cü suallar üzrə: Nəzəri hesablama yolu ilə, iş materiallarında “GOLD Avto Servis” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-ci il, “KİA RİO” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən dəyişməli hissələrin qiyməti-1325 manat, təmir-bərpa işlərinin qiyməti 920 manat olmaqla, ümumilikdə 2245 manat müəyyən edilir.
İşin faktiki halları.
9. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 20/2022 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış və İddiaçı 2006-ci il, “KİA RİO” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə hər ay 580 manat ödəniş etmək şərti ilə 20880 manata Cavabdeh satmışdır. İddiaçı mülkiyyətində olan, buraxılış ili 2006-ci il, “KİA RİO” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. Sonradan həmin avtomobil təmir olunmuş və təqdim olunmuş qüsur aktından müəyyən olunur ki, 2006-ci il, “KİA RİO” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə 2445 manat zərər dəymişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/3908/2024 saylı ekspertiza rəyindən görünür ki, 1-ci sual üzrə: Məhkəmə-əmtəəçünasılıq ekspertizasının səlahiyyətlərinə aid olmadığından, ekspertiza qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılmamışdır. 2-ci və 3-cü suallar üzrə: Nəzəri hesablama yolu ilə, iş materiallarında “GOLD Avto Servis” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-ci il, “KİA RİO” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən dəyişməli hissələrin qiyməti-1325 manat, təmir-bərpa işlərinin qiyməti 920 manat olmaqla, ümumilikdə 2245 manat müəyyən edilmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
14. Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə
1.1. bəndinə əsasən bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınırlar.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
17. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 20/2022 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış və İddiaçı 2006-ci il, “KİA RİO” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə hər ay 580 manat ödəniş etmək şərti ilə 20880 manata Cavabdeh satmışdır. İddiaçı mülkiyyətində olan, buraxılış ili 2006-ci il, “KİA RİO” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. Sonradan həmin avtomobil təmir olunmuş və təqdim olunmuş qüsur aktından müəyyən olunur ki, 2006-ci il, “KİA RİO” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə 2445 manat zərər dəymişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/3908/2024 saylı ekspert rəyindən görünür ki, iş materiallarında “GOLD Avto Servis” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-ci il, “KİA RİO” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən dəyişməli hissələrin qiyməti-1325 manat, təmirbərpa işlərinin qiyməti 920 manat olmaqla, ümumilikdə 2245 manat müəyyən edilir.
19. Avropa Məhkəməsinin “Həsənov Azərbaycana qarşı” və “İsgəndərov və başqaları Azərbaycana qarşı” işləri üzrə qəbul etdiyi müvafiq olaraq xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixli qərarlarında maddi ziyanın məbləği şikayətçilərin maddi ziyana məruz qalma ehtimalı və ədalət prinsipi əsasında müəyyən edilmişdir. Belə ki, “Həsənov Azərbaycana qarşı” iş üzrə qərarın 42-ci bəndində qeyd olunmuşdur: “Tələblərin itirilmiş icarə haqlarına aid olan hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, tələbin bu hissəsi ilə aşkar edilmiş pozuntu arasında səbəbiyyət əlaqəsi var və yəqin ki, şikayətçilər mənzillər üzərində nəzarəti itirmələri nəticəsində maddi ziyana məruz qalıblar. ”.
20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus avtomobil cavabdeh tərəfindən təhvil götürülərək sonradan avtomobilə ziyan dəydiyindən və vurulmuş zərər cavabdehin təqsiri üzündən baş verdiyindən və 2445 manat vurulmuş zərərin əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
21. Məhkəmə iddia tələbinin 20/2022 saylı müqaviləyə əsasən borcun 25 faizini, yəni 1200 manatın cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, tərəflər müqavilədə avtomobil alıcıdan məcburi qaydada geri alınarsa və alıcı avtomobilə aid sənədləri və açarları təhvil verməkdən imtina edərsə, avtomobilin məcburi alındığı gündən sənədlərin təhvil verilib təhvil-təslim aktını imzaladığı günədək olan müddət ərzində hər gün üçün avtomobilin ümumi dəyərinin 0.1% miqdarında cərimə faizlərinin hesablanacağını müəyyən etsələr də, avtomobilin hansı tarixdə geri alınması və təhviltəslim verilməsi barədə hər hansı akt tərtib olunmamış və bununla bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır.
Məhkəmə xərcləri.
22. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
23. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 44.45 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
24. Ekspertiza tədqiqatının dəyəri – 50 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus avtomobil cavabdeh tərəfindən təhvil götürülərək sonradan avtomobilə ziyan dəydiyindən və vurulmuş zərər cavabdehin təqsiri üzündən baş verdiyindən və 2445 manat vurulmuş zərərin əvəzi Cavabdeh tutularaq İddiaçının xeyrinə ödənilməlidir. Ekspertiza xərci – 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 2445 (iki min dörd yüz qırx beş) manat pul vəsaiti və 44.45 (qırx dörd manat, qırx beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərci – 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova