Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-134/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı məxsus BMW markalı 90CT528 dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş 5445 manat ziyan məbləğinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 74,45 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri xx.xx.2023-cü il tarixdə saat 14:50 radələrində Cavabdeh idarə etdiyi özünə məxsus Hyundai Sonata minik markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı qəsəbəsi tərəfdən üzü Qaraçuxur qəsəbəsi istiqamətində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində yol nəqliyyat hadisəsi törətmiş və İddiaçı məxsus BMW markalı 90CT528 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və o yol-nəqliyyat hadisəsinə törədilməsində təqsirli bilinərək barəsində Suraxanı rayon X4 Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli İXP5418081 nömrəli İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. Sözügedən inzibati xətanı törətdiyinə görə, Cavabdeh barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş, bu barədə Suraxanı Rayon DYPŞ Polis X1 tərəfindən xx.xx.2023- cü il tarixli TP5734964 nömrəli elektron qərar qəbul edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus BMW markalı 90CT528 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə 10445 manat məbləğində ziyan dəymişdir. Bununla bağlı Xalq Sığorta tərəfindən PXA141964 nömrəli sığorta aktı tərtib olunmuşdur. Qeyd olunan ziyan məbləğindən Xalq Sığorta tərəfindən 5000 manat pul məbləği İddiaçı ödənilmişdir. Lakin qalıq 5445 manat ziyan məbləğinin ödənilməsi təmin edilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, avtomobil qəzalı vəziyyətdə 1800 manat dəyərində satılmışdır. Məhkəmə iclasında dindirilən cavabde Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, baş vermiş yol-nəqliyyat hadisəsində dəymiş zərərlə bağlı Sığorta şirkəti tərəfindən 5000 manat məbləğində iddiaçıya ödəniş edilmişdir. İddiaçının maşının heç qiyməti yoxdur. Baş vermiş qəza nəticəsində onun sağlamlığına möhkəm zərər dəyib. Özündə yüksək təzyiq var. Maddi vəziyyəti ağırdı, sağlamlığı da sıradan çıxıb. Maşına dəymiş ziyanın məbləği şişirdilmişdir. İş materialları TP seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-c il tarixli məktubundan görünür ki, Hyundai Sonata minik markalı **-NK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən Cavabdeh adında qeydiyyatdadır. Sığorta aktından görünür ki, Hyundai Sonata minik markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 55000 manat məbləğində sığortalamışdır. xx.xx.2023-cü il tarixdə saat 14:50-də Bakı şəhəri, Qaraçuxur qəsəbəsi istiqamətində baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus BMW markalı 90CT528 dövlət qeydiyyat nişanlı avtomaşına zərər dəymişdir. Xalq Sığorta tərəfindən 5000 manat İddiaçı ödənilmişdir. “AutoBox”un qiymətləndirmə aktından görünür ki, BMW markalı 90CT528 dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 10445 manat məbləğində ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sılğorta ödənişini almaq üçün plastik kartlar və ŞEN zərflər İddiaçı təhvil verilmişdir. Hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC-ti xx.xx.2023-cü ildə karta 5000.00 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə-əmtəə ekspertizasının 9/7528 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ....Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, 1998-ci il buraxılışlı "BMW 525” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı, təqdim edilmiş qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla, respublika avtobazarlarında mövcud olmuş qiymətlərdən, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Həmin meyarlar əsasında müəyyənləşdirilən qiymətlər aşağıdakı kimidir: Həmin meyarlar əsasında müəyyənləşdirilən qiymət Respublika avtobazarlarında mövcud olan qiymətlərə və internet saytı (turbo az. və Avto az) məlumatlarına və əldə edilmiş digər məlumatlara əsasən normal vəziyyətdə saxlanılmış, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı olan, 25 il istismarda olmuş, 1998-ci il buraxılışlı “BMW 525” markalı, 90CT528 markalı, avtomobilin hazırki respublikadaxili orta bazar qiyməti təxminən 9800,00 manat (7000m+8500m+10300m+10800m+10500m+11500m) :6 göstərilmişdir. İş materiallarında olan məlumatlara əsasən, nəzəri hesablama yolu ilə təmiri rentabelli hesab edilməyən, qəzadan sonra təxminən avtomobilin ümumi dəyərinin 30% həcmində hissələrinin salamat qalması nəzərə alınmaqla 1998-ci il buraxılışlı "BMW 525” markalı, 90CT528 dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği 6900,00 (9800-30%) manat müəyyən edilir. Məhkəmə-əmtəə ekspertizasının 9/329 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, yuxarıda qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən avtomağaza və avtoservis müəssisələrində mövcud olan qiymətlərə, internet saytı məlumatlarına əsasən yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşü və hərəkət hissələri saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı 1998-ci il buraxılışlı, “BMW 525” markalı (**-CT-*** dövlət qeydiyyat nişanlı) avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 10500,0 manat müəyyən edilir. Təqdim edilmiş qüsur aktı müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 30%-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 10500,00 manat olmuş, 1998-ci il buraxılışlı “BMW 525” markalı (**-CT-*** dövlət qeydiyyat nişanlı) avtomobilin zədələnməsindən dəymiş ziyanın (70%) məbləği nəzərə alınmaqla hazırki zədəli vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 3150,00 (10500-70%) manat müəyyən edilir. Tətbiq olunan hüquq Azərbaycan Respu blikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi özünə məxsus Hyundai Sonata minik markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı məxsus BMW markalı 90CT528 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Hazırda iddiaçı, özünə məxsus BMW markalı 90CT528 dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş 5445 manat ziyan məbləğinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 74,45 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsini istəyir. Cavabdeh isə iddanı qəbul etmir və bildirir ki, sığorta şirkəti tərəfindən avtomaşına dəymiş ziyana görə 5000 manat ödənilmiş, dəymiş ziyanın məbləği şişirdilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus əmlaka Cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur. Bununla da, Cavabdeh tərəfindən İddiaçı qanunla qorunan mülkiyyət hüquqlarının pozulması halı-delikt baş vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tələb edilən məbləğə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə mötəbər sübut növü olan ekspert rəyinə əsasən müəyyən edir ki, xarici əmtəə görünüşü və hərəkət hissələri saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı 1998-ci il buraxılışlı, “BMW 525” markalı (**-CT-*** dövlət qeydiyyat nişanlı) avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 10500,0 manatdır. Təqdim edilmiş qüsur aktı müqayisə olunduqda salamat qalmış hissələrin faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 30%-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 10500 manat olmuş, 1998-ci il buraxılışlı “BMW 525” markalı (**-CT-*** dövlət qeydiyyat nişanlı) avtomobilin zədələnməsindən dəymiş ziyanın (70%) məbləği nəzərə alınmaqla hazırki zədəli vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 3150 (10500-70%) manat müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, xarici əmtəə görünüşü və hərəkət hissələri saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı 1998-ci il buraxılışlı, “BMW 525” markalı (**- CT-*** dövlət qeydiyyat nişanlı) avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə respublikadaxili orta bazar pərakəndə satış qiymətinin təxminən 10500 manat olmasını, həmin avtomobilin baş verən yol qəza hadisəsindən sonra təmirinin məqsədəmüvafiq və rentabelli olmamasını, bununla da hazırki vəziyyətdə bazar qiymətinin 3150 manat (salamat qalmış hissələrin faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 30%ni təşkil etməsi nəzərə alınmaqla) olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş ziyanın məbləği 7350 (10500-30%) manatdır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından biri də ondan ibarətdir ki, baş vermiş hadisəyə görə sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində ödəniş edilmişdir. Sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilməsini nəzərə alınaraq, iddiaçı cavabdehdən 2350 (7350-5000) manat məbləğində pul vəsaiti (avtomobilin salamat qalmış hissələri iddiaçıya aid edilməklə) tələb etməkdə haqlıdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş zərərə görə 2350 (iki min üç yüz əlli) manat məbləğində pul vəsaiti (avtomobilin salamat qalmış hissələri iddiaçıya aid edilməklə) tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 74.45 (yetmiş dörd manat qırx beş qəpik) manat məbləğində pul vəsaitindən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 43.50 (qırx üç manat əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertizanın ümumi dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Ağentliyi; kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFTBİK CTREAZ22) ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 2350 (iki min üç yüz əlli) manat məbləğində pul vəsaiti (avtomobilin salamat qalmış hissələri iddiaçıya aid edilməklə) tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumuna görə 43.50 (qırx üç manat əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın ümumi dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Ağentliyi; kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFTBİK CTREAZ22) ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova