Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-14/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İlk iddia üzrə İddiaçı və Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 300000 manat, xx.xx.2019-cu il tarixli kredit nüqavibsinə əsasən 100000 manat, cəmi 400000 (dörd yüz min) manat məbləğində borc pulun, illik 5% hesablanmaqla 3333 (üç min üç yüz otuz üç) manat faiz pulunun, 30.40 manat (otuz manat qırx qəpik) iddia vermək üçün ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı ödənilmiş 30.80 manat (otuz manat səksən qəpik) dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 210 (iki yüz on) manat pulun X3 öz xeyrinə tutulması; ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.040770 ha torpaq sahəsi və 728.1 m2 sahədən ibarət olan fərdi yaşayış evinin boşaldılması, tutmanın ipoteka predmeti olan və tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 0.040770 ha torpaq sahəsinə və 728.1 m2 sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılaraq, satışdan əldə olunan pul vəsaitinin ona ödənilməsi, satışdan əldə olunan pul vəsaitinin ödənilməsindən sonra qalan məbləğin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər İddiaçı və Cavabdeh qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evinə dair 09 saylı notariat ofisində 3M-818 reyestr nömrə ilə qeydə alınmış İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin, xx.xx.2019-cu il tarixli, 3M-939 reyestr saylı ipoteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsi və daşınmaz əmlak üzərində bankın yüklülüyünün bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı bildirdi ki, iş üzrə cavabdeh Səlimli X5 rayonunda qeydiyyatda olsa da, faktiki olaraq Suraxanı rayonunda yaşayır. Hətta cavabdehin borclu olduğu icra qeydi əvvəlcə Cəbrayıl rayonuna göndərilsə də, sonradan cavabdehin faktiki yaşayış ünvanı üzrə Suraxanı rayonuna göndərilmişdir. Bu səbəbdən hesab edir ki, işə aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Odur ki, işin aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 işin aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə iclasında iştirak etmədi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh Səlimli X5 rayonu, Süleymanlı kəndində qeydiyyatdadır. Buna baxmayaraq, hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda ümumi aidiyyət qaydasında bu işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılması istisna edilir. Bununla belə məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh faktiki olaraq Suraxanı rayonunda yaşadığını və bu səbəbdən işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Məhkəmə isə iddiaçının bu mövqeyi ilə razılaşmır. Ona görə ki, məcburi köçkünlərin qeydiyyatda olduqları rayonlarda sakinlərin kütləvi yerləşdirilməsi hələ ki tam təmin edilmədiyindən məcburi köçkünlərin demək olar ki hamısı respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmışdır. Lakin bu o demək deyil ki, məcburi köçkünlərin işlərinə birmənalı olaraq müvəqqəti məskunlaşdıqları rayonun məhkəməsində baxılmalıdır. Əgər belə olsa idi, məcburi köçkünlərin rəsmi qeydiyyatda olduqları məhkəmələrin fəaliyyətinə ümumiyyətlə zərurət qalmazdı. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında yurisdiksiyası Cəbrayıl rayonu olan məhkəmə - Cəbrayıl Rayon Məhkəməsi fəaliyyət göstərir və rəsmi olaraq Cəbrayıl rayonunda qeydiyyata alınmış cavabdehlərin işlərinə də ümumi aidiyyət qaydasında həmin məhkəmə baxmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, Cəbrayıl rayonundan məcburi köçkün olan və rəsmi olaraq Cəbrayıl rayonunda qeydiyyatda olan cavabdehin faktiki olaraq Suraxanı rayonu ərazisində yaşaması onun cavabdeh olduğu işə ümumi aidiyyəti qaydasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olduğunu mənasına gəlmir. Odur ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Maddə 45. İşlərin başqa məhkəməyə verilməsi və ərazi aidiyyəti məsələlərindən şikayət vermə qaydası. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Cavabdeh rəsmi qeydə alındığı yer üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D I: İddiaçı Cavabdeh qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-14/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-14/2023
22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver