Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1309/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdeh Rəhı̇ mli Kəmalə Sabı̇ r qızına qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdeh Rəhı̇ mli Kəmalə Sabı̇ r qızına qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 4311.05 manat, faiz borcu üzrə 243.30 manat, dəbbə pulu 114.36 manat olmaqla cəmi 4554.35 manat borcun və 66 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin girov predmeti olan ümumi çəkisi 79.2 qram olan qızılzinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərracdan satılması, əmlakın satışından əldə edilən vəsait hesabına LPO İddiaçı ASC-yə olan 4554.35 manat borcun və 66 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. "xxxx" ASC ilə Cavabdeh arasında 11 yanvar 2023-cü il tarixində LB/23/003/000426 saylı Kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 36 ay müddətinə, illik 27 % hesablanmaqla 4456 manat məbləğində kredit verilmişdir. Bundan başqa, əsas öhdəliyin icrasının təmini məqsədilə "xxxx" ASC ilə Cavabdeh arasında 11 yanvar 2023-cü il tarixdə G-LB/23/003/000426 saylı Girov müqaviləsi bağlanmşdır. Girov müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan ümumi çəkisi 79.2 qram olan qızıl-zinət əşyaları girov predmeti kimi göstərilmişdir. Lakin cavabdeh tərəfindən 11 yanvar 2023-cü il tarixli LB/23/003/000426 saylı Kredt müqaviləsinin şərtləri pozularaq, öhdəlik icra edilməmişdir.
Tərəflərin izahatları
3. Cavabdeh Rəhı̇ mli Kəmalə Sabı̇ r qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
İş materialları
5. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2023-cü il tarixli, LB/23/003/000426 saylı Kredit müqaviləsindən və ona 1 saylı Əlavədən görünür ki, Cavabdeh 36 ay müddətinə, illik 27 % hesablanmaqla 4456 manat məbləğində kredit verilmişdir.
6. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2023-cü il tarixli, G- LB/23/003/000426 saylı Girov müqaviləsindən görünür ki, 11 yanvar 2023-cü il tarixli, LB/23/003/000426 saylı Kredit müqaviləsinin icrasının təmini məqsədilə ümumi çəkisi 79.2 qram, razılaşdırılmış bazar qiyməti 6366.6 manat, razılaşdırılmış likvid dəyəri 4456.5 manat olan zinyət əşyaları "xxxx" ASC-nin – Girov saxlayanın sahibliyinə verilmişdir.
7. 11 yanvar 2023-cü il tarixli aktdan görünür ki, girov qoyulan əmlak çəkisi 11.7 qram olan 3 cüt sırğa, çəkisi 13.5 qram olan 1 ədəd komplekt, 1 ədəd klon, 1 ədəd qolbaq, 1 ədəd sep klon, çəkisi 7.8 qram olan 1 ədəd üzük, 1 ədəd sep, çəkisi 46.2 qram olan 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, 1 ədəd klon olmaqla, ümumi çəkisi 79.2 qram olan qızıl zinət əşyalarıdır.
8. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 yanvar 2023-cü il tarixli, LB/23/003/000426 saylı Kredit müqaviləsi üzrə əsas borc üzrə 4311.05 manat, faiz borcu üzrə 243.30 manat, dəbbə pulu 114.36 manat olmaqla cəmi 4554.35 manat borcu vardır.
9. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini 5 iş günü ərzində icra etmədiyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İşin faktiki halları
10. Tərəflər arasında kredit müqaviləsi imzalanması, müqavilədə nəzərdə tutulan kredit vəsaitinin cavabdehə təqdim edilməsi, eyni zamanda cavabdehin kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmini məqsədilə onunla iddiaçı arasında girov müqaviləsi bağlanması və cavabdehə məxsus olan ümumi çəkisi 79.2 qram, razılaşdırılmış bazar qiyməti 6366.6 manat, razılaşdırılmış likvid dəyəri 4456.5 manat olan zinyət əşyalarının "xxxx" ASC-nin – Girov saxlayanın sahibliyinə verilməsi işin hallarını təşkil edir. Hazırki iddia tələbində iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etmədiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh tələbə qarşı hər hansı etiraz və ya mülahizə irəli sürməmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
13. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
14. Məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı kredit və girov müqavilələri bağlanmışdır. Həmin müqavilələr tərəflərin iradə ifadəsini əks etdirir və yuxarıda qeyd edilmiş maddi hüquq normaları baxımından etibarlıdır. Beləliklə, müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, Cavabdeh qızı isə kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etməmişdir. İddia tələbində qeyd edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi halı işə əlavə edilən sənədlərlə təsdiq olunur. Cavabdeh tərəfindən iddia tələbinin əsassız olmasına dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki borc məbləğini tələb etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Rəhı̇ mli Kəmalə Sabı̇ r qızından 4311.05 manat əsas borc, 243.30 manat faiz borcu, 114.36 manat dəbbə pulu olmaqla 4554.35 manat borc və ödənilmiş 66 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməlidir.
15. Məhkəmə, qeyd edir ki, iddia tələbi tutmanın girov predmeti olan ümumi çəkisi 79.2 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərracdan satılması, əmlakın satışından əldə edilən vəsait hesabına LPO İddiaçı ASC-yə olan borcun ödənilməsi hissəsində də əsaslıdır.
16. Belə ki, işin hallarından göründüyü kimi, tərəflər arasında yuxarıda qeyd olunan kredit müqaviləsi ilə yanaşı, həmin müqavilə üzrə öhdəliklərin icrasının təmini məqsədilə eyni zamanda girov müqaviləsi bağlanılmış və cavabdehə məxsus olan ümumi çəkisi 79.2 qram, razılaşdırılmış bazar qiyməti 6366.6 manat, razılaşdırılmış likvid dəyəri 4456.5 manat olan zinyət əşyalarının "xxxx" ASC-nin – Girov saxlayanın sahibliyinə verilmişdir. Qeyd olunan müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, Girov saxlayan Borcalan öz öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda girov qoyulmuş əşyanın dəyərindən Girov qoyanın digər kreditorlarına nisbətən üstün qaydada təminat almaq hüququna malikdir. Müqavilənin 4.1.6-cı bəndinə görə, kredit müqaviləsi üzrə öhdəliklər müəyyən edilmiş müddətdə icra edilmədikdə və girov predmetinin könüllü satılaraq borcun əvəzinə ödənilməsi barədə razılaşma əldə edilmədikdə, predmetin razılaşdırılmış likvid dəyərinə satışını təşkil etmək razılaşdırılmışdır. Müqavilənin 5.4-cü bəndinə görə, qeyd olunan əsaslarla yanaşı Girov qoyanın bu müqavilənin 4.3-cü bəndində nəzərdə tutulan vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi girov predmetinə tutmanın yönəldilməsi əsası kimi çıxış edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi tərəflər öz aralarında bağlamış olduqları girov müqaviləsində əgər kredit müqaviləsi üzrə öhdəliyin icra edilmədiyi halda, girov premdeti olan əmlaka tutmanın yönəldilməsi barədə razılıq əldə etməmişdirlər. Belə olan halda məhkəmə cavabdehin iddiaçı qarşısında icra edilməmiş kredit öhdəliyinin olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də təmin edilməli və tutma 11 yanvar 2023-cü il tarixli girov müqaviləsinə və akta əsasən girov predmedi olan çəkisi 11.7 qram olan 3 cüt sırğa, çəkisi 13.5 qram olan 1 ədəd komlekt, 1 ədəd klon, 1 ədəd qolbaq, 1 ədəd sep klon, çəkisi 7.8 qram olan 1 ədəd üzük, 1 ədəd sep, çəkisi 46.2 qram olan 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, 1 ədəd klon olmaqla, ümumi çəkisi 79.2 qram olan qızıl zinət əşyalarına yönəldilməli, həmin qızıl zinət əşyaları açıq hərracda satılmalı və ümumi çəkisi 79.2 qram olan qızıl zinət əyşalarının açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsait hesabına iddiaçı "xxxx" ASC-yə olan 4554.35 manat borc vəsaiti və ödənilmiş 66 manat dövlət rüsumu ödənilməlidir.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 66 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Rəhı̇ mli Kəmalə Sabı̇ r qızından 4311.05 manat əsas borc, 243.30 manat faiz borcu, 114.36 manat dəbbə pulu olmaqla 4554.35 manat borc və ödənilmiş 66 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməli, tutma 11 yanvar 2023-cü il tarixli girov müqaviləsinə və akta əsasən girov predmedi olan çəkisi 11.7 qram olan 3 cüt sırğa, çəkisi 13.5 qram olan 1 ədəd komplekt, 1 ədəd klon, 1 ədəd qolbaq, 1 ədəd sep klon, çəkisi 7.8 qram olan 1 ədəd üzük, 1 ədəd sep, çəkisi 46.2 qram olan 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, 1 ədəd klon olmaqla, ümumi çəkisi 79.2 qram olan qızıl zinət əşyalarına yönəldilməli və həmin qızıl zinət əşyaları açıq hərracda satılmalı, ümumi çəkisi 79.2 qram olan qızıl zinət əyşalarının açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsait hesabına iddiaçı "xxxx" ASC-yə olan 4554.35 manat borc vəsaiti və ödənilmiş 66 manat dövlət rüsumu ödənilməldir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh Rəhı̇ mli Kəmalə Sabı̇ r qızından 4311.05 manat əsas borc, 243.30 manat faiz borcu, 114.36 manat dəbbə pulu olmaqla 4554.35 manat borc və ödənilmiş 66 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilsin. Tutma 11 yanvar 2023-cü il tarixli girov müqaviləsinə və akta əsasən girov predmedi olan çəkisi 11.7 qram olan 3 cüt sırğa, çəkisi 13.5 qram olan 1 ədəd komplekt, 1 ədəd klon, 1 ədəd qolbaq, 1 ədəd sep klon, çəkisi 7.8 qram olan 1 ədəd üzük, 1 ədəd sep, çəkisi 46.2 qram olan 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, 1 ədəd klon olmaqla, ümumi çəkisi 79.2 qram olan qızıl zinət əşyalarına yönəldilsin və həmin qızıl zinət əşyaları açıq hərracda satılsın. Ümumi çəkisi 79.2 qram olan qızıl zinət əyşalarının açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsait hesabına iddiaçı "xxxx" ASC-yə olan 4554.35 manat borc vəsaiti və ödənilmiş 66 manat dövlət rüsumu ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.