Məhkəmə qərarları › İş №e-2(010)-1488/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1488/2025

22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1488/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Xanməmməd oğlu və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Xanməmməd oğlu və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlərdən 31733.28 ABŞ dolları məbləğində faiz, 320 manat məbləğində hüquqi yardım xərci və 252 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada Cavabdeh1 Xanməmməd oğlu və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə etdiyini bildirdi. Həmçinin işin digər mülki işlə bir icraatda birləşdirilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlərin vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq iş yükü səbəbiylə iclasda iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, bu mülki iş (№ e-2(010)-1488/2025) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatına daha əvvəl daxil olmuş başqa bir mülki işlə (№ e-2(010)-357/2025) bir icraatda birləşdirilməli, həmin işlərə birlikdə baxılmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)- 357/2025 nömrəli mülki iş üzrə iddia tələbindən görünür ki iddiaçı Cavabdeh2 və Cavabdeh1 Xanməmməd oğlunun cavabdehlər İddiaçı, X4 və X2rşı ”torpaq sahəsinin boşaldılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2005-ci ildənxx.xx.2024-cü ilədək olan dövr ərzində birgə iddiaçılar Cavabdeh1 Xanməmməd oğlunun və Cavabdeh2 mülkiyyət hüquqları pozulmaqla cavabdehlər tərəfindən əmlakdan qanunsuz istifadə nəticəsində əldən çıxmış fayda kimi 59 900 manat məbləğində zərərin birgə cavabdehlər- İddiaçı, X4 və X3 müştərək qaydada tutularaq birgə idddiaçılar Cavabdeh1 Xanməmməd oğluna və Cavabdeh2 ödənilməsi, həmçinin iş üzrə cavabdehlər X1 və X5 birgə iddiaçılara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılmalarına, o cümlədən, iş üzrə məhkəmə xərclərini təşkil edən 300 manat hüquqi yardım məbləği və 300 manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğinin birgə cavabdehlərdən müştərək qaydada tutularaq birgə iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu iki işə bir icraatda baxılması məqsədəmüvafiqdir. Odur ki, bu işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 169. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 Xanməmməd oğlu və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş (№ e-2(010)- 1488/2025) həmin Məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 və Cavabdeh1 Xanməmməd oğlunun cavabdehlər İddiaçı, X4 və X2rşı ”torpaq sahəsinin boşaldılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işlə (№ e-2(010)-357/2025) bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və MPM-in 169, 263-264 və 267 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 Xanməmməd oğlu və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş (№ e- 2(010)-1488/2025) həmin Məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 və Cavabdeh1 Xanməmməd oğlunun cavabdehlər İddiaçı, X4 və X2rşı ”torpaq sahəsinin boşaldılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işlə (№ e-2(010)-357/2025) bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar