Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1329/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. 2018-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, borcverən İddiaçı borcalan X3 8.000 ABŞ dolları və 16.400 manat məbləğində borc pul verməyi və borcalan həmin borc məbləğini 2 il müddətində borverənə qaytarmağı öhdəsinə götürmüşdür.
İşin faktiki halları
2. İddiaçı ilə X4 arasında borc müqaviləsinin imzalanması və yuxarıda qeyd olunan pul vəsaitinin borcalana verilməsi və borcalanın vəfat etməsi işin mübahisəsiz halıdır.
İddia tələbi
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə öhdəliyin icrası təmin edilərək 8000 ABŞ Dolları və 16400 manatı, hüquqlarını bərpa etmək üçün ödənilmiş 210 manat və məhkəmə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 180 manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
4. İddiaçı 2018-ci il tarixində X3 8000 ABŞ Dolları və 16400 AZN məbləğində borc pul vəsaiti vermişdir. Bununla əlaqədar olaraq tərəflər arasında borc müqaviləsi imzalanmış və X4 iki il müddətinə borc pul məbləğini tam şəkildə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. X1 tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilməmiş, borc pul məbləğləri bu günə qədər ödənilməmişdir. X4 23 avqust 2021-ci il tarixində vəfat etmişdir. 2018-ci il tarixli borc müqaviləsinə əsasən X4 müqavilədə göstərilən müddət ərzində qeyd olunan məbləği ödəməsə və qismən ödəmiş olsa da pulun ödənilməsi öhdəliyi Cavabdeh keçir. Bu səbəbdən də cavabdeh qismində X2 hüquqi varisi olaraq Cavabdeh çıxış edir. Tərəflərin izahatları
5. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.
6. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, borc müqaviləsi onun atası ilə bağlanan zaman o sadəcə həmin müqavilənin bağlanmasına şahidlik etmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2 Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 1133. Vərəsəlik anlayışı 133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1306. Vərəsələrin kreditor qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Məhkəmənin mövqeyi
9. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
10. Məhkəmə qeyd edir ki, hazırkı işdə cavabdehin iddiaçı qarşısında tələb edilən pul məbləğini qaytarmaq öhdəliyi iki əsasla yarana bilərdi – 1. cavabdeh borclunun kreditor qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zamin durardısa, 2. Cavabdeh borclunun vərəsəsi kimi miras əmlakı qəbul edərdisə. Qeyd olunan hallardan biri (yaxud hər ikisi) mövcud olduğu təqdirdə cavabdehin iddiaçı qarşısında öhdəliyi yarana bilərdi. Hazırki iddia tələbində iddiaçı Cavabdeh atası – borc müqaviləsi üzrə borcalan qismində çıxış etmiş X2 hüquqi varisi olduğunu qeyd edərək hazırki öhdəliyin cavabdeh tərəfindən icra edilməsini tələb etsə də, lakin Cavabdeh həmin borc müqaviləsi üzrə zamin durması və yaxud mərhum X2 hüquqi varisi kimi tanınmaqla ondan miras əmlak qəbul etməsi halları hazırki iş materialları ilə sübuta yetirilmir. Belə ki, maddi hüquq normalarının tələbindən göründüyü kimi zaminlik müqaviləsi, bütün əsas şərtlər dəqiq qeyd edilməklə, yazılı formada bağlanmalıdır. Hazırkı işdə tərəflər arasında belə bir müqavilənin olması müəyyən edilmir. Cavabdehin mərhum atası ilə ididaçı arasında bağlanmış kredit müqaviləsinə şahid kimi imza etməyi isə özü-özlüyündə cavabdehə hər hansı öhdəlik yaratmır. İşdən, eyni zamanda cavabdehin mərhum atasının vərəsəsi kimi hər hansı miras əmlak qəbul etməsi faktı da müəyyən edilmir. Hazırkı tələb vərəsəlik hüquq münasibətlərinə istinadla o zaman əsaslı ola bilərdi ki, cavabdeh mərhum borclunun miras aktivini qəbul etmiş olardı və nəticədə hazırkı iddia ilə tələb edilən və miras qoyanın miras passivi sayılacaq borc məbləğinə münasibətdə də cavabdeh öhdəlik daşımış olardı. 11.Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilə bilməz.
Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 115.0.6-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən hüquqi yardım göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 210 manat və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 180 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Səlı̇ mov Ramı̇ z Səlı̇ m oğlunun Cavabdeh Rəhı̇ m oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Səlı̇ mov Ramı̇ z Səlı̇ m oğlunun Cavabdeh Rəhı̇ m oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.