Məhkəmə qərarları › İş №e-2(010)-1362/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1362/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1362/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSCnin xeyrinə xx.xx.2023-cü il tarixdə bağladığı 001A********** saylı müqavilə üzrə 18153.81 manat məbləğində kredit bоrcu, 1413.58 manat məbləğində faiz bоrcu və 277.30 manat məbləğində cərimə olmaqla, cəmi 19844.69 manat; xx.xx.2022-ci il tarixli 001KK**********01 saylı kart kredit müqaviləsi üzrə 995.01 manat məbləğində kredit bоrcu, 57.99 manat məbləğində faiz bоrcu, cərimə borcu 41.89 manat olmaqla, cəmi 1094.89 manat, ümumilikdə cəmi 20939 manat 58 qəpik məbləğində bоrcun və iddiaçı tərəfindən ödənilmiş 152.82 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 001A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında X2”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh X5 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23300 (iyirmi üç min üç yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 5146.19 manat ödəniş etmiş və оnun iddiaçıya 18153.81 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 134 gün üçün hesablanmış faiz borcu 1413.58 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 134 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 277.30 manat təşkil edir. Bundan başqa, Cavabdeh AccеssBank» QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 001KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “X4 Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 1000 (min) manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh əsas borcu üzrə 995.01 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 2.4-cü bəndinə müvafiq olaraq, xx.xx.2024-cü il tarixə 89 gün üçün hesablanmış faiz borcu 57.99 manat, müqavilənin 3.7-ci bəndinə müvafiq olaraq isə cərimə borcu isə 41.89 manat təşkil edir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İddiaçı QSC-nin OUT-2024/11/16-36 saylı, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 001A********** saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 18153.81 manat məbləğində əsas borc, 1413.58 manat məbləğində faiz borcu, 277.30 manat məbləğində cərimə borcu olmaqla cəmi borc 19844.69 manat təşkil edir. Cavabdeh və İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli imzaladığı ərizədən görünür ki, Cavabdeh faiz dərəcəsi 18% olmaqla 48 ay müddətinə, 23300 manat məbləğində kredit sifariş vermişdir. Həmin ərizəni imzalamaqla, o, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında X2”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. İddiaçı QSC tərəfindən verilmiş ödəniş planından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2027-ci il tarixinədək hər ay 688 manat, xx.xx.2027-ci il tarixində isə 691.20 manat məbləğində ödəniş etməlidir. İddiaçı QSC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-xx.xx.2024cü il tarixlərdə Cavabdeh tərəfindən kreditin ödənilməsinə müxtəlif əməliyyatlar aparılmışdır. İddiaçı QSC-nin OUT-2024/11/16-42 saylı, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 001KK**********01 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 995.01 manat məbləğində əsas borc, 57.99 manat məbləğində faiz borcu, 41.89 manat məbləğində cərimə borcu olmaqla cəmi borc 1094.89 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kartın açılması üçün sifarişdən görünür ki, Cavabdeh kart sahibi olaraq müqavilədə qeyd edilən şərt və müddəalarla tanış olmuş və təsdiqləmişdir. İş materiallarında olan 02E**********97 saylı xx.xx.2022-ci il tarixli kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında Müqavilədən görünür ki, Bank, Müqavilə ilə nəzərdə tutulmuş əməliyyatların aparılması üçün Müştərinin sifariş ərizəsinə əsasən kart hesabının açılmasını və kartın, müvafiq sayda əlavə kartın emissiya edilərək Müştəriyə verilməsini, kartın qüvvədə olduğu müddətdə ondan istifadə etməklə kart hesabı üzrə əməliyyatların aparılmasına dair Müqavilədə nəzərdə tutulmuş xidmətlərin (“Xidmətlər”) göstərilməsini, Müştəri isə kartdan, əlavə kartdan Müqavilə şərtlərinə uyğun olaraq istifadə edilməsini və Müqavilədə razılaşdırılmış xidmət haqqının Banka ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan 001KK**********01 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, Bank Kredit Alana X5 2 (iki) % (X5) olmaqla 36 (otuz altı) ay müddətinə (Kredit Müddəti)1000 00 (bir min manat) manatməbləğində kredit limiti («Kredit Limiti») açır. Kredit Limiti Kredit Alanın bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kredit Alan bu Müqavilə üzrə borcunu Ödədikcə Kredit Limiti Kredit Müddətində bərpa olunur. Həmin Müqaviənin 3.7-ci bəndindən görünür ki, Aylıq ödəniş Banka vaxtında və lazımı qaydada ödənilmədikdə Ödəniş Tarixinin ertəsi günündən etibarən Minimal ödənişin Banka qaytarılmasının hər gecikdirilən günü üçün Minimal ödənişin qalığına 0.5 (sıfır tam onda beş) faiz dərəcəsi ilə cərimə hesablanır. İddiaçı QSC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-xx.xx.2024cü il tarixlərdə Cavabdeh tərəfindən kreditin ödənilməsinə müxtəlif əməliyyatlar aparılmışdır. İddiaçı QSC-nin xx.xx.2019-cu il tarixli “Bank Xidmətlərinin Göstərilməsi haqqında X2”nin 7.20-ci bəndinə əsasən Müştəri Krediti və Kredit Faizini vaxtında Banka qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığının 0.1 faizi məbləğində cərimə ödəyir. İddiaçı QSC tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1094.28 manat borc barədə məlumat verilmiş, borcu vaxtında ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin xəbərdarlıq məktubu cavabdeh ünvanda yaşamadığından geri qaytarılmışdır. İddiaçı QSC tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 19844.69 manat borc barədə məlumat verilmiş, borcu vaxtında ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı QSC-nin OUT-2025/02/12-176 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 001A********** saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 18003.81 manat məbləğində əsas borc, 1894.46 manat məbləğində faiz borcu, 233.24 manat məbləğində cərimə borcu olmaqla cəmi borc 20131.51 manat təşkil edir. İddiaçı QSC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-xx.xx.2025ci il tarixlərdə Cavabdeh tərəfindən kreditin ödənilməsinə müxtəlif əməliyyatlar aparılmışdır. İddiaçı QSC-nin OUT-2025/04/07-155 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 001A********** saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 17703.81 manat məbləğində əsas borc, 2283.21 manat məbləğində faiz borcu, 233.24 manat məbləğində cərimə borcu olmaqla cəmi borc 20220.26 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda- 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi və kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2023-cü il tarixli 001A********** saylı kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli 001KK**********01 saylı kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Tərəflər arasında müqavilə üzrə cərimə razılaşdırılmışdır. Məhkəmə xx.xx.2023-cü il tarixdə bağladığı 001A********** saylı müqavilə üzrə cəriməni tənasübsüz surətdə yüksək hesab etmiş, xx.xx.2022-ci il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə isə cəriməni isə yüksək hesab etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yeni maliyyə arayışı təqdim edilsə də, həmin arayış baxış iclasında təqdim edildikdən, həmçinin yeni maliyyə arayışına əsaslanan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə də məhkəməyə təqdim edilmədikdən, qətnamə ilkin olaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə əsasən qəbul edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixdə bağladığı 001A********** saylı müqavilə üzrə 18153.81 manat məbləğində kredit bоrcu, 1413.58 manat məbləğində faiz bоrcu və 150 manat məbləğində cərimə olmaqla, cəmi 19717.39 manat; xx.xx.2022-ci il tarixli 001KK**********01 saylı kart kredit müqaviləsi üzrə 995.01 manat məbləğində kredit bоrcu, 57.99 manat məbləğində faiz bоrcu, cərimə borcu 41.89 manat olmaqla, cəmi 1094.89 manat, ümumilikdə cəmi 20812.28 manat məbləğində bоrc tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 152.44 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixdə bağladığı 001A********** saylı müqavilə üzrə 18153.81 manat məbləğində kredit bоrcu, 1413.58 manat məbləğində faiz bоrcu və 150 manat məbləğində cərimə olmaqla, cəmi 19717.39 manat; xx.xx.2022-ci il tarixli 001KK**********01 saylı kart kredit müqaviləsi üzrə 995.01 manat məbləğində kredit bоrcu, 57.99 manat məbləğində faiz bоrcu, cərimə borcu 41.89 manat olmaqla, cəmi 1094.89 manat, ümumilikdə cəmi 20812.28 manat məbləğində bоrc və iddiaçı tərəfindən ödənilmiş 152.44 manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar