Məhkəmə qərarları › İş №e-2(010)-1286/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1286/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1286/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı BOKT ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı "kredit borcu üzrə əldən çıxmış faydanın tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 11477,60 ABŞ dolları pulun və ödənilmiş 148,55 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, "xxxx" ASC Cavabdeh ilə arasında 12.05.2015-ci il tarixli, MZ/PB-0512/04/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə, illik 24 faizlə 39 900 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M. Fətəliyev küçəsində yerləşən 17 saylı evin 15 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq günündə həm kredit üzrə əsas borcu, həm də kredit görə hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, davamlı olaraq əsas və faiz borclarını ödəməkdən bilərəkdən yayınaraq Banka maddi ziyan vurmuşdur. Bununla bağlı olaraq "xxxx" ASC tərəfindən 2016-cı ildə Suraxanı rayon Məhkəməsinə müraciət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-2203/2017 saylı, 26.05.2017-cı il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və cavabdehdən 37142.32 ABŞ dolları əsas, 10472.39 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi 47714.71 ABŞ dolları kredit borcunun tutulması, tutmanın girov predmetinə yönəldilməklə, Cavabdeh və X1 ümumi mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M. Fətəliyev küçəsi 17 saylı evin 15 saylı mənzilinin ilkin satış qiyməti 83000 manat olmaqla açıq hərracda satılması və ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin cavabdehlərə qaytarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 22.06.2018-ci il tarixli, 2(103)-1076/2018 saylı qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 2(010)-2203/2017 saylı, 26.05.2017-cı il tarixli qətnaməsi qismən dəyişdirilmiş və əsas borcun məbləği 36741.67 ABŞ dolları, faiz borcunun məbləği 2883.20 ABŞ dolları müəyyən olunması, ipoteka predmetinin ilkin satış qiyməti 84000 manat müəyyən olunması qət edilmişdir. Cavabdeh tərəfindən 14.11.2019-cu il tarixində tam icra edilib başa çatdırılmalı olan öhdəliklər uzun müddət gecikdirilmiş və bununla da İddiaçı BOKT ASC-yə maddi zərər vurulmuşdur. Bakı Apellyasiya Məhkəməsi İddiaçı BOKT ASC-nin iddia üzrə tələb etdiyi əsas, faiz və dəbbə pulunu qismən təmin etsə də, borclu tərəfindən bu qətnamə 30.07.2020-ci il tarixində icra edilmişdir. Cavabdehin qətnamə üzrə BOKT-a cəmi 39624.87 ABŞ dolları borcu mövcud olmuşdur. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında isə 2017-ci ilin dekabr ayından başlamaqla borclunun BOKT-a olan borcları göstərilməklə həmin borclara görə Mərkəzi Bankın illər üzrə faiz dərəcəsinə görə əlavə faizlər hesablanmışdır. Cavabdehin məhkəmə qətnaməsini icra etməməsi nəticəsində cəmiyyətə maddi zərər dəymişdir. Belə ki, 2017-ci il tarixindən cavabdehin özündə saxladığı vəsaitlər üzrə hesablanmış faizləri və əsas borcdan ödəməli olduğu vəsaitləri ödəmədiyi üçün cəmiyyət həmin vəsaitləri təkrar dövriyyəyə qaytara bilməmiş və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Eyni zamanda həmin kreditə görə ödəniləcək faizləri də hesabladıqda bu məbləğ iki qat artır. Lakin cavabdehin hərəkətsizliyi nəticəsində ASC bu gəlirlərindən məhrum olmuşdur. Hazırda cavabdehin əsassız iddiaları əsasında məhkəmələrdə gedən proseslərə görə tələb ipoteka predmetlərinə yönləndirilə bilir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, iddia əsassızdır və bu səbəbdən iddia tələbi rədd edilməlidir. Belə ki, Suraxanı rayon Məhkəməsinin icraatında iddiaçı "xxxx" ASC-nin Cavabdeh Bahadır oğlu və qeyrilərinə qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərinin əvəzinin tələbinə” dair mülki olmuş və iddia təmin edilmişdir. Cavabdehlər Cavabdeh, X2 və X3 müştərək qaydada 37142,32 ABŞ dolları əsas, 10472,39 ABŞ dolları faiz, 8320,00 ABŞ doları dəbbə pulu olmaqla, cəmi 55934,71 ABŞ dolları borcun, 500 manat hüquqi yardım üçün ödənilmiş xərcin əvəzi tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qiyabi qətnamə qət edilmişdir. Sonradan qiyabi qətnamənin ləğv edilməsi ilə müraciət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22.06.2018-ci il tarixli, 2(103)- 1076/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və əsas borcun məbləği 36741,67 ABŞ dolları, faiz borcunun məbləği 2883,20 ABŞ dolları müəyyən olunması, ipoteka predmetinin ilkin satış qiyməti 84000 manat müəyyən olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Qətnaməyə əsasən ödənilməsi qeyd edilmiş pul məbləği ilə bağlı bütün öhdəliklər Cavabdeh Bahadır oğlu tərəfindən icra edilmişdir. İddiaçı BOKT ASC-nin Suraxanı rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 20.12.2018-ci il tarixli müraciəti ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1076/2018 saylı, 22.06.2018-ci il tarixli mülki iş üzrə borclular Cavabdeh, X7, X8, X4, X6 və X5 barəsində verilmiş icra sənədinin icrasının “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən dayandırılmasını və icra olunmadan məhkəməyə qaytarılmasını xahiş etmişdir. 21.12.2018-ci il tarixdə icra sənədinin qaytarılması haqqında qərara əsasən icra sənədi Apellyasiya məhkəməsinə qaytarılmışdır. İddiaçı BOKT ASC-nin 10.11.2021-ci il tarixli arayışı ilə Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 22.06.2018-ci il tarixli qətnaməsi üzrə "xxxx" ASC (əvvəlki Parabank) qarşısında öhdəliyini icra etdiyi bildirilmişdir. Göründüyü kimi, qətnaməyə əsasən ödənilməsi qeyd edilmiş pul məbləği ilə bağlı bütün öhdəliklər Cavabdeh Bahadır oğlu tərəfindən icra edilmişdir. "xxxx" ASC icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etməklə işin tərəflər arasında həllinə razılıq vermiş və məhkəmə qətnaməsi əsasında ödənilməsi qət edilmiş məbləğ tam şəkildə "xxxx" ASCnə ödənilmişdir. İddiaçının tələbinin əsassız olduğunu, iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9108/2016 saylı 21.10.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh, X2 və X3 müştərək qaydada 37142,32 ABŞ dolları əsas, 10472,39 ABŞ dolları faiz, 8320,00 ABŞ doları dəbbə pulu olmaqla, cəmi 55934,71 ABŞ dolları borcun, 500 manat hüquqi yardım üçün ödənilmiş xərcin əvəzi tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tutmanın girov predmetinə yönəldilməklə, Cavabdeh və X1 ümumi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayon Qaraçuxur qəsəbəsi M. Fətəliyev küçəsi ev 17 mənzil 15 saylı mənzilin ilkin satış qiyməti 55000 manat olmaqla açıq hərracda satılması, Cavabdeh, X7, X8, X4, X6 və X5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, 17 saylı evin 15 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 22.06.2018-ci il tarixli, 2(103)-1076/2018 saylı qətnaməsindən müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-2203/2017 saylı, 26.05.2017-cı il tarixli qətnaməsi qismən dəyişdirilmiş və əsas borcun məbləği 36741.67 ABŞ dolları, faiz borcunun məbləği 2883.20 ABŞ dolları müəyyən olunması, ipoteka predmetinin ilkin satış qiyməti 84000 manat müəyyən olunması qət edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı BOKT ASC-nin Suraxanı rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 20.12.2018-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(010)-1076/2018 saylı, 22.06.2018-ci il tarixli mülki iş üzrə borclular Cavabdeh, X7, X8, X4, Nümayəndə2 və X5 barəsində verilmiş icra sənədinin icra haqqında Qanunun 23.1.1-ci maddəsinə əsasən icra edilmədən məhkəmə qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra və Probasiya şöbəsinin 21.12.2018-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarından müəyyən olunur ki, icra sənədi Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı BOKT ASC-nin 10.11.2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin 22.06.2018-ci il tarixli qətnaməsi üzrə İddiaçı BOKT ASC (əvvəlki "xxxx" ASC) qarşısında öhdəliyini icra etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitutsiya Məhkəməsi qeyd edir ki, kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra –“Banklar haqqında” Qanun) müəyyən edilmişdir. Bu Qanunun 1-ci maddəsinə əsasən bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansıöhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə vəşərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)- 2203/2017 saylı, 26.05.2017-cı il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və cavabdehdən 37142.32 ABŞ dolları əsas, 10472.39 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi 47714.71 ABŞ dolları kredit borcunun tutulması, tutmanın girov predmetinə yönəldilməklə, Cavabdeh və X1 ümumi mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayon Qaraçuxur qəsəbəsi M. Fətəliyev küçəsi ev 17 mənzil 15 saylı mənzilin ilkin satış qiyməti 83000 manat olmaqla açıq hərracda satılması və ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin cavabdehlərə qaytarılması qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 22.06.2018-ci il tarixli, 2(103)-1076/2018 saylı qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 2(010)-2203/2017 saylı, 26.05.2017-cı il tarixli qətnaməsi qismən dəyişdirilmiş və əsas borcun məbləği 36741.67 ABŞ dolları, faiz borcunun məbləği 2883.20 ABŞ dolları müəyyən olunması, ipoteka predmetinin ilkin satış qiyməti 84000 manat müəyyən olunması qət edilmişdir. İddiaçı BOKT ASC-nin 10.11.2021-ci il tarixli arayışına əsasən Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin 22.06.2018-ci il tarixli qətnaməsi üzrə İddiaçı BOKT ASC (əvvəlki "xxxx" ASC) qarşısında öhdəliyini icra etmişdir. İddiaçı tərəf 22.12.2017-ci il tarixdən 30.07.2020-ci il tarixə kimi illik uçot dərəcəsi nəzərə alınmaqla cavabdehdən 11477.6 USD məbləğində vurulmuş zərər tələb edir. Məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi 22.06.2018-ci il tarixdə qəbul edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi gündən sonra icraya yönəldilmişdir. Bundan əlavə iddiaçı tərəfə cavabdeh tərəfin müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi öncədən bəlli olduğundan iddiaçı tərəf əsas borcun ödənilməsi tələbi ilə yanaşı, pul vəsaitindən istifadə haqqının (faizlərin) ödənilməsi tələbi ilə də məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Məcəllənin tələbinə əsasən kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan əlavə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün nəzərdə tutulmuş son müddət 12.05.2020-ci il tarixə müəyyən olunmuş və həmin öhdəlik cavabdeh tərəfindən 30.07.2020-ci il tarixdə tam olaraq icra edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslandırılmamış və xarici valyutada tələb olunan əldən çıxmış faydanın haradan və necə yaranması məhkəmədə müəyyən edilməmişdir. İddiaçı hazırkı tələblə cavabdehdən əldən çıxmış fayda tələb etsə də, lakin iddianı sübuta yetirəcək mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddianı əsaslı saymır və təmin edilməməsi qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı "kredit borcu üzrə əldən çıxmış faydanın tutulması" tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı "kredit borcu üzrə əldən çıxmış faydanın tutulması" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar