Məhkəmə qərarları › İş №e-2(010)-126/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-126/2022

06.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-126/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi "xxxx" X3 vurulmuş maddi ziyanın əvəzi olaraq 10077 (on min yetmiş yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri 07.10.2020-ci il tarixdə X6 mülkiyyət hüququ Cavabdeh məxsus “Vaz 21214” minik markalı **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmadan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə üzü şəhər mərkəzi istiqamətində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd “Klassik” tipli 2 konsullu işıq dirəyi sıradan çıxaraq müəssisəyə 10077 (on min yetmiş yeddi) manat məbləğində maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər Nizami RPİ-nin İstintaq Şöbəsində ********* saylı 07.10.2020-ci il tarixli, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərar qəbul edilmişdir. Yol nəqliyyat hadisəsində sürücü X6 hadisə yerində ölmüşdür. Cinayət işi üzrə Bakı şəhər Nizami RPİ-nin İstintaq Şöbəsində 07.01.2021-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1 və 337-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı öz əksini tapmışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman “Vaz 21214” minik markalı, **- XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Odur ki, hesab edir ki, 07.10.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə vurulmuş 10077 (on min yetmiş yeddi) manat məbləğində maddi ziyan Cavabdeh tutularaq "xxxx" X3 ödənilməlidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X1 AZEMİS vasitəsi ilə ərizəsi daxil olmuş və o, həmin ərizəsində məhkəmə iclasında iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında göstərdi ki, o, dəymiş zərərin məbləği ilə razı deyil və ona görə də ekspertiza keçirilməsini istəyir. İş materiallarına əlavə edilmiş Nizami rayon Pİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru V.Rzayevin 07.10.2020-ci il tarixli «cinayət işinin başlanması və icraata qəbul olunması haqqında» qərarından müəyyən olunur ki, 07.10.2020-ci il tarixdə saat 10:51-də sürücü X6 texniki cəhətdən saz vəziyyətdə olan «Niva» markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Heydər Əliyev prospekti ilə şəhərin mərkəzinə tərəf idarə edərkən, həmin prospektdə avtomobilin idarə etməsini itirərək yolu iki hərəkət hissəsinə bölən səkinin üzərinə çxmış, orada işıq dirəyinə çırptlaraq avtomobil yolun əks istiqamətinə düşmüşdür. Nəticədə sürücü X6 hadisə yerində ölmüşdür. Həmin qərarla, qərarın təsviri hissəsində göstərilənrə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılsm və icraatıma qəbul olunaraq ibtidai istintaq aparılmışdır. Nizami rayon Pİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru X5 «cinayət işinin icraatına xitam verilməsi» barədə 07.10.2021-ci il tarixli qərarından müəyyən olunur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. 12.01.2009-cu il tarixli aktdan müəyyən olunmuşdur ki, Heydər Əliyev prospekti, M.Əzizbəyov metrosu dairəsindən Səttarxan körpüsünə qədər yeni yolun işıqlandırma sistemini əvəzsiz olaraq “Bakelektron” ATSC tərəfindən "xxxx" EŞM-nin balansına təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5799 saylı 28.09.2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet saytı və məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara, eləcə də "xxxx" X4 tərəfindən tərtib edilmiş 12.01.2009-cu il tarixli Akta əsasən 1 ədəd 2009-cu il istehsallı “Klassik” tipli 2 konsollu işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 9300,0 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (15%) qalıq qiyməti 7905,0 manat manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9443 saylı 21.02.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara, eləcə də "xxxx" X4 tərəfindən tərtib edilmiş 07.10.2020-ci il tarixli Akta əsasən 1 ədəd 2009-cu il istehsallı “Klassik” tipli 2 konsollu dayaq - təzə vəziyyətdə orta bazar qiyməti 9300,0 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (16,5%) qalıq qiyməti 7765,50 manat; 1 ədəd “Philips” 250w lampa təzə vəziyyətdə orta bazar qiyməti 1383,75 manat, 02 ədədi2767,50 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (16,5%) qalıq qiyməti 2310,90 manat, ümumilikdə dəymiş ziyan 10076,40 manat müəyyən olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, 07.10.2020-ci il tarixdə X6 mülkiyyət hüququ ilə Cavabdeh məxsus “Vaz 21214” minik markalı **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə üzü şəhər mərkəzi istiqamətində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd “Klassik” tipli 2 konsullu işıq dirəyi sıradan çıxaraq müəssisəyə maddi ziyan dəymişdir. Cinayət işi üzrə Bakı şəhər Nizami RPİ-nin İstintaq Şöbəsində 07.01.2021-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərar qəbul edilmiş, həmin qərarda Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1 və 337-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı öz əksini tapmışdır. Hazırda iddiaçı "xxxx" X4 vurulmuş maddi ziyanın əvəzi olaraq 10077 (on min yetmiş yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini tələb edir. Məhkəmə iddiaçının izahatına əsasən müəyyən edir ki, o, iddianı zərərin vurulması hissəsində mübahisələndirmir, lakin zərər məbləği ilə razı deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirib və iş üzrə sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin sadalan normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 ədəd 2009-cu il istehsallı “Klassik” tipli 2 konsollu dayağın təzə vəziyyətdə orta bazar qiyməti 9300,0 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (16,5%) qalıq qiyməti 7765,50 manat, 1 ədəd “Philips” 250w lampanın təzə vəziyyətdə orta bazar qiyməti 1383,75 manat, 02 ədədi 2767,50 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (16,5%) qalıq qiyməti 2310,90 manat olmaqla, ümumilikdə dəymiş ziyan 10076,40 manat məbləğində müəyyən olunur. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək və onu əsas götürərək hesab edir ki, Cavabdeh tərəfindən iddiaçı "xxxx" X3 10076,40 (on min yetmiş altı manat qırx qəpik) manat məbləğində maddi ziyan vurulmuşdur. Ona görə də, həmin məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının ümumi dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 10076,40 (on min yetmiş altı manat qırx qəpik) manat manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının ümumi dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar