Məhkəmə qərarları › İş №e-2(010)-132/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-132/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-132/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" QSC-yə qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" QSC-yə qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətindən "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-cİ il tarixli, 3-xx-xx-2018-AF- GT nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 47636.17 manat əsas borc, 3493.26 manat faiz borcu olmaqla, cəmi borcu 51129.43 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 249 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 46.45 manat rüsum məbləğində pul vəsaitinin tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” Yaşayış sahəsi, 21F, bina 2, 15 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir.

2. İddiaçı "xxxx" ASC iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətindən "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-cİ il tarixli, 3-xx-xx-2018-AF-GT nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 46459.57 manat əsas borc, 648.15 manat faiz borcu olmaqla, cəmi borcu 47107.72 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 249 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 46.45 manat rüsum məbləğində pul vəsaitinin tutulması, tutmanın xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” Yaşayış sahəsi, 21F, bina 2, 15 nömrəli mənzilinə yönəldilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-132/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" QSC-yə qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə “ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi” hissəsində xitam verilmişdir.

İddia tələbinin dəlilləri

4. Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamenti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3-xx-xx-2018-AF-GT nömrəli Kredit müqaviləsinə əsasən 197 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 53000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh1 və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə xx.xx.2018-ci il tarixli, 3-xx-xx-2018-AF-GT nömrəli zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh2 Banka 47636.17 manat əsas borc, 3493.26 manat faiz borcu olmaqla, cəmi borcu 51129.43 manat təşkil edir. Cavabdeh2 kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh2 borc öhdəliyini icra etmir, buna görədə borcun təminatı kimi onun tərəfindən ipotekaya qoyulmuş mənzil qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir.

Tərəflərin izahatları

5. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" QSC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab edir.

6. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

7. Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamenti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3-xx-xx-2018-AF-GT nömrəli Kredit müqaviləsindən və ona 1 saylı Əlavədən görünür ki, bank tərəfindən ona 197 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 53000 manat məbləğində kredit verilmişdir.

8. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3-xx-xx-2018-AF-GT nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borclu Cavabdeh2 xx.xx.2018-ci il tarixli, 3-xx-xx-2018-AF-GT nömrəli Kredit müqaviləsinə əsasən 53.000 manat məbləğində, 197 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasından ibarət kredit öhdəliyinin icrası ilə əlaqədar olaraq cavabdehlik daşımağı öz üzərinə götürmüşdür.

9. Azərbaycan Beynəlxalq Bankı ASC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3-xx-xx-2018-AF-GT nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin "xxxx" QSC borclu Cavabdeh2 xx.xx.2018-ci il tarixli, 3-xx-xx-2018-AF-GT nömrəli Kredit müqaviləsinə əsasən 53.000 manat məbləğində, 197 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasından ibarət kredit öhdəliyinin icrası ilə əlaqədar olaraq cavabdehlik daşımağı öz üzərinə götürmüşdür.

10. xx.xx.2019-cu il tarixli İpoteka Müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli, 3-xxxx-2018-AF-GT nömrəli Kredit müqaviləsinin icrasının təmini məqsədilə ipoteka qoyan Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili ipoteka saxlayan Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.

11. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışının surətindən görünür ki, ümumi sahəsi 44.4 kv.m olan və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 mülkiyyətindədir və Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

12. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə mövcud kredit borcu 3 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

13. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 46459.57 manat əsas borc, 648.15 manat faiz borcu olmaqla, cəmi borcu 47107.72 manat borcu vardır.

14. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 61500.0 manat, likvid dəyəri isə 55000.0 manat məbləğində müəyyən olunur.

İşin faktiki halları

15. İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh2 arasında xx.xx.2018ci il tarixli, 3-xx-xx-2018-AF-GT nömrəli Kredit müqaviləsinin imzalanması, həmin kredit müqaviləsinin təminatı olaraq iddiaçı bank ilə digər cavabdehlər Cavabdeh1 və Xəzər İnşaat XXİ əsr” QSC arasında xx.xx.2018-ci il tarixli zaminlik müqavilələrin bağlanması, eyni zamanda xx.xx.2019-cu il tarixli İpoteka Müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı tərəf cavabdehlərlə imzalanan kredit və onun təminatı müqavilələrinə əsaslanaraq, tələbdə qeyd edilən borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş edir. Tələb müqavilə və öhdəlik münasibətlərini tənzimləyən maddi hüquq normaları ilə əsaslandırılıb. Cavabdeh tərəf iddia tələbinə hər hansı etiraz və ya mülahizə bildirməmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 29. Mülkiyyət hüququ. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 №-li 20 iyul 2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadı. Qərardadda qeyd edilmişdir ki, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmalıdır.

Məhkəmənin mövqeyi

20. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

21. Məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı kredit, zaminlik və ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələr tərəflərin iradə ifadəsini əks etdirir və yuxarıda qeyd edilmiş maddi hüquq normaları baxımından etibarlıdır. Beləliklə, müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, Cavabdeh2 və eyni zamanda kredit müqaviləsinin təminatı olaraq bağlanmış zaminlik müqavilələri əsasında zamin duran digər cavabdehlər Cavabdeh1 və Xəzər İnşaat XXİ əsr” QSC isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməmişdir və nəticədə cavabdehlərin banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank cavabdehlərdən kredit müqaviləsi üzrə 46459.57 manat əsas borc, 648.15 manat faiz borcu olmaqla, cəmi borcu 47107.72 manat pul vəsaiti tələb edir.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun tutulması hissəsində təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada kredit müqaviləsi üzrə 46459.57 manat əsas borc, 648.15 manat faiz borcu olmaqla, cəmi borcu 47107.72 manat pul vəsaiti tutulmalıdır.

23. Məhkəmə, qeyd edir ki, iddia tələbi tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi hissəsində də əsaslıdır. Belə ki, iddiaçı bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən aydın olur ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və tərəflər kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilmədiyi təqdirdə borcun ipoteka predmetinə yönəldilməsi barədə razılaşmışdırlar. Eyni zamanda iş materiallarında olan 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bankın bildirişi qeydə alınmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə hissəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

24. İpoteka predmetinin ilkin satış qiymətini müəyyən edilməsinə gəldikdə isə,iş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 61500.0 manat, likvid dəyəri isə 55000.0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Belə olan halda, məhkəmə AR Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərardadını da nəzərə alaraq hesab edir ki, iddia qeyd olunan hissədə təmin edilməli, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, "D" yaşayış sahəsi, ev 21F, bina 2, 15 saylı mənzilin likvid dəyəri 55.000 (əlli beş min) manat müəyyən edilməklə açıq hərracda satılmalı, eyni zamanda ipoteka predmeti olan mənzilin satışından əldə edilən vəsait kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsinə kifayət etmədikdə, qalıq borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 249 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də qeydiyyata alınmasına dair ödənilmiş 46.45 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli və eyni zamanda iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

28. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Məmmədlı̇ Tapdıq Hümmət oğlu, Cavabdeh2 və "xxxx" QSCdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 3-xx-xx-2018- AF-GT nömrəli kredit müqaviləsi üzrə 46459.57 manat əsas borc, 648.15 manat faiz borcu olmaqla cəmi 47107.72 (qırx yeddi min yüz yeddi manat yetmiş iki qəpik) manat pul vəsaiti tutularaq ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, "D" yaşayış sahəsi, ev 21F, bina 2, 15 saylı mənzilin açıq hərracda satılması nəticəsində əldə edilən vəsaitə yönəldilməli, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, "D" yaşayış sahəsi, ev 21F, bina 2, 15 saylı mənzilin likvid dəyəri 55.000 (əlli beş min) manat müəyyən edilməli, ipoteka predmeti olan mənzilin satışından əldə edilən vəsait kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsinə kifayət etmədikdə, qalıq borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, iş üzrə ödənilmiş 249 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də qeydiyyata alınmasına dair ödənilmiş 46.45 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli və iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Məmmədlı̇ Tapdıq Hümmət oğlu, Cavabdeh2 və "xxxx" QSC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 3-xx-xx-2018-AF- GT nömrəli kredit müqaviləsi üzrə 46459.57 manat əsas borc, 648.15 manat faiz borcu olmaqla cəmi 47107.72 (qırx yeddi min yüz yeddi manat yetmiş iki qəpik) manat pul vəsaiti tutularaq ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, "D" yaşayış sahəsi, ev 21F, bina 2, 15 saylı mənzilin açıq hərracda satılması nəticəsində əldə edilən vəsaitə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, "D" yaşayış sahəsi, ev 21F, bina 2, 15 saylı mənzilin likvid dəyəri 55.000 (əlli beş min) manat müəyyən edilsin. İpoteka predmeti olan mənzilin satışından əldə edilən vəsait kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsinə kifayət etmədikdə, qalıq borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 249 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də qeydiyyata alınmasına dair ödənilmiş 46.45 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar