Məhkəmə qərarları › İş №e-2(010)-1514/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1514/2024

02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1514/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı "xxxx" X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X3 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 1548.40 (bir min beş yüz qırx səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh, etibarnamə ilə idarə etdiyi Mercedes Benz 320 minik markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus 1 ədəd “Polermo” tipli işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 6548.40 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokola və TP ******* saylı inzibati tənbeh vetmə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Mercedes Benz 320” minik markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz 320” minik markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən "xxxx" X2 bank hesabına mütənasib qaydada 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddia qanuni və əsaslı sayaraq hesab edir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 6548.40 manat məbləğində maddi ziyandan qalıq qalan 1548.40 (bir min beş yüz qırx səkkiz manat qırx qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X4 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün Müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları.

3. İddiaçı "xxxx" X2 nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə onun iştirakı olmadan baxaraq tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. "xxxx" ASC-nin İAS240035 nömrəli sığorta ödənişi aktından görünür ki, "xxxx" X4 6548,40 manat məbləğində zərər dəymişdir.

6. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir.

7. Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2024-cü il tarixli 3-16-16/2- 9/3907/2024 nömrəli rəyindən görünür ki, iş materiallarında (cild i.v 44,46) olan "xxxx" X2 tərəfindən tərtib edilmiş akta və smetaya əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 320” minik markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" EŞM-nə məxsus 2011-ci il buraxılışlı, çuqun altlıqlı, İtaliya istehsalı “Polermo” tipli, 2 çıraqlı işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq dəymiş ziyanın məbləğinin 6548,40 manat olması müəyyən edilir.

8. "xxxx" EŞM-nin baş mühəndisi tərəfindən tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Xətai TBS rəisi Bəşirzadə E., iş icraçısı Məmmədov Z., elektrik montyorlar Əliyev S., Şahbazi H. və Fərzəndov E. Aktı ona görə tərtib etmişlər ki, 07 dekabr 2023-cü il tarixində naməlum markalı naməlum dövlət qeydiyyat nişanlı avtomobil müəssisəyə məxsus işıq dirəyini vurmuş, 6248,40 manat ziyan dəymişdir.

9. "xxxx" X2 smetasının surətindən görünür ki, Xətai rayonu, 8 Noyabr prospektində naməlum sürücünün idarə etdiyi “Mercedes Benz 320” minik markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına cəmi 6548, 40 manat sərf olunan xərcdir.

İşin faktiki halları.

10. İşin faktiki hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh, etibarnamə ilə idarə etdiyi Mercedes Benz 320 minik markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus 1 ədəd “Polermo” tipli işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 6548.40 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokola və TP ******* saylı inzibati tənbeh vetmə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Mercedes Benz 320” minik markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz 320” minik markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən "xxxx" X2 bank hesabına mütənasib qaydada 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2024-cü il tarixli 3-16- 16/2-9/3907/2024 nömrəli rəyinə əsasən iş materiallarında (cild i.v 44,46) olan "xxxx" X2 tərəfindən tərtib edilmiş akta və smetaya əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 320” minik markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" EŞM-nə məxsus 2011-ci il buraxılışlı, çuqun altlıqlı, İtaliya istehsalı “Polermo” tipli, 2 çıraqlı işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq dəymiş ziyanın məbləğinin 6548,40 manat olması müəyyən edilir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 927. Əmlak sığortası üzrə sığorta ödənişinə dair əlavə tələblər 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

12. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 20. Əmlaka dəyən zərər üzrə sığorta ödənişinin verilməsi qaydası 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

15. İşin faktiki hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh etibarnamə ilə idarə etdiyi Mercedes Benz 320 minik markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus olan 1 ədəd “Polermo” tipli işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 6548.40 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokola və TP ******* saylı inzibati tənbeh vetmə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Mercedes Benz 320” minik markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır.

16. Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz 320” minik markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən "xxxx" X2 bank hesabına mütənasib qaydada 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Əmlaka dəymiş zərərin qalan hissəsi ödənilməmiş qalmışdır.

17. İş üzrə elektrik dirəyinin və onun özülünün qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2024-cü il tarixli 3-16- 16/2-9/3907/2024 nömrəli rəyinə əsasən iş materiallarında (cild i.v 44,46) olan "xxxx" X2 tərəfindən tərtib edilmiş akta və smetaya əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 320” minik markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" EŞM-nə məxsus 2011-ci il buraxılışlı, çuqun altlıqlı, İtaliya istehsalı “Polermo” tipli, 2 çıraqlı işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq dəymiş ziyanın məbləğinin 6548,40 manat olması müəyyən edilir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

19. Məhkəmə hesab edir ki, cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirkardır və cavabdeh tərəf öz mülki məsuliyyətini icbari qaydada sığortaladığından onun tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin bir hissəsi sığorta təşkilatı tərəfindən üçüncü şəxsə ödənilmişdir. Üçüncü şəxsə dəyən zərərin ümumi məbləği 6548,40 manat təşkil etmiş, dəymiş zərərə görə "xxxx" X4 dəymiş zərərin 5000 manat hissəsi ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin qalan hissəsi üçüncü şəxsə ödənilməmiş qalmışdır.

20. Bu səbəbdən iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən kimi ona vurulan və qalıq qalan 1548,40 manat məbləğində maddi zərəri zərər vuran şəxsdən tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

21. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödənilməmişdir.

22. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 35,48 manat məbləğində dövlət rüsumu və 50 manat ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1548,40 manat məbləğində dəymiş zərər tutularaq iddiaçı "xxxx" X4 ödənilməli, ekspertiza xərci – 50 (əlli) manat və ödənilməmiş – 35.48 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 1548,40 (bir min beş yüz qırx səkkiz manat, qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X4 ödənilsin. Ekspertiza xərci – 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** X6 41 NABZ******************** SFİFT BİK CTREAZ 22) köçürülsün. Ödənilməmiş – 35.48 (otuz beş manat, qırx səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar