Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1336/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19 mart 2021-ci il tarixli, 027-EMB-0207-21 saylı kredit müqaviləsi üzrə 2012 manat əsas borc, 301.80 manat cərimə borcu, 23 mart 2021ci il tarixli, 027-EMB-0212-21 saylı Kredit Müqaviləsi üzrə 152 manat əsas borc, 22.80 manat cərimə, həmçinin iddia ərizəsinə görə ödənilmiş 45.28 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 2533.88 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 2130.00 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 19 mart 2021-ci il tarixli, 027-EMB-0207-21 saylı kredit müqaviləsi bağlanmışdır. X1 Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 23 mart 2021-ci il tarixli, 027-EMB-0212-21 saylı Kredit Müqaviləsinə əsasən 12 ay müddətinə qaytarılmaq şərti ilə 166.00 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini təmin etməlidir. Hal-hazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 19.03.2021-ci il tarixli, 027-EMB-0207-21 saylı Kredit Müqaviləsi üzrə 10.01.2022-ci il tarixə əsas borcu 2012.00 manat və faiz borcu 0.00 manat, cərimə borcu 301.80 manat, 23.03.2021-ci il tarixli, 027-EMB-0212-21 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 152.00, faiz borcu 0.00 manat, cərimə borcu 22.80 manat olmaqla hər iki kredit müqaviləsi üzrə ümumi borcu 2488.60 manat təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 04 avqust 2021-ci il, 16099-21 saylı və 27 sentyabr 2021-ci il tarixli, 16099-21 saylı pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Buna görə də, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 19 mart 2021-ci il tarixli, 027-EMB-0207-21 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 18 ay müddətinə 2130.00 manat məbləğində kredit verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 mart 2021-ci il tarixli, 027-EMB-0212-21 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 12 ay müddətinə 166.00 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən Cavabdeh 19 mart 2021-ci il tarixli, 027-EMB-0207-21 saylı kredit müqaviləsinə əsasən 2012 manat əsas borc, 301.80 manat cərimə borcu, cəmi 2313.80 manat vardır. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən Cavabdeh 23 mart 2021-ci il tarixli, 027-EMB-0212-21 saylı kredit müqaviləsinə əsasən 152 manat əsas borc, 22.80 manat cərimə, cəmi 174.80 manat borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə Cavabdeh 19.03.2021-ci il tarixli, 027-EMB-0207-21 saylı Kredit Müqaviləsi üzrə 10.01.2022-ci il tarixə 2012 manat əsas borc, 301.80 manat cərimə borcu, 23.03.2021-ci il tarixli, 027-EMB-0212-21 saylı Kredit Müqaviləsi üzrə 152 manat əsas borc, 22.80 manat cərimə olmaqla, hər iki kredit müqaviləsi üzrə ümumi borcu 2488.60 manat təşkil edir. İş üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti kredit müqaviləsi üzrə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməli, Cavabdeh 23 mart 2021-ci il tarixli, 027-EMB-0212-21 saylı kredit müqaviləsinə əsasən 152 manat əsas borc, 22.80 manat cərimə, 19 mart 2021-ci il tarixli, 027-EMB-0207-21 saylı kredit müqaviləsinə əsasən 2012 manat əsas borc, 301.80 manat cərimə borcu, həmçinin ərizəyə görə ödənilmiş 45.28 manat dövlət rüsumu və bank xidmət xərci tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 23 mart 2021-ci il tarixli, 027-EMB-0212-21 saylı kredit müqaviləsinə əsasən 152 manat əsas borc, 22.80 manat cərimə borcu, 19 mart 2021-ci il tarixli, 027- EMB-0207-21 saylı kredit müqaviləsinə əsasən 2012 manat əsas borc, 301.80 manat cərimə borcu, cəmi 2488.60 (iki min dörd yüz səksən səkkiz manat, altmış qəpik) manat və ödənilmiş 45.28 (qırx beş manat, iyirmi səkkiz qəpik) manat dövlət rüsumu və bank xidmət xərci tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-1336/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1336/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver