Məhkəmə qərarları › İş №e-2(010)-1296/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1296/2025

28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1296/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1232 manat məbləğində pul vəsaiti və ödənilmiş 32.32 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. 2.İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə lizinq alan X3 arasında bağlanmış 08 sentyabr 2020-ci il tarixli ALY-249 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətə geri qaytarmışdır. Həmçinin cavabdeh gecikdirilmiş lizinq ödənişlərini ödəmiş və tərəflər arasında “Daxili lizinq” müqavilənin ləğv olunmasına dair razılıq əldə edilmişdir. Lizinq obyekti olan avtomobilin müqavilə üzrə lizinq alan X1 müvəqqəti sahibliyində olduğu müddət ərzində Cavabdeh lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxs cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh idarə edərkən EQ 10603845 saylı protokola görə 16 manat, EQ 10603879 saylı protokola görə 80 manat, EQ 10603848 saylı protokola görə 80 manat, EQ 10603850 saylı protokola görə 64 manat, EQ 10603852 saylı protokola görə 16 manat, EQ 10603849 saylı protokola görə 80 manat, EQ 10603857 saylı protokola görə 16 manat, EQ 10603855 saylı protokola görə 80 manat, EQ 10603858 saylı protokola görə 80 manat, EQ 10603860 saylı protokola görə 80 manat, EQ 10603861 saylı protokola görə 64 manat, EQ 10603862 saylı protokola görə 80 manat, EQ 10603872 saylı protokola görə 32 manat, EQ 10603863 saylı protokola görə 64 manat, EQ 10603875 saylı protokola görə 80 manat, EQ 10603877 saylı protokola görə 64 manat, EQ 10603846 saylı protokola görə 80 manat, EQ 10629243 saylı protokola görə 80 manat, EQ 15340153 saylı protokola görə 64 manat, EQ 16837031 saylı protokola görə 32 manat, cəmi 1232 manat ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 1232 manat məbləğində ödəniş edilmişdir Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları.

3. İddiaçı MMC-nin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılması, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.

İş materialları.

5. xx.xx.2020-ci il tarixli ALY-249 saylı daxili lizinq müqaviləsi onun 1 saylı əlavəsinin surətindən görünür ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan, 2020-ci il buraxılışlı “RAVON R3” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9LA050102 ban nömrəli, ağ rəngli avtomobil müvəqqəti lizinqə verilmişdir.

6. xx.xx.2020-ci il tarixli Lizinq Obyektinin təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “RAVON R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9LA050102 ban nömrəli, ağ rəngli avtomobil X2 təhvil verilmiş, X3 avtomobili qəbul edərək təhvil almışdır.

7. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.

8. Daxili lizinqi müqaviləsi üzrə gecikdirilmiş lizinq ödənişlərinin və dəymiş zərərin ödənilməsi barədə xəbərdarlıq məktubundan(pretenziya məktubu) görünür ki, İddiaçı MMC tərəfindən yaranmış borcun və cərimənin ödənilməsi Cavabdeh tələb edilmişdir.

9. İnzibati xəta haqqında protokollardan çıxarışların surətlərindən müəyyən olunur ki, Cavabdeh 1232 manat məbləğində cərimə olunmuşdur.

10. xx.xx.2024-cü il tarixli çek məlumatlarının surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin hesabına 1232 manat məbləğində pul ödənilmişdir.

11. İddiaçı MMC-nin Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ALY- 259 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinqə verilmiş 1 ədəd “Ravon R3” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili yalnız Azərbaycan Respublikası ərazisində idarə etməyi xx.xx.2022-ci il tarixə kimi Cavabdeh etibar etmişdir.

12. İddiaçı MMC-nin Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ALY- 259 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinqə verilmiş 1 ədəd “Ravon R3” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili yalnız Azərbaycan Respublikası ərazisində idarə etməyi xx.xx.2022-ci il tarixə kimi Cavabdeh etibar etmişdir.

13. İddiaçı MMC-nin Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ALY- 259 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinqə verilmiş 1 ədəd “Ravon R3” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili yalnız Azərbaycan Respublikası ərazisində idarə etməyi xx.xx.2022-ci il tarixə kimi Cavabdeh etibar etmişdir.

İşin faktiki halları.

14.İddiaçı MMC ilə lizinq alan X3 arasında bağlanmış 08 sentyabr 2020-ci il tarixli ALY-249 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətə geri qaytarmışdır. Həmçinin cavabdeh gecikdirilmiş lizinq ödənişlərini ödəmiş və tərəflər arasında “Daxili lizinq” müqavilənin ləğv olunmasına dair razılıq əldə edilmişdir. Lizinq obyekti olan avtomobilin müqavilə üzrə lizinq alan X1 müvəqqəti sahibliyində olduğu müddət ərzində Cavabdeh lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxs cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

19. İşin faktiki hallarından göründüyü kimi İddiaçı MMC ilə lizinq alan X3 arasında bağlanmış 08 sentyabr 2020-ci il tarixli ALY-249 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətə geri qaytarmışdır. Həmçinin cavabdeh gecikdirilmiş lizinq ödənişlərini ödəmiş və tərəflər arasında “Daxili lizinq” müqavilənin ləğv olunmasına dair razılıq əldə edilmişdir. Lizinq obyekti olan avtomobilin müqavilə üzrə lizinq alan X1 müvəqqəti sahibliyində olduğu müddət ərzində Cavabdeh lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxs cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir.

20. Məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, cavabdeh tərəfin təqsirli hərəkətləri nəticəsində inzibati xəta hadisəsi törədilmiş və bununla bağlı olaraq cərimə olunmuşdur. Həmin cərimə məbləğləri onun tərəfindən deyil, avtomobilin mülkiyyətçisi tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

21. Məhkəmə hesab edir ki, həmin cərimə məbləğləri cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranmış və cavabdeh cəriməni ödəmək vəzifəsi daşısa da, cərimənin ödənilməsindən yayınmışdır. İddiaçı cavabdehin onun mülkiyyətində olan avtomobili idarə etməsi nəticəsində qanun pozuntusuna yol verməsini nəzərə alaraq çəkilməli olan xərci ödəmiş, hazırda pozulmuş hüququnu bərpa etmək üçün məqsədilə çəkilmiş xərci cavabdehdən tələb edir. Bu halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1232 manat məbləğində dövlət büdcəsinə ödənilmiş pul vəsaiti və 32,32 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri.

22. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 32.32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq iddia qiymətinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 1232 (bir min iki yüz otuz iki) manat məbləğində pul vəsaiti və 32,32 (otuz iki manat, otuz iki qəpik) manat dövlət rüsumu və bank xidmət xərci İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1232 (bir min iki yüz otuz iki) manat məbləğində pul vəsaiti və 32,32 (otuz iki manat, otuz iki qəpik) manat dövlət rüsumu və bank xidmət xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar