Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1372/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********95 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh elektron təsdiq vasitəsilə (OTP kod) illik 20 faizlə 40 ay müddətinə 1500 manat kredit verilmişdir. Kreditin təyinatı borc alanın borc verən qarşısında mövcud olan 1500 manat məbləğində qalıq kredit borcunun ödənilməsidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən BPM**********95 nömrəli xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 1333,10 manat, faiz borcu üzrə 209,45 manat olmaqla, cəmi 1542,55 manat borcu mövcuddur. Eyni zamanda bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 35,43 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2022-ci il tarixində 22-15767/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
İddia tələbi.
2. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********95 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1333,10 manat, faiz borcu üzrə 209,45 manat olmaqla, cəmi 1542,55 manat tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 35,43 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Cavabdeh məhkəmə iclasında iddianı qəbul qəbul edərək, izahatında maddi vəziyyəti ilə əlaqədar bankdan götürdüyü krediti ödəyə bilmədiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
İş materialları.
5. xx.xx.2021-ci il tarixli BPM**********95 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh “İBA Mobile” mobil tətbiqi vasitəsilə kreditdən istifadəyə görə illik 20% ödəmək şərti ilə 40 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir.
6. Bank hesabının açılması üçün ərizədən müəyyən olunur ki, Cavabdeh bank hesabının açılması üçün müvafiq sənədlər təqdim etmişdir və həmin ərizədə Cavabdeh şəxsi məlumatları, əlavə olaraq hesabın açılma tarixi - xx.xx.2021-ci il - qeyd olunmuşdur.
7. xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən "xxxx" ASC-yə ünvanlanmış razılıq ərizəsindən müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2021 tarixli, BPM**********95 nörməli kredit müqaviləsinə əsasən kredit üzrə ödəniş gecikdirildikdə, ödənilməli olan aylıq ödəniş məbləğinin və gecikdirilmiş əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin Cavabdeh Bankda olan əmək haqqı, pensiya və digər hesablarından akseptsiz qaydada bloklaşdırılmaqla silinməsinə razılıq vermişdir.
8. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 ünvanlanmış ərizədən müəyyən olunur ki, Cavabdeh onun şəxsiyyət vəsiqəsi və İBA mobile vasitəsi ilə qeydiyyatdan keçdiyi mobil nömrəsi əsasında “Elektron hökumət Portalın'’da Bankın (onun əməkdaşının) onun adından qeydiyyatdan keçməsinə, onun tərəfindən istifadəçi adı və şifrənin yazılmasına razılıq verdiyini, qeydiyyatın tamamlanması üçün onun mobil nömrəsinə gələn şifrəni Banka (onun əməkdaşına) şifahi və ya yazılı (sms vasitəsilə və s.) təqdim etməklə qeydiyyatın başa çatmasına etiraz etmədiyini qeyd etmişdir. Bankın ona məxsus istifadəçi adı və şifrəsi ilə “Elektron hökumət Portalı’na daxil olaraq orada yerləşdirilmiş fərdi məlumatları əldə edə bilməsi, saxlaya bilməsi, arxivləşdirə bilməsini təsdiq etmişdir.
9. xx.xx.2021-ci il tarixli “ASAN Finans” sistemi vasitəsilə məlumatların alınmasına dair razılıq ərizəsindən müəyyən olunur ki, Cavabdeh “ASAN Finans” sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların Azərbaycan Beynəlxalq Bankı ABB Müştəri Xidməti Departamentinə təqdim olunmasına razılıq vermişdir.
10. Kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya ödəmə qabiliyyətinin təhlili üçün kredit bürosundan kredit hesabatının əldə edilməsinə razılıq ərizəsindən müəyyən olunur ki, Cavabdeh haqqında toplanmış məlumatların kredit bürosundan əldə edilməsinə razıdır. Bu razılıq kredit alındığı halda yaranmış öhdəliyə xitam verilənədək qüvvədədir və geri götürülməyəcəkdir.
11. xx.xx.2021-ci il tarixli BPM**********95 nömrəli “Fiziki şəxslərə məsafədən bank hesablarının açılması və xidmət göstərilməsi üzrə” müqavilədən müəyyən olunur ki, bank tərəfindən Cavabdeh adına milli və ya xarici valyutalarda cari hesab açılmışdır.
12. xx.xx.2021-ci il tarixli "xxxx" ASC tərəfindən tərtib olunmuş fiziki şəxslər üçün sifarişçi haqqında ümumi məlumat üzrə anketdən müəyyən olunur ki, həmin anketdə Cavabdeh şəxsi məlumatları qeyd olunmuşdur və Cavabdeh 40 ay müddətinə 20% ödəmək şərti ilə 1500 manat məbləğində kredit verilmişdir.
13. "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan Cavabdeh hesabından çıxarışdan müəyyən olunur ki, Cavabdeh hesabına xx.xx.2021-ci il tarixdə 1500 manat miqdarında pul vəsaiti mədaxil edilmişdir.
14. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 1333,10 manat, faiz borcuna görə 209,45 manat olmaqla, cəmi 1542,55 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.
15. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli, 22-15767/2022 nömrəli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
16. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 35,43 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqının ödənilmişdir.
İşin faktiki halları.
17. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********95 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
20. Məhkəmə cavabdehin izahatını dinləyib iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
21. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.
22. Bank tərəfindən cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.
23. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
24. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********95 nömrəli müqavilə üzrə 1333,10 manat ödənilməmiş əsas məbləğ və 209,45 manat faiz məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri.
25. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 35,43 manat dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödəmişdir.
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 35,43 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********95 nömrəli müqavilə üzrə cavabdehdən 1333,10 manat məbləğində kredit borcu və 209,45 manat məbləğində faiz borcu, cəmi 1542,55 manat məbləğində borc; ödənilmiş 35,43 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********95 nömrəli müqavilə üzrə 1333,10 manat əsas və 209,45 manat faiz olmaqla, cəmi 1542,55 (min beş yüz qırx iki manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti; ödənilmiş 35,43 (otuz beş manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.