Məhkəmə qərarları › İş №e-2(010)-1550/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1550/2025

06.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1550/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə doğulmuş X2 və xx.xx.2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh məhkəməyə ərizə ilə müraciət edilən gündən başlayaraq, hər ay hər uşaq üçün 246 manat, cəmi 492 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin ərazi aidiyyəti qaydalarına uyğun olaraq aidiyyəti məhkəməyə göndərilməsinə etiraz edərək bildirdi ki, o, hazırda Suraxanı rayonu ərazisində yaşayır və uşaqları da həmin ərazidə məktəbə getməklə təhsil alırlar. Əgər iş onun qeydiyyat ünvanı üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilərsə, o, həmin məhkəmə uzaqda yerləşdiyi üçün oraya gedə bilməyəcək və bu da mülki işə baxılmasının uzanması ilə nəticələnəcəkdir. Odur ki, mülki işin aidiyyəti üzrə göndərilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsi təşkil etməklə, iddia tələbi aliment miqdarının artırılması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Qeyd edilən prosessual hüquq normalarının tələbindən göründüyü kimi, hazırkı iddia tələbinə həm ümumi aidiyyət qaydaları, həm də seçimə görə aidiyyət qaydaları tətbiq edilməklə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxıla bilməz. Hazırkı iş üzrə tərəflərin şəxsiyyəti haqqında məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanılması zamanı İddiaçı Zaqatala rayonu, Yuxarı Tala ərazi dairəsi, Yuxarı Tala kəndi, Cavabdeh ünvan 2i ünvanında rəsmi qeydə alınması aşkar edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmçinin, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İş materiallarına əlavə edilmiş yaşayış yeri haqqında arayışa istinad edilməklə ərazi aidiyyətinin dəyişdirilməsinə cəhd edilməsi yolverilməz olmaqla, prosessual hüquq normalarının kobud surətdə pozulmasıdır. Beləliklə, hazırkı iddia tələbinə aidiyyət qaydalarına uyğun olaraq baxmalı olan səlahiyyətli məhkəmə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi olmadığından, mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44-45, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar