Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-153/2022 20.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı pul tələbinə dair işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 20 aprel 2022-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı pul tələbinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 maddi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pulun və 31 manat məbləğində dövlət rüsumunun, Cavabdeh2 mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini onunla əsaslandırılmışdır ki, 99- GM-629 dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı nəqliyyat vasitəsi onun mülkiyyətindədir. xx.xx.2021-ci il tarixində Cavabdeh1nun mülkiyyətində olan, lakin Cavabdeh2 idarə etdiyi “Kamaz” markalı **-İS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etdiyi “Opel Astra” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Bu hadisə ilə bağlı Cavabdeh2 barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş və inzibati xətanın törətdiyi müəyyən edilmişdir. Cavabdehin törətdiyi inzibati xəta nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə 5000 manat maddi ziyan dəymişdir. Nəqliyyat vasitəsi tamamilə yararsız vəziyyətə düşmüşdür və onu istifadə etmək qeyri-mümkündür. Cavabdehlərə dəfələrlə iddiaçıya maddi ziyanın ödənilməsi ilə bağlı müraciət etsə də, cavabdehlər maddi ziyanın ödənilməsində heç bir tədbir görməmişlər, ona görə də məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Ona görə də hesab edir ki, iddiaçıya vurulmuş maddi ziyan Azərbaycan Respublikası Mülki Məcəllənin 1099 və 1108-ci maddələrinin tələblərinə əsasən hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Cavabdeh2 “ATEF” şirkətlər Qrupunda sürücü vəzifəsində çalışır və nəqliyyat vasitəsinin mülkiyyətçisi də “ATEF” Şirkətlər Qrupudur. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 maddi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pulun və 31 manat məbləğində dövlət rüsumunun, Cavabdeh2 mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X2 izahatında ekspert rəyi ilə razı olmadığını bildirərək göstərmişdir ki, avtomobil ayrı dəyərləndirilib, təmir üçün xərclər ayrı dəyərləndirilib. Avtomobil köhnə olmasına baxmayaraq, yeni qiymətlərlə hesablanmış və ehtiyyat hissələrinin yeni qiymətləri götürülmüşdür. Satışla bağlı qəbz təqdim etməmişdir ki, maşını hansı qiymətə satıbdır. Maşının nasazlığı var idisə, maşının işıqlarını yandırıb-söndürməli idi ki, qarşı tərəf onu görə bilsin. Sığorta haqqı əslində 5000 manat olmasına baxmayaraq, 2856 manat ödənilmişdir.5000 manatın qalan hissəsi işıq dirəyinə dəymiş ziyana görə çıxılmışdır. Bütün bu qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında ekspert rəyi ilə razı olmadığını, ekspert rəyində qiymətlərin şişirdilmiş olduğunu, işıq dirəyinə görə 2400-2500 manat məbləğində pul tələb olunduğunu, əvvəllər iddiaçı ilə razılaşdığını, lakin maşını almalı olduğunu söylədikdən sonra onunla razılaşmadığını, özünün bazarda işlədiyini, imkanının olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Bakı şəhər X4 İdarəsi tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “Atəşgah” Sığorta şirkəti tərəfindən verilmiş 096379 sayıl sığorta aktına əsasən İcbari sığorta novündə sığortalanmış “Kamaz” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili 30 aprel 20201-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi, o cümlədən sığortalı avtomobilin “Opel Astra” minik markalı avtomobillə toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yolnəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesaba uyğun olaraq zərərlə bağlı maddi ziyan 6275 manat olaraq (altı min iki yüz yetmiş beş manat) olaraq hesablanmış, 2859 manat sığorta ödənişi İddiaçı ödənilmişdir. Cavabdeh1 MMC tərəfindən verilmiş 01-30 aprel 2021-ci il tarilər üçün “yük avtonəqliyyatı üçün yol vərəqi”nə əsasən sürücü Cavabdeh2 “KAMAZ” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili respublika daxli olaraq 01-30 aprel 2021-ci il tarixlərə həmin nəqliyyat vasitəsi üçün yol vərəqi verilmişdir. Zərərin məbləğinin müəyyənləşdirilməsi üçün mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. "xxxx" MMC-nin 02 mart 2022-ci il tarixli, 7588 saylı rəyindən görünür ki, tədqiq olunan “Opel Astra” minik markalı, **-GM-*** dövlət qediyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 6505 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzinin ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80 və 81-i maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 97-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İşdən olan materiallarında və həmçinin tərəfərin izahatlarında, təqdim edilmiş sənədlərin əsasən də hər 3 əsasın mövcudluğu öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixində Cavabdeh1nun mülkiyyətində olan, lakin Cavabdeh2 idarə etdiyi “Kamaz” markalı **-İS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etdiyi “Opel Astra” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsi baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh2 inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında qərar qəbul edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, həmin tarix üçün Cavabdeh1 MMC tərəfindən verilmiş 01-30 aprel 2021-ci il tarixlər üçün “yük avtonəqliyyatı üçün yol vərəqi”nə əsasən sürücü Cavabdeh2 “KAMAZ” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili respublika daxli olaraq 01-30 aprel 2021-ci il tarixlərə həmin nəqliyyat vasitəsi üçün yol vərəqi verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki-hüquq pozuntusu, o cümlədən yol-hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş hadisə olaraq deliktin mövcudluğu və bununla da iddiaçı tərəfindən maddi ziyanın tələb edilməsi üçün əsasların yaranması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, inzibati qərar Cavabdeh2 barəsində tərtib olunsa da, həmin tarixlər üçün Cavabdeh1 tapşırığı üzrə yolda “KAMAZ” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, bununla da Cavabdeh1 mülki məsuliyyətinə cəlb edilməsi üçün əsasların yaranması müəyyən edilmişdir. Bundan əlavə məhkəmə araşdırılması zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən maddi ziyanın məbləği 6505 manat müəyyən edilsə də, iddiaçı öz tələbində 5000 manat xahiş etmiş və iddianın artırılmasına dair ərizə ilə müraciət etməmiş, məhkəmə maddi ziyanın məbləğini müəyyən edərkən, iddia tələbinin kənarından çıxa bilməz. Həmçinin maddi ziyanın məbləğini müəyyən edərkən, iddiaçıya “Atəşgah” Sığorta şirkəti tərəfindən verilmiş 096379 sayıl sığorta aktına əsasən İcbari sığorta novündə sığortalanmış “Kamaz” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili 30 aprel 20201-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üçün 2859 manat məbləğində sığorta ödənişinin ödənilməsini də nəzərə almalıdır. İddiaçı avtomobilinə vurulmuş mənəvi ziyanla bağlı zərərin məbləğinin 2000 manat qeyd etmişdir. Məhkəmə, iddiaçı tərəfinin izahatına və mövqeyinə tənqidi yanaşaraq həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. §68 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, iddiaçı cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq mənəvi ziyan vurulması ilə əlaqədar tələbinin əsası kimi istinad olunan halları, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını sübut edə bilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edilməsi təklif edilsə də tərəf hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də müəyyən edilən bu hallar sözügedən mübahisə üzrə iddia tələbinin rədd edilməsinə əsas verir. Məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, zərərin əvəzi qismində 2141 manat məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd ediməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22 manat məbləğində hissəsi cavabdedən tutularaq iddiaçıya ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti müştərək qaydada yəni 250 manat məbləğində hissəsi iddiaçıdan, digər 250 manat hissəsi isə Cavabdeh1ndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddiası qismən təmin edilsin. Zərərin əvəzi qismində 2141 manat məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti müştərək qaydada, yəni 250 manat məbləğində olan hissəsi İddiaçı, digər 250 manat məbləğində olan hissəsi isə Cavabdeh1ndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (AZ56PAHA40060AZNHC**********) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-153/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-153/2022
20.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver