Məhkəmə qərarları › İş №e-2(010)-1419/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1419/2022

18.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1419/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X4 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 396 (üç yüz doxsan altı) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Cavabdeh2 09.06.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospektində, etibarnamə əsasında idarə etdiyi mülkiyyət hüququ Cavabdeh1 məxsus “VAZ 21074 minik” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X4 məxsus 1 ədəd “Palermo” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 5396 (beş min üç yüz doxsan altı) manat dəyərində maddi ziyan dəymişdir. Hadisə yerinə gəlmiş Yasamal RPİ DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və 09.06.2020-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs, mülkiyyət hüququ Cavabdeh1 məxsus “VAZ 21074 minik” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 tanınmışdır. Cavabdeh2 tərəfindən idarə edilən “VAZ 21074 minik” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı "xxxx" X3 bank hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı hesab edir ki, 09.06.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 5396 (beş min üç yüz doxsan altı) manat məbləğində maddi ziyandan qalıq olarq qalan 396 (üç yüz doxsan altı) manat pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" X4 ödənilməlidir. Cavabdehlər maddi ziyanın ödənilməsi üçün Müəssisəmizə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə verdiyi izahatında, iddia tələbini etiraf etmiş və iddianı qəbul etdiyini bildirmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş TP-3727206 saylı inxibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. «Bakı Şəhər İşığı» EŞM-nin direktoru A.Sultanov tərəfindən təsdiq olunmuş smetadan görünür ki, Yasamal rayonu, Tbilisi prospektində **-KX-*** dövlə nömrə nişanlı avtomaşın ilə vurulmuş «Polermo» tipli dirəyin bərpasına sərf olunan xərc 5396,00 manatdır. 20-0596/11 AA-3963/20 saylı sığorta aktından görünür ki, “VAZ 21074 minik” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 tərəfindən 24.01.2020-ci ildən 24.01.2021-ci il tarixədək 55.000 manat məbləğində sığortalanmışdır. 09.06.2020-ci il tarixdə Tbilisi prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Bakı ŞİH "xxxx" EŞM-nə 5396,00 manat dəyərində əmlaka ziyan dəymişdir. Hesablanmış sığorta ödənişinin məbləği 5000 manat təşkil etmiş və həmin məbləğ Bakı ŞİH "xxxx" EŞM-nin Yasamal filialındakı hesabına köçürülmüşdür. 04.06.2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 “VAZ 21074 minik” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 sürücülük hüququ olduqda idarə etməyi, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarma, ərizə vermək və s. Hərəkətlər etməyi etibar etmişdir. Həmin etibarnamə 05.12.2020-ci ilədək qüvvədə olmuşdur. Cavabdeh X2 18.04.2022-ci il tarixli məhkəmə iclasında verdiyi yazılı ərizəsindən görünür ki, o, iddiaçının ona qarşı qaldırdığı iddianı qəbul edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, “VAZ 21074 minik” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 tərəfindən 24.01.2020-ci ildən 24.01.2021-ci il tarixədək 55.000 manat məbləğində sığortalanmışdır. 09.06.2020-ci il tarixdə Tbilisi prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Bakı ŞİH "xxxx" EŞM-nə 5396,00 manat dəyərində əmlaka ziyan dəymişdir. Hesablanmış sığorta ödənişinin məbləği 5000 manat təşkil etmiş və həmin məbləğ Bakı ŞİH "xxxx" EŞM-nin Yasamal filialındakı hesabına köçürülmüşdür. İş materiallarından həmçinin müəyyən olunur ki, Cavabdeh1 “VAZ 21074 minik” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 sürücülük hüququ olduqda idarə etməyi, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarma, ərizə vermək və s. Hərəkətlər etməyi etibar etmişdir. Həmin etibarnamə 05.12.2020-ci ilədək qüvvədə olmuşdur. Hazırda iddiaçı, "xxxx" X4 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 396 (üç yüz doxsan altı) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını və iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş materillarına əsasən müəyyən edir ki, Cavabdeh2 iddianı etiraf etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddianı etiraf etməsi qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olubolmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Hazırkı iş üzrə Cavabdeh2 tərəfindən iddianın etiraf edilməsinin qanuna zidd hesab edilməsi üçün isə heç bir əsas yoxdur. Lakin məhkəmə iddia tələbini Cavabdeh1 münasibətdə isə əsaslı saymır. Belə ki, işə əlavə edilmiş sənədlərdən görünür ki, qəza baş verən zaman Cavabdeh2 avtomobili etibarnamə əsasında idarə etmişdir. Bu hal onu deməyə əsas verir ki, yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh1 mülkiyyətində olsa da, qəza zamanı qanuni əsaslarla Cavabdeh2 sahibliyində olmuşdur. Deməli, yüksək təhlükə məmbəyi sayılan avtomobilin Cavabdeh2 qanunsuz (etibarnamə olmadan onun idarəçiliyinə vermək və ya avtomobili nəzarətsiz buraxmaq halı) verilməsi halı olmadığına görə Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbi baxımından zərərin əvəzinin ödənilməsi Cavabdeh1 tələb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X3 iddiası qismən təmin edilməli, Cavabdeh2 vurulmuş maddi zərərə görə 396 (üç yüz doxsan altı) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi zərərə görə 396 (üç yüz doxsan altı) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X3 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar