Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1485/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cəmi 2041,80 manat borc olmaqla, bundan 1898,28 manat əsas borc və gecikdirilmiş vaxt üçün 143,52 manat faiz borcu, iş üzrə ödənilmiş 41 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli 99/0447/NPC saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 5000 manat məbləğində güzəştli faizsiz kredit xətti açılmışdır. Kredit müqaviləsinin 2.2.3cü bəndinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsədə, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin 2.3.3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə müqavilə şərtlərinin pozulması, kredit xətti üzrə limitdən artıq vəsaitin xərclənməsi və 5 təqvim günü ərzində ödənilmədiyi halda kredit üzrə borcun və kreditdən istifadəyə görə ödənişlərin qaytarılma vaxtından 5 gündən artıq keçdiyi zaman kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini tələb etmək və kredit kartının fəaliyyətini dayandırmaq “Bank”ın hüququdur. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********415 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozülması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit kartı üzrə cəmi borcu 2041,80 manat təşkil edir. Bundan 1898,28 manat əsas və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 143,52 manat borcu təşkil edir. Cavabdeh kredit müqaviləsinin şərtlərini yerinə yetirməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətlərini pozmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırda ləğv prosessində olan İddiaçı ASC ilə onun arasında imzalanmış kredit müqaviləsi xx.xx.2020-ci il tarixində imzalanmış, lakin İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə müflis elan edilmişdir. xx.xx.2020-ci il tarixli müflis qərarına kimi isə xx.xx.2020-ci il tarixində artıq İddiaçı ASC-nin bank fəaliyyətinin həyata keçirilməsi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən dayandırılmışdır. Bütün bu prosesslərin baş verdiyi müddətdə isə - yəni xx.xx.2020-ci il tarixində o, hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmış və belə olan təqdirdə iddiaçının öhdəliklərin bank lisenziyasından əvvəlki dövr üzrə pozulması qənaətinə hansı formada və necə gəlməsi qeyri-müəyyən olmaqla bərabər məhkəmədə yanlışlığın yaranmasına səbəbiyyət vermişdir. Belə ki, xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi güzəştli kredit xətti müqaviləsi olmuş və həmin müqaviləyə əsasən istifadə edilmiş məbləğ növbəti ayın 10-a kimi ödənilməli olan kredit xətti olmuşdur. Kredit məbləğinin xx.xx.2020-ci il tarixində açıldığını nəzərə alsaq, həmin kredit məbləğinin geri qaytarılması tarixi xx.xx.2020-ci il tarixinə kimi mümkün olmuşdur ki, həmin tarixə kimi artıq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ASC-də müvəqqəti inzibatçı təyin edilmişdir və buna kimi xx.xx.2020-ci il tarixindən başlayaraq həmin kartlardan hərhansı mədaxil və ya məxaric əməliyyatlarının həyata keçirilməsi mümkün olmamışdır. Belə olan təqdirdə kredit müqaviləsi üzrə hər-hansı gecikmə halının baş verməsində onun günahı olmamışdır. Hazırda onunla ləğv prosessində olan İddiaçı ASC arasında xx.xx.2014-cü il tarixində imzalanmış aktiv əmək müqaviləsi mövcuddur ki, həmin əmək müqaviləsi müddətsiz əmək müqaviləsi statusundadır. xx.xx.2020-ci il tarixində hamiləliyə və doğuşa görə, daha sonra isə 2020-ci ilin iyul ayından başlayaraq hazırki dövrə kimi qismən ödənişli sosial məzuniyyətdə olmuşdur. Qismən ödənişli sosial məzuniyyət hüququnun istifadəsi zamanı qanunvericliklə nəzərdə tutulmuş müavinətlərdən başqa gəliri mövcud olmamış, eyni zamanda işə geri qayıtmağı ilə əlaqədar xx.xx.2020-ci il tarixində ərizə yazmağına baxmayaraq işə qayıtmağı iddiaçının ayrı-seçkiliyi səbəbindən baş tutmamışdır. Baxmayaraq ki, hətta tərəfindən hazırki iddiaçıya qarşı Bakı şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldırsa da, bankın tam ləğvinin başa çatmaması səbəbindən iddia rədd edilmişdir. Hazırki iddaçı qismən ödənişli sosial məzuniyyət hüququndan geri qayıtmağına, onunla imzalanmış əmək müqaviləsinə ştatların ixtisarı və ya müəssisənin ləğvi əsası ilə xitam verilməsinə mane olmaqla bərabər hazırda ondan borc məbləğini geri tələb edir. Halbuki bu nə ədalətlilik, nə də ki,vicdanlılıq prinsipləri baxımından doğru deyildir. Faktiki olaraq hazırda heç bir gəliri mövcud deyildir və faktiki olaraq iddiaçının hərəkət və hərəkətsizliyindən irəli gələrək qazancından məhrum edilmişdir. Belə ki, o, hal-hazırda ləğv prosessində olan İddiaçı ASC-də “X1”nin Departament Direktoru vəzifəsindədir, lakin qismən ödənişli sosial məzuniyyət hüququndan geri çağrılmağına nə iddiaçı, nə də məhkəmə tərəfindən geri çağrılmağına imkan verilmədiyindən əmək qabiliyyətsiz hesab edilmişdir. Əlavə olaraq iddiaçı tərəfindən istifadə edilməmiş əmək məzuniyyəti günlərinin əvəzi hazırki günə kimi ödənilməməsinə baxmayaraq ondan kredit müqaviləsi üzrə borcun tələb edilməsi hansı əsasa dayanır? Baxmayaraq ki, tərəflərin öhdəlikləri müstəqil öhdəlikdir, lakin bir-biri ilə qarşılıqlı öhdəlikdir. Belə ki, iddiaçı bir tərəfdən onun əmək hüququndan istifadə etməsini məhdudlaşdırır, əlavə olaraq qismən ödənişli sosial məzuniyətdən geri qayıtmağının qarşısını alır, istifadə edilməmiş əmək məzuniyyətinin əvəzini ödəməkdən imtina edir, müddətsiz əmək müqaviləsinə psixoloji təsir göstərməklə özünün ərizəsi əsasında xitam verilməsinə cəhd edir, lakin kredit müqaviləsi üzrə qalıq borc məbləğinin geri ödənilməsini tələb edir. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 99/0447/NPC saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdehnun 1898,28 manat əsas, 143,52 manat faizlə hesablanmış borc, ümumilikdə 2041,80 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 99/0447/NPC saylı kredit müqaviləsinə əsasən cavabdehə bank tərəfindən 12 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmış, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən kredit xətti üzrə limitdən artıq vəsait yarandıqda həmin məbləğə illik 0% olmaqla faiz ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ASC-nin iddiasının 143.52 manat gecikdirilmiş vaxt üçün faiz məbləğinin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə faizin hesablanması nəzərdə tutulmadığından həmin hissədə iddia tələbi rədd olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli 99/0447/NPC saylı kredit müqaviləsi üzrə 1898,28 manat əsas borc və 41 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 99/0447/NPC saylı kredit müqaviləsi üzrə 1898,28 (bir min səkkiz yüz doxsan səkkiz manat, iyirmi səkkiz qəpik) manat əsas borc və 41 (qırx bir) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-1485/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1485/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver