Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1530/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Abdullayev Şı̇ rı̇ nbala Veli oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin (bundan sonrakı mətndə İddiaçı ASC) ċavabdehlər Səmədov Rahı̇ b Abduləlı̇ yeviçə və Abdullayev Şı̇ rı̇ nbala Veli oğluna qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. “Turanbank" ASC ilə Cavabdeh2 arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli, İK F7_1552/K-21 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 22% оlmaqla, 3000 manat məbləğində krеdit verilmişdir.
2. “Turanbank" ASC, Səmədov Rahı̇ b Abduləlı̇ yeviç və Abdullayev Şı̇ rı̇ nbala Veli oğlu arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli, F7_1552/K-21 saylı zaminlik müqaviləsinə əsasən Abdullayev Şı̇ rı̇ nbala Veli oğlu Cavabdeh2 verilmiş krediti, həmçinin həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə xərclərinin Banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür.
3. 06 sentyabr 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, “Turanbank" ASC tərəfindən Cavabdeh2 hesabına 3000 manat məbləğində pul köçürülmüşdür.
4. 21 dekabr 2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehlərə kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, banka olan borcun tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
5. Maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən onun İddiaçı ASC-yə 3000 manat əsas borc, 1034 manat faiz borcu və 924 manat dəbbə borcu olmaqla, cəmi 4958 manat borcu vardır.
6. 15 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 69,58 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
7. İddiaçı “Turanbank" ASC ilə Cavabdeh2 arasında 06 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi, cavabdeh Abdullayev Şı̇ rı̇ nbala Veli oğlu arasında isə zaminlik müqaviləsinin bağlanması və cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşıması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
8. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Abdullayev Şı̇ rı̇ nbala Veli oğluna qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,TuranBank ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh2 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK F7_1552/K-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh2 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK F7 1552/K-21 saylı kredit müqaviləsi üzrə Səmədov X1 3000 AZN əsas, 1034 AZN faiz, 924 AZN cərimə borcu olmaqla, cəmi borcu 4958 AZN məbləğində borcun və ödənilmiş 69,58 AZN məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh2 oğlu, zamin - Cavabdeh1) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Sonradan iddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, TuranBank ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh2 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK F7 1552/K-21 saylı kredit müqaviləsi üzrə Səmədov X1 3000 AZN əsas, 1034 AZN faiz, 924 AZN cərimə borcu olmaqla, cəmi borcu 4958 AZN məbləğində borcun və ödənilmiş 69,58 AZN məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh2 oğlu, zamin - Cavabdeh1) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
10. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
11. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, TuranBank ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK F7_1552/K-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 22% olmaqla, 24 ay müddətinə 3000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 oğlu, TuranBank ASC, Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, F7_1552/K-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 3000 AZN əsas, 1034 AZN faiz, 924 AZN cərimə borcu olmaqla, cəmi borcu 4958 AZN təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
12. Cavabdeh Abdullayev Şı̇ rı̇ nbala Veli oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Cavabdeh2 kredit müqaviləsi üzrə zamin durmuşdur. O, xx.xx.2021-ci ildən Rahibi tapa bilmir, banka onu tapmağında köməklik etməsi üçün müraciət etmiş, hətta 102 xidməti ilə onu axtarışa da vermiş və bu barədə Nərimanov rayon polisinə və prokurorluğuna şikayətlər etmişdir.
Tətbiq olunan hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
Məhkəmənin mövqeyi
14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
15. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və zaminlik müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
16. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən kredit borcuna görə 3000 manat məbləğində əsas borcun, 1034 manat məbləğində faiz borcun tutulması barədə tələb əsaslıdır, lakin dəbbə pulu yüksəkdir.
17. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə 924 manat dəbbə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 57,30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 12,28 manat hissəsi iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Abdullayev Şı̇ rı̇ nbala Veli oğlundan müştərək qaydada kredit borcuna görə 3000 manat məbləğində əsas borc, 1034 manat məbləğində faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 4084 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Abdullayev Şı̇ rı̇ nbala Veli oğlundan müştərək qaydada kredit borcuna görə 3000 manat məbləğində əsas borc, 1034 manat məbləğində faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 4084 (dörd min səksən dörd) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 57,30 (əlli yeddi manat otuz qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Abdullayev Şı̇ rı̇ nbala Veli oğlundan müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 12,28 (on iki manat iyirmi səkkiz qəpik) manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.