Məhkəmə qərarları › İş №e-2(010)-1417/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1417/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1417/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 25.000 (iyirmi beş min) manat əsas borcun, 3750 (üç min yeddi yüz əlli) manat gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla faiz borcunun və ödənilmiş 177 manat dövlət rüsumunun və müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 300 manat pulun alınıb iddiaçıya verilməsi. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh ilə 2021 -ci ilin noyabr ayından tanımışdır. Belə ki, Lalə özünü iş adamı kimi təqdim etmiş və Bakı şəhərində yerləşən “Elit” aptekərində topdan satışla müxtəlif dərmanların satışı və sifarişi ilə məşğul olur. Həmin vaxt aralarında tanışlıq səmimi münasibətlər yarandığına görə o, əlində müəyyən qədər pul vəsaitinin olduğunu həmin pul vəsaiti ilə özünə müəyyən iş qurub qazanc əldə etmək istədiyini bildirmişdir. Cavabdeh iddiaçının pulu olduğunu bildikdən sonra iddiaçıya əlində olan pulu onun işlədiyi dərmən sahəsinə yatırım edərsə, hər ay xeyli miqdarda qazanc əldə edəcəkdir. İddiaçı bu işdə yad olduğunu desə də, Lalə təkidlə öz işi haqqında elə məlumatlar verdi ki, sanki Azərbaycana çox nadir tapılan dərmanları gətirdiklərini və hətta “X9” ilə işlədiklərini deməklə, onlara verilən pul vəsaitlərinin tam qarantili olduğuna ona inandırmışdır. Buna görə də o, 2021-ci ilin dekabr ayında iddiaçı Laləyə inanıb razılıq vermişdir. İlkin olaraq həmin tarixdə Cavabdeh 10000 manat pul vermiş, sonradan isə Lalə iddiaçıya bildirdi ki, 10000 manat çox azdır və daha çox gəlir əldə etmək üçün ən azı 50.000 manat pul lazımdır. İddiaçı ona inanıb 10000 manatdan əlavə 36000 manat pul vermiş, ümumilikdə verilən pulun məbləği 46000 manat olmuşdur. Daha sonra Lalə iddiaçı gəlir kimi 2022-ci ilin yanvar- fevral aylarında 1400 manat, mart ayında 1700 manat, aprel-may aylarında 2000 manat, iyun ayında 2400 manat, iyul ayında 2400 manat, avqust ayında 2800 manat, sentyabr ayında 2800 manat, oktyabr ayında isə 600 manat qaytarmışdır. 2023-cü ilin yanvar-fevral aylarında 550 manat, iyul ayında isə 1500 manat pul qaytarmışdır. İddiaçı başa düşmüşdür ki, gəlir kimi qaytardığı pullar iddiaçının elə öz pulu olmuşdur. Daha sonra Cavabdeh iddiaçıya qalan 25000 pulları geri verə bilməmiş, ümümilikdə 21000 manat pul vermiş, 25000 manat pulu isə mənimsəmişdir. iddiaçı həmin pulun bir hissəsini də tanışlarından borca götürmüş, hazırda pulun qaytarılmadığından maddi və mənəvi cəhətdən pis vəziyyətdədir. Sonda görmüşdür ki, iddiaçını aldadır, məcbur olub Polisə şikayət ərizəsi yazmışdır. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının DİN Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-in müstəntiqi, polis baş leytenenatı, X6 tərəfindən icraatında olan olan HK-1/871 nömrəsi ilə qeydiyyata alınmış təhqiqat materialı əsasında “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərarda da göstərilmişdir ki, ünvan 1 ünvanda yaşayan İddiaçı 2022-ci ilin yanvar ayında Cavabdeh Nadir qızı tərəfindən aldadılaraq 48000 manat pulunun ələ keçməsinə dair müraciəti əsadında toplanmış HK-1/871 material araşdırmanın davam etdirilməsi üçün Nəsimi RPİnin İstintaq şöbəsinə göndərilərək araşdırmanın aparılması xx.xx.2023-cü il tarixdə iddiaçıya həvalə olunmuşdur. xx.xx.2023-cü il tarixdə İddiaçı müraciəti əsasında toplanmış material öyrənilməsi üçün Nəsimi rayon pokurorluğuna göndərmiş, araşdırmanın aparılması xx.xx.2023-cü il tarixdən iddiaçıya həvalə olunmuşdur. DİN Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsində material üzrə İddiaçı izahatında bildirmişdir ki, o, Cavabdeh 2021-ci ilin noyabr ayından tanımışdır. Belə ki, Lalə özünü iş adamı kimi təqdim etmiş və Bakı şəhərində yerləşən "Elit” aptekərində topdan satışla müxtəlif dərmanların satışı və sifarişi ilə məşğııl olur. Həmin vaxt aralarında olan tanışlıq səmimi münasibətlər yarandığına görə Ellada əlində müəyyən qədər pul vəsaitinin olduğunu bildirərək, həmin pul vəsaiti ilə özünə müəyyən iş qurub qazanc əldə etmək istəmişdir. Elə bu söhbəti Lalə ilə etdiyi vaxtda Lalə ona bildirmişdir ki, əgər əlində pulu varsa, həmin pulu onun işlədiyi dərmən sahəsinə yatırım edərsə, hər ay xeyli miqdarda qazanc əldə edəcəkdir. Ellada isə bu işdə yad olduğunu desə də, Lalə təkidlə öz işi haqqında elə məlumatlar vermişdir ki, sanki Azərbaycana çox nadir tapılan dərmanları gətirdiklərini və hətta "X9” ilə işlədiklərini deməklə, onlara verilən pul vəsaitlərinin tam qarantili olduğuna inandırmışdır. Buna görə də o, 2021-ci ilin dekabr ayında Laləyə inanıb razılıq vermişdir. Lalə ilkin olaraq həmin tarixdə 10000 manat pul götürmüş və verdiyi pulu müqabilində ona ilk gəlir olaraq 500 manat pul ödəmişdir. Sonradan isə Lalə ona bildirmişdir ki, 10000 manat çox azdır və daha çox gəlir əldə etmək üçün ən azı 50 000 manat pul lazımdır. Ellada yenidən ona inanıb hissə- hissə olmaqla 36000 manat pul vermişdir. Ümumilikdə verilən pulun məbləği 46000 manat olduqdan sonra Lalə ona pulları qaytarmaqda çətinlik çəkmişdir. Lalə 2022-ci ilin yanvar-fevral aylarında 1400 manat, mart ayında 1700 manat, aprel-may aylarında 2000 manat, iyun ayında 2400 manat, iyul ayında 2400 manat, avqust ayında 2800 manat, sentyabr ayında 2800 manat, oktyabr ayında isə 600 manat qaytarmışdır. 2023-cü ilin yanvar-fevral aylarında 550 manat, iyul ayında isə 1500 manat pul qaytarmışdır. Daha sonra Cavabdeh Elladaya pulları geri verə bilməmiş, ümümilikdə 21000 manat pul vermiş, 25000 manat isə borcu qalmışdır. Bakı şəhər Baş Polis İdarəsində material üzrə vətəndaş Cavabdeh izahatında bildirmişdir ki, 2000-ci ildə Azərabaycan Tibb Universitetinin əczaçılıq fakültəsini bitirmişdir. O, universiteti bitirdikdən sonra Bakı şəhərində müxtəlif apteklərdə və 2006-cı ildən Nəsimi rayonu Fizuli küçəsi 53-dəyerləşən "Elit” aptekdə 2021ci ilin dekabr ayına kimi əzcaçı kimi işləmişdir. Ona 2021-cı ilin dekabr ayında Aytən adlı rəfiqəsi İddiaçı onunla dərman iş görmək istədiyini bildirmişdir. O, daha sonra Ellada ilə əlaqə saxlamış və sonuncuya 10000 manat pul verdiyi halda aylıq olaraq 700 manat pul verəcəyimi bildirmişdir. İddiaçı ona gətirib Bakı şəhəri Nəsimi rayonu Fizuli küçəsində yerləşən “Elit” adlı aptekdə 10000 manat pul vermişdir. O, həmin pulun əvəzində 2022-ci ilin yanvar fevral aylarında həmin qadına 1400 manat pul vermiş və 2022-ci ilin fevral ayında Ellada əlavə olaraq ona gətirib 5000 manat pul vermişdir. O, Elladaya mart ayında 1700 manat pul vermiş, daha sonra Ellada aprel ayında ümumilikdə ona hissə-hissə olmaqla 23000 manat pul vermişdir. 2022-ci ilin aprel ayında İddiaçı Cavabdeh verdiyi ümumi summa 38000 manat pul olmuşdur. O, Elladaya aprel ayından iyul ayınadək hər ay 2800 manat pul vermişdir. O. Elladaya 2022-ci ilin avqust ayında 2400 manat pul, sentyabr ayında 3300 manat pul vermişdir. Ellada 2022-ci ilin sentyabr ayında Ellada ona 8000 manat pul vevermiş və sonuncunun Cavabdeh verdiyi pul ümumilikdə 46000 manat olmuşdur. O, 2022-ci ilin oktyabr ayında Elladaya pul verə bilmədiyi üçün sonuncu ona verdiyi ümumi summanın üzərinə 2000 manat faiz pul gəlmişdir. Bu səbəbdən X4 Qədimbəyliyə verdiyi summanın 48000 manat olduğunu demiş lakin, sonuncuya verilən məbləğ 46000 manat olmuşdur. O, daha sonra işləri dayandığı üçün bir müddət faizləri verə bilməmiş və 2022-ci ilin noyabr ayında Elladaya 1300 manat pul. 2023-cü ilin yanvar ayında 700 manat, mart ayında 100 manat, iyul avqust ayı ərzində isə 1500 manat pul vermişdir. O, işləri dayandığı üçün faizləri verə bilmədiyini, ümumilikdə Elladaya verdiyi pullarla bağlı “Vatsap”sosial şəbəkəsində yazışmasında qeyd olunduğunu. 46000 manat puldan indiyə kimi İddiaçı 22800 manat pul verdiyini, geri qaytarılmalı pulun ümumilikdə 23200 manat olduğunu və hissə-hissə olmaqla pulu qaytarmaq istədiyini bildirmişdir. İddiaçı hesab edir ki, cavabdeh borcu qaytarmaqdan gecikdirməklə AR MM-nin 445.7-ci maddəsi ilə iddiaçıya həyat yoldaşının rəhmətə getməsindən sonra üç il üçün 25000 (iyirmi beş min) manat qalmış borcun 5 faizini vurduğu zərər görə 3750 (üç min yeddi yüz əlli) manat ödəməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Nəsimi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis baş leytenenatı X2 xx.xx.2023cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, ünvan 2 ünvanda yaşayan İddiaçı 2022-ci ilin yanvar ayında Cavabdeh Nadir qızı tərəfindən aldadılaraq 48000 manat pulunun ələ keçməsinə dair müraciəti əsadında toplanmış HK-1/871 material araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, o, Cavabdeh 2021 -ci ilin noyabr ayından tanımışdır. Belə ki, Lalə özünü iş adamı kimi təqdim etmişdir və Bakı şəhərində yerləşən “Elit” aptekərində topdan satışla müxtəlif dərmanların satışı və sifarişi ilə məşğul olur. Həmin vaxt aralarında olan tanışlıq səmimi münasibətlər yarandığına görə Ellada əlində müəyyən qədər pul vəsaitinin olduğunu bildirərək, həmin pul vəsaiti ilə özünə müəyyən iş qurub qazanc əldə etmək istəmişdir. Elə bu söhbəti Lalə ilə etdiyi vaxtda Lalə ona bildirmişdir ki, əgər əlində pulu varsa, həmin pulu onun işlədiyi dərmən sahəsinə yatırım edərsə, hər ay xeyli miqdarda qazanc əldə edəcəkdir. Ellada isə bu işdə yad olduğunu desə də, Lalə təkidlə öz işi haqqında elə məlumatlar vermişdir ki, sanki Azərbaycana çox nadir tapılan dərmanları gətirdiklərini və hətta “X11” ilə işlədiklərini deməklə, onlara verilən pul vəsaitlərinin tam qarantili olduğuna inandırmışdır. Buna görə də o, 2021-ci ilin dekabr ayında Laləyə inanıb razılıq vermişdir. Lalə ilkin olaraq həmin tarixdə 10000 manat pul götürmüş və verdiyi pulu müqabilində ona ilk gəlir olaraq 500 manat pul ödəmişdir. Sonradan isə Lalə ona bildirmişdir ki, 10000 manat çox azdır və daha çox gəlir əldə etmək üçün ən azı 50 000 manat pul lazımdır. Ellada yenidən ona inanıb hissə-hissə olmaqla 36000 manat pul vermişdir. Ümumilikdə verilən pulun məbləği 46000 manat olduqdan sonra Lalə ona pulları qaytarmaqda çətinlik çəkmişdir. Lalə 2022-ci ilin yanvar-fevral aylarında 1400 manat, mart ayında 1700 manat, aprel-may aylarında 2000 manat, iyun ayında 2400 manat, iyul ayında 2400 manat, avqust ayında 2800 manat, sentyabr ayında 2800 manat, oktyabr ayında isə 600 manat qaytarmışdır. 2023-cü ilin yanvar-fevral aylarında 550 manat, iyul ayında isə 1500 manat pul qaytarmışdır. Daha sonra Cavabdeh Elladaya pulları geri verə bilməmiş, ümümilikdə 21000 manat pul vermiş, 25000 manat isə borcu qalmışdır. Həmin qərarla, HK-1/871 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərarla həmçinin müəyyən edilmişdir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, “ 2000-ci ildə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsini bitirmişdir. O, uuniversiteti bitirdikdən sonra Bakı şəhərində müxtəlif apteklərdə və 2006-cı ildən Nəsimi rayonu Fizuli küçəsi 53-də yerləşən “Elit” aptekdə 2021-ci ilin dekabr ayına kimi əczaçı kimi işləmişdir. Ona 2021-ci ilin dekabr ayında Aytən adlı rəfiqəsi İddiaçı onunla dərman işi görmək istədiyini bildirmişdir. O, daha sonra Ellada ilə əlaqə saxlamış və sonuncuya 10000 manat pul verdiyi halda aylıq olaraq 700 manat pul verəcəyini bildirmişdir. İddiaçı ona gətirib Bakı şəhəri Nəsimi rayonu Fizuli küçəsində yerləşən “Elit” adlı aptekdə 10000 manat pul vermişdir. O, həmin pulun əvəzində 2022-ci ilin yanvar fevral aylarında həmin qadına 1400 manat pul vermiş və 2022-ci ilin fevral ayında Ellada əlavə olaraq ona gətirib 5000 manat pul vermişdir. O, Elladaya mart ayında 1700 manat pul vermiş, daha sonra Ellada aprel ayında ümumilikdə ona hissə-hissə olmaqla 23000 manat pul vermişdir. 2022-ci ilin aprel ayında İddiaçı Lalə Qədimliyə verdiyi ümumi summa 38000 manat pul olmuşdur. O, Elladaya 2022-ci ilin avqust ayında 2400 manat pul, sentyabr ayında 3300 manat pul vermişdir. Ellada 2022-ci ilin sentyabr ayında ona 800 manat pul vermiş və sonuncunun Cavabdeh verdiyi pul ümumilikdə 46000 manatolmuşdur. O, 2022-ci ilin oktyabr ayında Elladaya pul verə bilmədiyi üçün sonuncu ona verdiyi ümumi summanın üzərinə 2000 manat faiz pul gəlmişdir. Bu səbəbdən İddiaçı Cavabdeh verdiyi summanın 48000 manat olduğunu demiş, lakin sonuncuya verilən məbləğ 46000 manat olmuşdur. O, daha sonra işləri dayandırdığı üçün bir müddət faizləri verə bilməmiş və 2022-ci ilin noyabr ayında Elladaya 1300 manat pul, 2023-cü ilin yanvar ayında 700 manat, mart ayında 100 manat, itul avqust ayı ərzində isə 1500 manat pul vermişdir. O, işləri dayandırdığı üçün faizləri verə bilmədiyini, ümumilikdə Elladaya verdiyi pullarla bağlı “Vatsap” sosial şəbəkəsində yazışmasında qeyd olunduğunu, 46000 manat puldan indiyə kimi İddiaçı 22800 manat pul verdiyini, geri qaytarılmalı pulun ümumilikdə 23200 manat olduğunu və hissə-hissə olmaqla pulu qaytarmaq istədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 300 (üç yüz) manat məbləğində 14 saylı Vəkil Bürosunun hesabına ödəniş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.7 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə tərəfindən işin müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında olan razılaşmaya əsasən cavabdeh tərəfindən dərman preparatlarının gətirilməsi və satılması müqabilində iddiaçı tərəfindən cavabdehə 2021-ci ildə cəmi 46000 manat məbləğində pul vəsaiti verilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən vədə əməl edilməyərək, iddiaçıya qeyd edilən məbləğin bir hissəsi qaytarılmışdır. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən ona cəmi 21000 manat məbləğində pul vəsaiti qaytarılmış, ona görə də, Cavabdeh 25000 (iyirmi beş min) manat əsas borcun, 3750 (üç min yeddi yüz əlli) manat gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla faiz borcunun və ödənilmiş 177 manat dövlət rüsumunun və müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 300 manat pulun alınıb iddiaçıya verilməsini xahiş edir. Cavabdeh X7 məhkəmə iclaslarına gəlmədiyinə görə iddiaya münasibəti öyrənilməmişdir. Lakin iddiaçı tərəfindən cavabdeh barəsində polis orqanlarına şikayət ərizəsi ilə müraciət edilmiş və həmin vaxt izahat verən cavabdeh X7 iddiaçıya 22800 manat məbləğində pul vəsaiti qaytardığını, qalan 23200 manat məbləğində vəsaiti isə maddi imkanı olmaması səbəbindən indiyədək qaytara bilmədiyini bildirmişdir. İddiaçının şikayəti ilə bağlı cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh verdiyi vədinə əməl etməyərək iddiaçıya məxsus pul vəsaitini ələ keçirdiyindən iddiaçının hesabına əsassız varlanmışlar. Bu səbəbdən məhkəmə cavabdehin iddiaçı hesabına əsassız varlandığı və onları əsassız varlandıran pulu iddiaçıya qaytarmaq vəzifəsi daşıdığı nəticəsinə gəlmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinə iki hissədə qiymət vermək lazımdır. Birincisi iddiaçı tərəfindən cavabdehə verilmiş və qaytarılmamış pul məbləğinin tutulması, ikinci hissəsi isə tutulacaq pul məbləğinə illik 5 faiz hesablanmaqla pulun tutulması ilə bağlıdır. Məhkəmə iddia tələbinin 25000 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı cavabdehə 46000 manat məbləğində pul vermiş, cavabdeh həmin məbləği aldığını qəbul etmişdir. Ona görə də, cavabdehə 46000 manat məbləğində pulun verilməsi işin müəyyən edilmiş halıdır və həmin hissədə əlavə araşdırma aparılmasına ehtiyac yoxdur. Qeyd edilən məbləğdən iddiaçı 21000 manatının qaytarıldığını, cavabdeh isə 22800 manatının qaytarıldığını bildirir ki, həmin hissə ilə bağlı məhkəmə hesab edir ki, hər bir tərəf öz tələb və etirazlarını əsaslandırdığı halları sübut etməyə borcludur. Hazırda iddiaçı 46000 manat məbləğində pulu cavabdehə verməsini sübut edə bilmişdir və həmin məbləğdən 21000 manatının qaytarıldığını qəbul edir. Cavabdeh isə 46000 manat pul aldığını qəbul etmiş və həmin məbləğin 22800 manatının qaytarıldığını bildirir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh qeyd edilən məbləğdə pulun qaytarılmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən hansı məbləğdə pulun qaytarılması sübut olunmadığından məhkəmə iddiaçının etiraf etdiyi həddə, yəni 21000 manat məbləğində pulun qaytarılması hissəsində cavabdehin dəlillərini sübut olunmuş hesab edir. Ona görə də, cavabdehdən iddiaçının xeyrinə 25000 manat məbləğində pulun tutulması ilə bağlı məhkəmə iddia tələbini əsaslı hesab edir. İddia tələbinin tutulan məbləğə illik 5 faiz hesablanmaqla 3750 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Hazırki iş üzrə işin müəyyən edilən halları ondan ibarətdir ki, cavabdeh iddiaçıya məxsus pul vəsaitini 2021-ci ilin dekabr ayından özündə saxlamaqla iddiaçıya məxsus pul vəsaiti hesabına əsassız varlanmışdır. Qanunvericiliyin tələbinə əsasən kreditor borcludan pul məbləğinin ödənilməsini gecikdirdikdə illik 5 faizlə hesablanmış pulu tələb edə bilər. Hazırki iş üzrə də iddiaçı həmin tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin tələb edilən 3750 manat məbləğində pul əsaslı deyildir. Belə ki, cavabdeh tələb edilən pul vəsaitindən 10000 manatı 2021-ci ilin noyabr ayından, qalanını isə aprel ayından özündə saxlamış və iddiaçı hazırkı tələblə 2024-cü ilin yanvar ayında məhkəməyə müraciət etmişdir. Göründüyü kimi qeyd edilən məbləğin 3 il müddətinə hesablanması ədalətsiz və qanunsuz olardı. Belə ki, faktiki olaraq iddiaçının pulundan cavabdehdə qaldığı müddət belə hesablanmalıdır: 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına kimi – 10000 manat, 2022-ci ilin aprel ayından 2024-cü ilin yanvar ayına kimi 25000 manat kimi. Odur ki, məhkəmə illik 5 faizlə hesablanmış məbləğin 2353.97 manat məbləğində (2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına kimi hər ay 41.6 manat olmaqla 166.40 manat, 2021-ci ilin aprel ayından 2024-cü ilin yanvar ayına kimi hər ay 104.17 manat olmaqla 2187,57) olmasını əsaslı hesab edir. Məhkəmə nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş vəsaitdən 172,06 (bir yüz yetmiş iki manat altı qəpik) manat və müdafiəçiyə hüququ yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 25000 manat, həmin məbləğə illik 5 faizlə hesablanmış 2353.97 manat, dövlət rüsumuna görə ödənilmiş 172,06 (bir yüz yetmiş iki manat altı qəpik) manat və müdafiəçiyə hüququ yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 25000 manat, həmin məbləğə illik 5 faizlə hesablanmış 2353.97 manat, dövlət rüsumuna görə ödənilmiş vəsaitdən 172,06 (bir yüz yetmiş iki manat altı qəpik) manat və müdafiəçiyə hüququ yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar