Məhkəmə qərarları › İş №e-2(010)-1386/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1386/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1386/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 859.85 manat əsas borc və 34.38 manat faiz borcu olmaqla, cəmi 894.23 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********46 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 900 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, X3 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 859.85 manat əsas borc və 34.38 manat faiz borcu olmaqla, cəmi 894.23 manat borcu qalmışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi üzrə məhkəməyə müraciət edilməsi üçün cəmi 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

Tərəflərin izahatları.

3. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

5. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. "xxxx" ASC (Bank) və X8 (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********46 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə “Bank” ilə “Borcalan” arasında sonuncunun adına “Bank” tərəfindən ikitərəfli ödəniş kartının buraxılmasına, “Borcalan”ın adına bank hesablarının açılmasına, “Borcalan” tərəfindən “Tam kart” vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən “Tam kart”dan istifadəyə görə bank xidmətlərinin haqqlarının ödənilməsinə, “Bank” tərəfindən 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə, 900 manat məbləğində ayrılmış kredit xəttindən şəxsi ehtiyacların ödənilməsi (istehlak) məqsədi ilə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin “Bank”a ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir.

7. xx.xx.2022-ci il tarixli bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, "xxxx" ASC tərəfindən X4 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 900 manat məbləğində kredit xətti ayrılmışdır.

8. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 389320 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə “ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023cü il tarixdə 1042 nömrə ilə qeyd edilmişdir.

9. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan X8 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə olan borcundan xx.xx.2025-ci il tarixədək 2510.43 manat əsas borc, 38.72 manat faiz borcu ödəmiş, kredit üzrə əsas borcun qalığı 859.85 manat, faiz borcunun qalığı isə 34.38 manat olmaqla, ümumilikdə 894.23 manat təşkil etmişdir.

10. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu Cavabdehdur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X4 verilmiş **********09-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 10/7 (Yeni qaydalarla: AZ 1043, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 370.2 kv.metr olan fərdi yaşayış evinin miras qoyana məxsus “A” tikilisi (4 otaq – 71.8 kv.metr)-dən 1/6 hissəsindən ibarətdir. Şəhadətnamə reyestrdə 2V-149 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilib.

11. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu Cavabdehdur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, BA311084 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi WDB2020221F396788, mühərrikin nömrəsi **********1570 və buraxılış ili 1996-cı il olan “Mercedes Benz C220” minik markalı, **-TS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Şəhadətnamə reyestrdə 2V- 150 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilib.

12. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borcalan X3 vərəsəsi Cavabdeh müqavilə üzrə ödənilməmiş borcun məbləği barədə xəbərdar edilmiş, borcun 3 gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşin faktiki halları.

13. İddiaçı "xxxx" ASC və X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən Vidadi Şahbazova 36 ay müddətinə, illik 24%-lə 900 manat məbləğində kredit verilmiş, Vidadi Şahbazov isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür.

14. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Vidadi Şahbazovun ölümündən sonra ondan miras qalan əmlaklar xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, oğlu Cavabdeh keçmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan variantda). 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı.

Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi.

19. İşin faktiki hallarından görünür ki, iddiaçı "xxxx" ASC və X8 arasında xx.xx.2022ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Bank öhdəsinə götürmüşdür ki, X6 36 ay müddətinə, illik 24%-lə 900 manat məbləğində kredit versin, X7 isə öz üzərinə götürmüşdür ki, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və ona hesablanmış faizləri Banka ödəsin. İş materiallarından görünür ki, Bank müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra edərək, müvafiq krediti Borcalana vermişdir. Borcalan isə müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə Banka qaytarmamışdır. Bu isə Banka Borcalandan öhdəliklərin icrasını (ödənilməmiş əsas və faiz borcunun ödənilməsini) tələb etmək hüququ vermişdir. Lakin işin faktiki hallarından görünür ki, X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bununla belə, nəzərə alınmalıdır ki, Borcalanın ölümü onun Bank qarşısında kredit öhdəliklərinin xitamına səbəb olmur. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

20. Hazırkı iş materiallarından görünür ki, iş üzrə Cavabdeh mərhum Vidadi Şahbazovun oğlu olmaqla, onun vərəsəsidir. Belə ki, o, xx.xx.2024-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında atasından miras qalmış əmlakı qəbul etmişdir. Bu baxımdan o, mərhum miras qoyanın kreditoru qarşısında da məsuliyyət daşımalıdır.

21. Vərəsə-cavabdehin mərhumun kreditoru (iddiaçı Bank) qarşısında məsuliyyətinin həddi ilə bağlı qeyd edilməlidir ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Hazırkı işdən görünür ki, mərhum Vidadi Şahbazovdan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 78 ünvanında yerləşən, ümumi sahəsi 370.2 m2 olan fərdi yaşayış evinin miras qoyana məxsus A tikilisindən 1/6 hissəsi və “Mercedes Benz C220 minik” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Məhkəmə hesab edir ki, bu iki miras əmlakın qiymətinin vərəsə-cavabdehdən tələb edilən borcun ümumi məbləğindən (894.23 manat) çox olduğu məlum olduğundan bu əmlakların qiymətləndirilməsi ilə bağlı xüsusi rəy alınmasına zərurət yoxdur.

22. Belə olan halda məhkəmə hesab edir ki, mərhum borcalandan vərəsə-cavabdehə miras qalmış əmlakın dəyəri mərhum borcalanın iddiaçı Bank qarşısındakı borcunu tam həcmdə ödəməyə kifayət etdiyindən iddia təmin edilməli, cavabdehdən 859.85 manat məbləğində əsas borc və 34.38 manat məbləğində faiz borcu tutulmaqla, iddiaçı Banka ödənilməlidir.

Məhkəmə xərcləri.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidməti haqqı ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

25. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da xidmət haqqı ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 859.85 manat məbləğində əsas borc və 34.38 manat faiz borcu olmaqla, ümumilikdə 894.23 manat məbləğində borc, 30 manat dövlət rüsumu və 0.4 manat bank xidməti haqqı tutulmalıdır.

27. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 859.85 manat məbləğində əsas borc və 34.38 manat faiz borcu olmaqla, ümumilikdə 894.23 manat (səkkiz yüz doxsan dörd manat iyirmi üç qəpik) məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.4 manat (qırx qəpik) məbləğində bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar