Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1611/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 90 manat, Cavabdeh3 36 manat, Cavabdeh4 360 manat, Cavabdeh1 64 manat məbləğində pul və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu isə müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 hal-hazırda hərbi xidmətdədir və bu əsasla iddia tələbində ona aid hissədə imtina edilməsi, Cavabdeh2 90 manat, Cavabdeh4 360 manat, Cavabdeh1 64 manat məbləğində pul və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu isə müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini, mülki işə baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə bağlanmış 04 iyun 2021-ci il tarixli MAS-2546 saylı "Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən X4 müvəqqəti sahiblik və istifadəsinə 20 iyul 2020-ci il tarixli MAS-2546 saylı “Daxili lizinq” müqqviləsinin predmeti olan “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq alanın müraciəti əsasında lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair cavabdehlərə etibarnamələr verilmişdir. Qeyd edilən nəqliyyat vasitəsi cavabdehlər tərəfindən idarə edilərkən inzibati xəta ilə əlaqədar AR X12 tərəfindən inzibati qaydada cərimə olunmuşdurlar. Bu faktı DYPl-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. X12 tərəfindən inzibati qaydada cərimələnmişdir. Belə ki, X2: EQ 10646885 saylı protokola görə 45 manat, EQ 10646884 saylı protokola görə 9 manat, EQ 10646868 savlı protokola görə 36 manat, Cavabdeh3: EQ ******* saylı protokola görə 36 manat, Cavabdeh1: İXP ******* saylı protokola görə 64 manat, Cavabdeh4: EQ ******* saylı protokola görə 45 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 45 manat, EQ ******* saylı protokola görə 135 manat, EQ ******* saylı protokola görə 45 manat, EQ ******* saylı protokola görə 36 manat olmaqla, qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 550 manat məbləğində pul vəsaiti “Azərmaş'’ MMC tərəfindən ödənilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə X6 arasında bağlanmış xx.xx.2020ci il tarixli MAS-2546 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə lizinq obyektinin və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş X6 və X8 və İddiaçı MMC arasında bağlanmış MAS- 2546 saylı xx.xx.2021-ci il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixli MAS-2546 saylı “Daxili lizinq” müqaviləsi üzrə X8 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2546 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinqə verilmiş 1 ədəd “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi və digər səlahiyyətləri xx.xx.2021-ci il tarixə kimi Cavabdeh2 etibar etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh3 verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2546 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinqə verilmiş 1 ədəd “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi və digər səlahiyyətləri xx.xx.2021-ci il tarixə kimi Cavabdeh3 etibar etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh4 verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2546 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinqə verilmiş 1 ədəd “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi və digər səlahiyyətləri xx.xx.2021-ci il tarixə kimi Cavabdeh4 etibar etmişdir. İş materiallarına əlavə olunmusi daxili lizinqi müqaviləsi üzrə gecikdirilmiş lizinq ödənişlərinin və dəymiş zərərin ödənilməs barədə xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən yaranmış borcun və cərimənin ödənilməsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 tələb edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Hökümət Ödəniş portalından müəyyən olunur ki, ümumilikdə 550 manat pul vəsaiti DİN-nin BDYPİ-nin hesabına cərimə kimi ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Beləliklə, iş materiallarından müəyyən edildi ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2546 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə lizinq obyektinin və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilməsi barədə müqavilə bağlanmışdır. Sonradan İddiaçı MMC, X6 və X8 arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və xx.xx.2020-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə X8 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X8 tərəfindən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 etibarnamələr verilmiş və inzibati xəta törədildiyindən onlar barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq 550 manat cərimə olunmuş və həmin cərimə məbləği avtomobilin mülkiyyətçisi İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin hesabına ödənilmişdir. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, cavabdehlər tərəfindən inzibati xəta törədildiyindən, bununla bağlı olaraq cərimə olunduğundan və həmin cərimə məbləğləri onlar tərəfindən deyil, mülkiyyətçi tərəfindən ödənildiyindən və cavabdehlər cərimənin ödənilməsindən yayınmaqla heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına varlandığından iddia təmin edilməli, 550 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 90 (doxsan) manat, Cavabdeh4 360 (üç yüz altmış) manat, Cavabdeh1 64 (altmış dörd) manat məbləğində pul və ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu və bank xidmət xərci birgə qaydada İddiaçı MMCnin xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-1611/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1611/2023
24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver