Məhkəmə qərarları › İş №e-2(010)-133/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-133/2022

22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-133/2022 22.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “podrat müqaviləsinə dəyişiklik edilməsi və pul vəsaitinin geri ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “podrat müqaviləsinə dəyişiklik edilməsi və pul vəsaitinin geri ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.01.2020-ci il tarixli “Podrat Müqaviləsi” üzrə podratçı tərəfindən müqavilə şərtlərinə əməl olunmaması nəticəsində ona maddi ziyan dəydiyindən müqavilənin ləğv olunması və ödədiyi 6.850 manatın İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 iddiasını onunla əsaslandırmışdır ki, 21.01.2020- ci il tarixdə Günəşli inşaatın rəhbəri kimi tanıdığı İddiaçı ilə podrat müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən F,Məmmədov, 02 ha torpaq sahəsində 50 kv.m fərdi yaşayış evinin tam təmirli və keyfiyyətli materiallarla tikiləcəyini Cavabdeh2 vəd vermişlər. Cavabdeh2 ilkin olaraq 4500 manat məbləğində pulu nağd olaraq İddiaçı vermiş, 30.01.2020-ci il tarixində 1000 manat nağd pulu İddiaçı vermiş, bir müddət sonra evin tikintisinə baxmaq üçün tikinti olan əraziyə getmişdir. Evin təməli qoyulmuşdur. Cavabdeh2 təməlin balaca olmasından şübhələnib və oranı ölçmüş və görmüşdür ki, ölçüləri düz deyil və İddiaçı bunu sübut edərək bildirmişdir ki, öz səhvini düzəldəcək. Təməlin dərinliyinin Cavabdeh2 60 sm olacağını demiş, iddiaçı dərinliyi ölçmüş 25, 30 sm dərinliyində olduğunu aşkar etmişdir. İddiaçı olan inamı itmiş və ona demişdir ki, Cavabdeh2 pulunun geri qaytarılmasını istəyir, o da bildirmişdir ki, pulun geri qaytarılması mümkün deyil, müqavilədə yazılıb ki, ancaq məhkəmə yolu ilə 40, 50 faizi qaytarıla bilər. Cavabdeh2 istəmişdir ki, məhkəməyə müraciət etməsin, çünki məbləği tam geri ala bilməyəcəyindən qorxmuşdur. Ona görə də müqaviləni davam etdirməyə qərar vermiş və 08.02.2020-ci il tarixində 1000 manat nağd pulu İddiaçı vermişdir. Təxminən mart ayında Cavabdeh2 yenə tikintiyə baxmaq üçün əraziyə gəlmiş və bu zaman ərazidə Günəşli inşaat şirkətinin işçiləri və İddiaçı ərazidə bir neçə vətəndaşla mübahisə etdiyini, PPX əməkdaşları da orda olduğunu görmüşdür. 23.03.2020-ci il 300 manatda nağd olaraq İddiaçı vermiş və əraziyə getmişdir. Bir neçə nəfər Cavabdeh2 yaxınlaşıb bura niyə gəldiyini soruşmuşdur, Cavabdeh2 tikintiyə baxmaq üçün gəldiyini bildirmişdir. 4 nəfər 25- 30 yaşlarında cavan oğlanlar idilər və Cavabdeh2 dedilər ki, Günəşli inşaat şirkəti onlara məxsus əkin sahəsini zəbt edərək bir neçə vətəndaşlara satmış, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət edildiyindən buraya gəlməməsi və tikinti dayandırıldığı bildirilmidir. Cavabdeh2 bu barədə İddiaçı bildirmiş, İddiaçı isə torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Cavabdeh2 şikayət ərizəsi ilə Suraxanı rayon prokurorluğuna və Rayon Polis İdarəsinə müraciət etmişdir. Materialda cinayət əlamətləri yaranmadığından cinayət işi başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh2 pulunu geri ala bilməyəcəyini düşünərək pulun əvəzində torpaq sahəsi verilməsini demişdir. İddiaçı buna razı olmuş, lakin Cavabdeh2 çıxarışlı torpaq sahəsi istəmişdir. İddiaçı pandemiy səbəbindən çıxarışlı torpaq sahəsi verə bilmədiyini bildirmişdir. Bununla da həmin məsələnin həlli uzanmışdır. Cavabdeh2 tez-tez Günəşli inşaata getmişdir ki, İddiaçıla torpaq sahəsi ilə əlaqədar razılaşsın, lakin İddiaçı orada tapa bilməmişdir. Cavabdeh2 İddiaçıla görüşə bilməmişdir. Hazırda Cavabdeh2, podratçı tərəf kimi İddiaçı öz müqavilə şərtlərinə əməl etməmiş və maddi ziyan vurmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçının ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə müəyyən edir ki, iddiaçı Cavabdeh2 AR MM-in 423.2-ci maddəsinin tələblərinə əməl etmədən məhkəməyə müraciət etmişdir. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “podrat müqaviləsinə dəyişiklik edilməsi və pul vəsaitinin geri ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar