Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1583/2024 19.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, maşa Phılıps, X1 üçün 1071 manat ödənilməmiş hissə, 107 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********12936 OPPO A17 markalı telefon üçün 532 manat ödənilməmiş hissə, 53 manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********88746 Samsung Galaxy A04 markalı telefon, Vinil Mat 2 ədəd, Plyonka İstehsalı 2 ədəd 444 manat ödənilməmiş hissə, 44 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Led TV üçün 98.78 manat ödənilməmiş hissə, 9.22 manat cərimə ümumilikdə 2359 manat borc və 43.59 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən maşa Philips, X1, İMEİ KODU **********12936 OPPO A17 markalı telefon, İMEİ KODU **********88746 Samsung Galaxy A04 markalı telefon, Vinil Mat 2 ədəd, Plyonka İstehsalı 2 ədəd və Hoffmann Led TV almış və nəticədə 2359 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1134 manat (18 ay 63 manat + 0 manat ilkin ödəniş) olan maşa Philips, X1 üçün ümumilikdə 1178 manat olmaqla ondan, 1071 manat ödənilməmiş hissə, 10 7 manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 542 manat (12 ay x 44.35 manat + 9.8 manat ilkin ödəniş) olan İMEİ KODU **********12936 OPPO Al7 markalı telefon üçün 585 manat olmaqla ondan, 532 manat ödənilməmiş hissə, 53 manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 444 manat (12 ay x 37 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********88746 Samsung Galaxy A04 markalı telefon, Vinil Mat 2 Ədəd, Plyonka İstehsalı 2 Ədəd üçün 488 manat olmaqla ondan 444 manat ödənilməmiş hissə, 44 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 592.92 manat (18 ay x 32.94 manat + 0 manat ilkin ödəniş) Hoffmann Led TV üçün 108 manat olmaqla ondan 98.78 manat ödənilməmiş hissə, 9.22 manat cərimə pulu miqdurında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 567.14 manat təşkil edir. İş materiallarına əlavə edilmiş:
1. xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC maşa Philips, X1 Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində ilkin ödəniş etmədən, 18 ay müddətinə ayda 63 manat ödəməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC OPPO A17 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində, 9,8 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə ayda 44,35 manat ödəməyi öhdəsinə götürmüşdür.
3. xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung Galaxy A04 markalı telefon, Vinil Mat 2 ədəd, Plyonka İstehsalı 2 ədəd Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 37 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə ayda 37 manat ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Hoffmann Led TV Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində ilkin ödəniş etmədən, 18 ay müddətinə ayda 32,94 manat ödəməyi öhdəsinə götürmüşdür.
"xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1071 manat ödənilməmiş hissə, 107 manat cərimə; xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 532 manat ödənilməmiş hissə, 53 manat cərimə pulu; xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 444 manat ödənilməmiş hissə, 44 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 98.78 manat ödənilməmiş hissə, 9.22 manat cərimə olmaqla, ümumilikdə 2359 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir.
Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1134 manat olan özünə məxsus Maşa Philips, X1 Cavabdeh vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və ilkin ödəniş etmədən, dəyərini 18 ay müddətinə ayda 63 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 542 manat olan özünə məxsus OPPO A17 markalı telefonu Cavabdeh vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və 9,8 manat ilkin ödəniş etməklə, dəyərini 12 ay müddətinə ayda 44,36 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 444 manat olan özünə məxsus Samsung Galaxy A04 markalı telefon, Vinil Mat 2 ədəd, Plyonka İstehsalı 2 ədəd Cavabdeh vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və ilkin ödəniş etmədən, dəyərini 12 ay müddətinə ayda 37 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 592,92 manat olan özünə məxsus Hoffmann Led TV Cavabdeh vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və ilkin ödəniş etmədən, dəyərini 18 ay müddətinə ayda 32,94 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1071 manat ödənilməmiş hissə, 107 manat cərimə; xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 532 manat ödənilməmiş hissə, 53 manat cərimə pulu; xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 444 manat ödənilməmiş hissə, 44 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 98.78 manat ödənilməmiş hissə, 9.22 manat cərimə olmaqla, ümumilikdə 2359 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq, xx.xx.2023-ci il tarixli müqavilə üzrə cərimə borcunun 50 manat; xx.xx.2023-ci il tarixli müqaviləsi üzrə cərimə borcunun 25 manat; xx.xx.2023-ci il tarixli müqaviləsi üzrə cərimə borcunun 20 manat və xx.xx.2022-ci il tarixli müqaviləsi üzrə cərimə borcunun 5 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 1071 manat, cərimə 50 manat; xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 532 manat, cərimə 25 manat; xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 444 manat, cərimə 20 manat və xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 98,78 manat, cərimə 5 manat olmaqla, cəmi 2245,78 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hisssədə təmin edilməməlidir.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 43,59 manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 1071 (bir min yetmiş bir) manat, cərimə 50 (əlli) manat; xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 532 (beş yüz otuz iki) manat, cərimə 25 (iyirmi beş) manat; xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 444 (dörd yüz qırx dörd) manat, cərimə 20 (iyirmi) manat və xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 98,78 (doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat, cərimə 5 (beş) manat və ödənilmiş dövlət rüsumuna görə 43,59 (qırx üç manat əlli doqquz qəpik) manat olmaqla, cəmi 2289,37 (iki min iki yüz səksən doqquz manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rübabə Qafarova