Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1382/2025 12.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5187,8 manat məbləğində əsas borcun, 673,94 manat məbləğində faiz borcunun, cəmi 5861,74 manat borcun və 79 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Bolkart Ailə müqaviləsinə əsasən bank Borcluya 59 ay müddətinə, illik 25% olmaqla 5200 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdehin etirazı Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ona qarşı "pul tələbinə dair" iddia ərizəsi ilэ məhkəməуə mürасiət еdərək, ondan iddiaçı "xxxx" ASC-nin хеуrinə 5187,8 manat məbləğində əsаs borcun, 673,94 manat məbləğində faiz borcunun, сəmi 5861,74 manat borcun və 79 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin iddia tələbi qanunsuz va əsassızdır. Веlə ki, iddiaçı həmin kredit məbləği verdiyi zаman o, hər ау əmək haqqı ödənilən kimi, kredit borcunu ödəmək öhdəliyini götürmüşdür. Lakin, onun hal-hazırdakı iş уеrində əmək haqqının ödənilməməsi səbəbindən, kredit borcunun ödənilməsində də gесikmələr baş vermişdir. Gесikmələr baş versə də, o kredit borcunu əmək haqqı ödənilən kimi ödəyəcəyini bildirmişdir. Bank tərəfindən bu məsələyə hər-hansı etiraz bildirilmşmişdir. Yəni qarşılıqlı razılıq əldə edilmiş və ona əmək haqqının ödənilməsindən sonra kredit borcunun ödənilməsinə möhlət veriləcəyi bildirilmişdir. Onun əmək haqqısının ödənilmədiyi üçün kredit borcunun ödənilməsində gecikmə yaranmışdır, bu səbəbdən onun tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsindən söhbət gedə bilməz. İddiaçı "xxxx" ASC guya iddia ərizəsi ila birlikdə ona göndərdiуi bildirişi və guуа həmiп bildirişi qəbul etməyi ilə bağlı qəbz əlavə etmişdir. Bildirir ki, o ümümiyyətlə bank tərəfindən heç bir bildirişi almamışdır və həmin qəbz onun tərаfindən imzalanmamışdır. Мəhkəmə tаrаfindən imzаnın ona məxsus olub-olmaması araşdırılmalı və iddiaçının müqavilə üzrə şərtləndirildiуi kimi, məhkəməуə müraciət еtməzdən əvvəl onu xəbərdar edib-еtməməsi aşkar edilməlidir. Onun adını qeyd edib onun adından qəbzi imzalamaları qanuna ziddir. Нəmçinin qeyd edir ki, tərəfiidən kredit borcu üzrə iddiaçı "xxxx" QSC-yə 1300 manat pul məbləği ödənilmişdir. Bununla bağlı qəbzləri iş materiallarına əlavə edəcək. Bundan əlavə qeyd edir ki, bank onu vaxtı-vaxtında xəbərdar etməmiş, daha sonra onunla telefon vasitəsilə əlaqə saxlayıb borc ödəmək üçün möhlət vermişdir. Buna baхmауаrаq, kredit borcu üzrə faiz məbləğləri şişirdilərək iddia tələbi irəli sürülmüşdür. Tərəflərin izahatları. İş üzrə İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı ollmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC Suraxanı Rayon Məhkəməsinə dövlət rüsumu olaraq 79 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü iİ tarixli müqaviləyə əsasən 5187.8 manat əsas, 673.94 manat faiz və 0 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 604258 nömrəli fiziki şəxslərin imza nümunələri Vərəqəsindən görünür ki, Cavabdeh imzasının təsdiq olunması, şəxsiyyətinin müəyyən edilməsi və fəaliyyət qabiliyyətinin yoxlanması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AL/25048/A0 saylı kredit sazişindən müəyyən olunur ki, İddiaçı ASC Cavabdeh 59 ay müddətinə, illik 25% ödəmək şərti ilə 15000 manat kredit xəttindən ilkin olaraq 5200 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Bu sazişi imzalamaqla o, xx.xx.2024-cü il tarixində imzalanmış kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli “Bank of Baku ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlər”-i ilə tanış olmuş və razılaşmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 5030 nömrəli balansdankənar məxaric orderindən müəyyən olunur ki, Cavabdeh 1 ədə “X1 Contactless” kartı verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə və icra xərclərinin tutulacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə 500 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 500 manat məbləğində, xx.xx.2025-ci il tarixdə 200 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanan vəsatətdən görünür ki, məhkəmənin icraatında olan e-2(010)-1382/2025 saylı mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-1382/2025 saylı qərardadından görünür ki, Cavabdeh iş üzrə icraatın dayandırılması barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən Nərimanov Rayon Məhkəməsində qaldırılmış iddia tələbinə əsasən (İddiaçı ASC cavabdeh qismində olmaqla), o və cavabdeh İddiaçı ASC araında bağlanmış xx.xx.2024-cü il tarixli nağd kredit müqaviləsinin etibarsız hesab edilməsi və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Bolkart ailə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh arasında AL/25048/A0 saylı xx.xx.2024-cü il tarixli kredit sazişi (müqaviləsi) bağlanmış və ona 59 ay müddətinə, illik 25% ödəmək şərti ilə 15000 manat kredit xəttindən ilkin olaraq 5200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, pul olan kartı cavabdehə təqdim etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh AL/25048/A0 saylı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda, cavabdeh işi uzatmaq məqsədilə ayrı-ayrı vəsatətlər vermiş, borcun alınmaması, məbləğin düz olmaması və müqavilənin etibarsız sayılması üçün sübut təqdim etməmiş, həmçinin iclaslara gəlməmiş, hər iclas öncəsində müxtəlif bəhanələr gətirərək təxir olunmasını istəmiş və başqa işə aid olan sübutları məhkəməyə təqdim etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı Bank of Baku” ASC-nin xeyrinə 5187.8 manat məbləğində əsas borc, 673.94 manat məbləğində faiz borcu, cəmi 5861.74 manat borc tutulmalıdır. Məhkəmə xərcləri. İddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 79 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5187.8 manat məbləğində əsas borc, 673.94 manat məbləğində faiz borcu, cəmi 5861.74 manat borc və 79 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1382/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1382/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver