Məhkəmə qərarları › İş №e-2(010)-1630/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1630/2023

17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1630/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4290/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş 160 manat sabit pul məbləğində alimentin məbləği dəyişdirilərək, yəni artırılaraq Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə iki uşağa görə 440 manat aliment tutularaq yetkinlik yaşına çatmayan uşaqların mənafeyi naminə ona (iddiaçıya) ödənilməsi və 50 manat mediasiya xərcinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikah qeydiyyatına girərək ailə qurmuş və birgə nikahdan iki övladı xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Hazırda onunla cavabdeh arasında olan nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1870/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 xx.xx.2012-ci il tarixindən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay Cavabdeh aylıq qazancının 1/3 hissəsi məbləğində alimentin tutulması qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 09 iyul 2013-cü il tarixli 2(010)-2345/2013 saylı qətnaməsinə əsasən İddiaçı iddiasının qismən təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin 06 iyul 2012-ci il tarixli 2(010)-1870/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 93 (doxsan üç) manat sabit pul məbləğində alimentin alınması və İddiaçı verilməsi, tərəflərin birgə nikahından doğulmuş 06 dekabr 2011-ci il təvəllüdlü X5 üç yaşına çatandək xx.xx.2013-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5083/2013 saylı, 24 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin 09 iyul 2013-cü il tarixli 2(010)-2345/2013 saylı qətnaməsinin qismən, yəni tərəflərin birgə nikahdan doğulmuş 06 dekabr 2011-ci il təvəllüdlü X5 üç yaşına çatanadək xx.xx.2013-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçının özünün saxlanılması üçün alimentin tutulması barədə iddiasının rədd edilməsi, qətnamə tərəflərin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin tutulması hissəsində dəyişdirilməsi, Suraxanı Rayon Məhkəməsinin 09 iyul 2013-cü il tarixli 2(010)-2345/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Daha sonra 2019-cu ildə alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2013cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Belə ki, atası rəhmətə getmiş yaşlı və xəstə anası ilə yaşayır. Əvvəlki məhkəmə qətnamələrinə əsasən aldığı aliment və anasının aldığı az miqdarda pensiyası ilə dolanırlar. Maddi vəziyyətləri olduqca ağırdır. Övladları Ayan və Fidan artıq böyümüş və maddi tələbatları artmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun daimi rəsmi iş yeri yoxdur. İddiaçı qeyri-rəsmi işləyir və özünün qeyd etdiyinin əksinə olaraq anasının və qardaşının yaşadığı ünvanda onlarla birlikdə yaşaya bilmədiyi üçün bunları edir. İkinci dəfə ailə qurmağının səbəbi isə maddi vəziyyətinin yaxşı olması ilə bağlı deyil, əksinə MSS-nin üzvi xəstəliyinin qalıq əlamətləri, epileptik tutmalar və şəxsiyyət dəyişiklikləri diaqnozu ilə İİİ qrup əlil olduğuna görə ona baxılmağın vacib olduğu üçün ailə qurmuş və hər ikisi də onun əlillik müavinətinin hesabına yaşayırlar. Əksinə, göründüyü kimi yeni ailə qurduğuna görə maddi vəziyyəti daha da pisləşmişdir. Bundan başqa hazırda heç bir yerdə işləmir və əlil olduğu üçün heç bir yerdə işə götürmürlər. Buna görə də tələb olunan alimenti və xərci ödəmək qabiliyyətinə malik deyildir. Əvvəllər işlədiyi üçün alimenti çətinliklə olsa da ödəyirdi, lakin hazırda işləmir və maddi vəziyyəti son dərəcə ağırdır və müavinət hesabına yaşayırlar. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 4290/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5083/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 828289 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 dekabr 2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdehdur, anası İddiaçıdır. İş materiallarında olan Suraxanı rayonu VVADQ şöbəsi tərəfindən verilmiş 14 avqust 2017-ci il tarixli AZ-İ seriyalı 977628 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Atası Cavabdehdur, anası İddiaçıdır. işə əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 213576 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı xx.xx.2013-cü il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində nikahları pozulmuşdur. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/2-02226/2023 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023cü il tarixdə saat 15:00-da keçirilən iclasda İddiaçı iştirak etmiş və 50 manat mediasiyaya dair xərc ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından iki övladları doğulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4290/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 5083/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2023-cü il tarixdən uşaqlar üçün məbləğ 220 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq hec bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu hallara qiymət verərkən, məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını, lakin cavabdehin üçüncü qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4290/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmalı və Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 180 olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunu nəzərə alaraq, ödənilməli 63.20 manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4290/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 180 olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Mediasiya xərci - 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri – 63.20 (altmış üç manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar