Məhkəmə qərarları › İş №e-2(010)-1507/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1507/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1507/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı “borcun ödənilməsi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.1975-ci ildə Şamaxı şəhərində doğulmuş və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Yat№ 3 ünvanında qeydiyyatda olan Cavabdeh 5542 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5562 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ*************-*******) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 4975 manat olan məişət avadanlığı əldə etmiş, borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 880 manat borcu qalmışdır. Borclu Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 6192 manat olan məişət avadanlığı əldə etmiş, borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 4742 manat borcu qalmışdır. Odur ki, borcludan 5542 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5562 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3733/2020 saylı əmri ilə ərizə təmin edilmişdir. Daha sonra, borclunun nümayəndəsi və vəkili X1 həmin əmrə etiraz verərək məhkəmədən əmrin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1507/2021 saylı qərardadı ilə əmr ləğv edilmiş, iş iddia icraatına keçirilərək məhkəmə iclası təyin edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh nümayəndəsi və vəkili X1 məhkəməyə ərizə ilə müraciət edərək iddianı qəbul etdiyini bildirib, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etdi. Belə olan halda məhkəmə işə cavabdehin və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ******* nömrəli borc müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçıdən hissə-hissə ödəniş etmək şərti ilə 6192 manat məbləğində məişət avadanlığı əldə etmiş, heç bir ilkin ödəniş etməmiş, 6192 manat məbləği 18 ay müddətə, hər ay 344 manat olmaqla İddiaçı-yə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ******* nömrəli borc müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı-dən hissə-hissə ödəniş etmək şərti ilə 4975 manat məbləğində məişət avadanlığı əldə etmiş, ondan 7 manatını ilkin ödəmiş, qalan 4968 manat məbləği, 18 ay müddətə, hər ay 276 manat olmaqla İddiaçı-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə ilə xx.xx.2016-cı il tarixli müqavilə üzrə ödənilməmiş 800 AZN, xx.xx.2017-ci il tarixli müqavilə üzrə ödənilməmiş 4742 AZN olmaqla, ümumilikdə 5542 AZN əsas (qalıq) borcu vardır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMCdən aralarında bağlanmış nisyə alğı-satqı müqavilələri əsasında dəyəri 6192 manat və 4975 manat olan məişət avadanlıqları almış, ilkin ödəniş etdikdən sonra qalıq pulu hər iki müqavilə üzrə qalıq pulu 18 ay müddətinə hissə-hissə qaytarmağı öhdəsinə götürmüş, buna baxmayaraq müvafiq müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca və vaxtında icra etməmişdir. Bu səbəbdən hər iki müqavilə üzrə cavabdehdən tərəfindən ödənilməmiş qalıq borcun cavabdehdən tutulması məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, məhkəməyə ərizə ilə müraciət edən cavabdehin nümayəndəsi və vəkili ərizəsində iddianı qəbul etdiyini bildirib iddianın təmin edilməsini xahiş etsə də cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizədə qeyd edilənlər iddianın etirafı kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırkı iş üzrə cavabdeh tərəfindən nümayəndəsinə verilmiş etibarnamədə isə nümayəndəyə iddianın etiraf edilməsi səlahiyyətinin verildiyi xüsusi qeyd edilməmişdir. Bu səbəbdən cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə verilmiş ərizəni iddianın etirafı kimi qəbul etməyən məhkəmə mübahisəyə mahiyyəti üzrə baxılaraq qiymətləndirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış hər iki alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malları borcluya vermişdir. Borclu isə alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən hər iki alğı-satqı müqaviləsi üzrə ödənilməmiş cəmi 5542 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5542 manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsinə əsasən, məhkəmə əmri haqqında ərizələrdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Bu Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilməmiş 10 manat məbləğində dövlət rüsumu isə cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 5542 (beş min beş yüz qırx iki) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilməmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar