Məhkəmə qərarları › İş №e-2(010)-1311/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1311/2025

28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1311/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 12715 manat dəymiş zərərin və ödənilmiş 128 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini, məhkəmədən imtinanın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. Belə olan halda məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 128 manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2024, nömrə: **********15) dövlət büdcəsindən İddiaçı1nə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar