Məhkəmə qərarları › İş №e-2(010)-1640/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1640/2023

02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1640/2023 02.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Yetkinlik yaşına çatmayan xx.xx.2009-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X4 tutulan alimentin məbləğinin artırılaraq hər ay iki uşaq üçün ümumilikdə 440 manat sabit pul məbləğində müəyyən edilərək İddiaçı ödənilməsi. İddia tələbinin dəlliləri İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2009-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X12 adlı övladları anadan olmuşdur. Lakin münasibətləri alınmadığı üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən nikahı pozulmuş, hər iki övladı onun himayəsinə verilməklə cavabdehin sabit gəlirinin 1/3 hissəsində alimentin tutulub ona verilməsi müəyyən edilmişdir. Hal-hazırda böyük oğlunun 14, kiçik oğlunun isə 11 yaşları var, hər ikisi orta məktəbdə təhsil alırlar, əlavə olaraq futbol məşqlərinə və dərs hazırlıqlarına getdikləri üçün məsrəfləri yetərincə artmışdır. Cavabdeh hazırda aylıq cəmi 230 manat aliment ödəyir. Ona görə də alimentin sabit pul şəkilində təyin edilməklə artırılmasını və ölkə üzrə yetkinlik yaşına çatmadıqları üçün müəyyən edilmiş minimum saxlama xərcinə uyğun olaraq, yəni bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. İddiaçının izahatları İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. Özü rəsmi işləyir və aylıq əmək haqqı 924,18 manat təşkil edir. İki uşağının saxlanılması üçün onun əmək haqqından tutulur. Uşaqlarının saxlanılması üçün alimentin onun əmək haqqından tutulmasına etiraz etmir, lakin uşaqlarının saxlanılması üçün iddiaçının tələb etdiyi miqdarda aliment ödəməsi qeyri-mümkündür. Məhkəmə tərəfindən uşaqlarının saxlanılması üçün sabit pul məbləğində aliment tutularsa, o halda yalnız cəmi 300 manat sabit pul məbləğində aliment ödəyə bilər. Belə ki, aliment ödədikdən sonra qalan əmək haqqı ilə özü dolana bilməyəcək. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(010)-4354/2013 saylı qətnaməsindən görünür ki, X2 X9 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin olunmuş, X5 ilə X13 arasında 10 oktyabr 2008-ci ildə bağlanmış və həmin tarixdə Bakı nikah evi tərəfindən akt qeydləri kitabında 2956 nömrəsi ilə qeydə alınmış nikahın pozulmuş hesab edilməsi, 15 avqust 2009-cu il təvəllüdlü X7 və 01 iyun 2012-ci il təvəllüdlü X8 Cüneyitova (İsrafilova) Aysel Aqif qızının yanında qalmalarının müəyyən edilməsi, X7 və X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün X1 hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq X9 verilməsi qət edilmişdir. Bakı 14 saylı Mediasiya Təşkilatının mediatorunun "ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/14/2023- 00107 saylı arayışından görünür ki, Cüneyit X3 Aysel Aqil qızı tərəfindən təsvir edildiyi kimi alimentin sabit pul məbləğində təyin olunması tələbi üzrə xx.xx.2023-cü il tarixində 13:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən xx.xx.2002-ci ildən xx.xx.2014-cü il tarixinədək Bakı metropolitenində çalışmışdır. xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Elektromexanika xidmətində eskalator maşinisti peşəsində, xx.xx.2016-cı il tarixdən Eskalator xidmətində eskalator maşinisti peşəsində işləyir və onun orta aylıq əmək haqqı vergi və digər tutulmalar daxil olmaqla 924,18 (doqquz yüz iyirmi dörd manat 18 qəpik) manat təşkil edir. İşin faktiki halları İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2009-ci il təvəllüdlü X11 və xx.xx.2012ci il təvəllüdlü X14 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin birgə nikahdan olan övladlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün iddiaçı X1 hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq cavabdeh X9 verilməsi qət edilmişdir. Hazırda İddiaçı yetkinlik yaşına çatmayan övladları Həmid və Rəsulun yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X4 tutulan alimentin məbləğinin artırılaraq hər ay iki uşaq üçün ümumilikdə 440 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi Qanunvericiliyin yuxarıda sadalanan normalarının məzmunu baxımından məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 200 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Məhkəmə xərci Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (400x12=4800 manat) mütənasib olan 68 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(010)-4354/2013 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 200 (iki yüzi) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-16402023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2009-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(010)-4354/2013 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-16402023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar