Məhkəmə qərarları › İş №e-2(010)-1259/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-1259/2022

05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1259/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 140.25 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 270 manat 65 qəpik məbləğində pulun tutulub İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkilir. Bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə İddiaçı MMC və "xxxx" hüquq firması arasında hüquqi xidmətlərin göstərilməsi barədə 29.03.2015-ci il tarixli müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MTK tərəfindən verilmiş 25.05.2019-cu il tarixli, 52 nömrəli arayışdan görünür ki, cavabdeh qanunsuz qoşulmanın həyata keçirildiyi ünvan 1 ünvanında yerləşən 01 saylı mənzilin noyabr 2015-fevral 2017-ci illərdə sahibi olmuş və qeydiyyatsız yaşamışdır. İddia ərizəsinə əlavə edilmiş 18.01.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh Binəli oğlu ilə İddiaçı MMC arasında 26.10.2011-ci il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “KATV1” xidmətlərinin göstərilməsi üçün kabel televiziyası şəbəkəsinə qoşulmuş, 19.11.2015-ci il tarixinədək son ödəməsini etmiş və həmin ünvan 19.11.2015-ci il tarixdə 16 manat 30 qəpik borc ilə şəbəkədən ayrılmışdır. Bundan sonra birinci dəfə 22.02.2016cı il tarixdə "xxxx" hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 5192N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra ikinci dəfə 17.01.2017-ci il tarixdə "xxxx" hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 6244N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə, tərtib edilmiş aktlardan görünür ki, cavabdeh “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmalar həyata keçirmiş və həmin qoşulmalar nəticəsində iddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edilir ki, baxış keçirilən zaman tərtib edilmiş aktlarda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni, kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Mənzilin şəbəkədən ayrıldığı 19.11.2015-ci il tarixdən qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu 17.01.2017-ci il tarixə qədər olan müddət 425 gün təşkil edir. Bu da hər gün üçün 33 qəpik olmaqla, 140.25 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış “hüquqi xidmətlərin göstərilməsinə dair” müqavilə əsasında 100 manat pul ödəmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş və məktub cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin bu günə kimi vurulmuş zərərlə bağlı hər hansı pul ödənilməmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılıb iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materialları. "xxxx" MTK tərəfindən verilmiş 25.05.2019-cu il tarixli, 52 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanda yerləşən binanın 1 saylı mənzilində noyabr 2015-fevral 2017 il tarixlərdə qeydiyyatsız yaşamışdır. 22.02.2016-cı il tarixli, 5192 N saylı aktdan görünür ki, 22.02.2016-cı il tarixdə Xətai rayonu, İ.Zülfüqarov 21 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 1 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, bu akt "xxxx" MMC-nin nəzarətçisi, “Katv-1” xətt nəzarətçisi, texniki işçi və mənzilin sakini Cavabdeh tərəfindən imzalanmışdır. 17.01.2017-ci il tarixli, 6244 N saylı aktdan görünür ki, 17.01.2017-ci il tarixdə Xətai rayonu, İ.Zülfüqarov 21 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 1 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, bu akt "xxxx" MMC-nin nəzarətçisi, “Katv-1” xətt nəzarətçisi və teleradio üzrə mütəxəssis tərəfindən imzalanmışdır. 18.01.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 26.10.2011-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub 19.11.2015-ci il tarixinədək isə son ödəməsini edib. 19.11.2015-ci il 16.3 manat borc ilə şəbəkədən ayrılıb. "xxxx" ASC tərəfindən verilmiş 26.01.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına “Hüquqi xidmət və nəzarət. X2” təyinatı ilə 100 manat məbləğində pul köçürülmüşdür. "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 29.03.2015-ci il tarixli “hüquqi xidmətlərin göstərilməsinə dair” müqavilədən görünür ki, bu müqaviləyə əsasən Sifarişçi bu müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin bu müqavilə ilə müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür. CD-dən görünür ki, 22.02.2016-cı il və 17.01.2017-ci il tarixlərdə ünvan 3 ünvanına baxış keçirilmiş, üç video çəkilmişdir. Videolarda 1 saylı mənzildən “KATV-1” kabel televiziyası şəbəkəsinə qanunsuz qoşulduğu, kabelin xətdən ayrıldığı görünür. İşin faktiki halları. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC müqavilə əsasında kabel televiziyası xidmətləri göstərir. İddiaçı iddia edir ki, Cavabdeh yaşadığı mənzildə 22.02.2016-cı il və 17.01.2017-ci il tarixlərində müqavilə olmadan, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma halları aşkar edilmiş, bu qoşulmalar nəticəsində iddiaçı MMC-yə cəmi 140.25 manat məbləğində zərər dəymişdir. Eyni zamanda, "xxxx" MMC ilə "xxxx" MMC arasında hüquqi xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır və bu müqaviləyə əsasən, cavabdeh tərəfindən törədilmiş qanunsuz qoşulma ilə bağlı hüquqi xidmətlərin göstərilməsi üçün "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı "xxxx" MMC həm qanunsuz qoşulma ilə bağlı dəymiş 140.25 manat məbləğində zərəri, həm də 100 manat xidmət haqqını cavabdehdən tələb edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1 . Əsas anlayışlar. 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 1.0.1. telekommunikasiya - elektrik və ya elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi və digər vasitələr) ilə hər hansı siqnalın, səsin və təsvirin məsafəyə ötürülməsi və qəbul edilməsi; 1.0.2. telekommunikasiya şəbəkəsi - telekommunikasiyanın təmin edilməsi üçün vahid texniki və texnoloji sistemdə birləşdirilmiş müxtəlif növ vasitə və qurğuların məcmusu; 1.0.3. ümumistifadəli telekommunikasiya şəbəkəsi - müvafiq qaydalar, standartlar, xidmət göstərilməsi və ödəmə şərtləri əsasında abunəçinin istifadə edə biləcəyi telekommunikasiya xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan və bütün istifadəçilərə qoşulma imkanını verən telekommunikasiya şəbəkəsi, yaxud onun bir hissəsi; 1.0.4. telekommunikasiya xidməti - müvafiq telekommunikasiya şəbəkəsi vasitəsilə hüquqi, fiziki şəxslərin və qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlərin telekommunikasiyaya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən fəaliyyət... Maddə 35. Telekommunikasiya şəbəkələrinin, vasitələrinin və qurğularının mühafizəsi. 35.3. Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə” Qaydaları:

6. Telekommunikasiya şəbəkələri, vasitə və qurğularinin zədələnməsinə görə məsuliyyət. 6.2. Telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238. Qiyabi icraatın əsasları. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

Məhkəmənin mövqeyi. İş materiallarında olan müvafiq aktlardan (hansı ki, onlardan birinə cavabdeh də imza çəkmişdir) və videogörüntülərdən görünür ki, 22.02.2016-cı il və 17.01.2017-ci il tarixlərdə ünvan 3 ünvanına iddiaçı "xxxx" MMC-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və kabel xəttinə qanunsuz qoşulma halları aşkar edilmişdir. Bundan sonra qanunsuz çəkilmiş kabel xətti şəbəkədən ayrılsa da aydındır ki, kabel şəbəkəsinin qanunsuz qoşulmaqla istismarı nəticəsində "xxxx" MMC-yə zərər dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC bu qanunsuz qoşulma nəticəsində vurulmuş zərəri tələb etməkdə haqlı olmuşdur. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 100 manat xidmət haqqına münasibətdə də məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 100 manat məbləğində pul cavabdehə məxsus mənzildə yol verilmiş qanunsuz qoşulma nəticəsində iddiaçıya dəymiş ziyanın tələb edilməsi ilə bağlı hüquqi xidmət göstərilməsinə görə ödənilmiş, bu pulun həqiqətən ödənildiyini təsdiq edən ödəniş tapşırığı iş materiallarına əlavə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ödədiyi 100 manat xidmət haqqını da cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

İş materiallarından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30.40 manat dövlət rüsumu və xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Belə olan halda hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 140.25 manat məbləğində vurulmuş zərər, 100 manat məbləğində ödənilmiş xidmət haqqı olmaqla, cəmi 240.25 manat məbləğində pul və 30.40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 214, 216-220, 238-253, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 140.25 manat (yüz qırx manat iyirmi beş qəpik) məbləğində vurulmuş zərər, 100 (yüz) manat məbləğində ödənilmiş xidmət haqqı olmaqla, cəmi 240.25 manat (iki yüz qırx manat iyirmi beş qəpik) məbləğində pul və 30.40 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar