Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1650/2024 09.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nümayəndə Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) Cavabdeh Ramı̇ s oğluna qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh Ramı̇ s oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2588.49 (iki min beş yüz səksən səkkiz manat qırx doqquz qəpik) manat borcun - bundan 2559.90 (iki min beş yüz əlli doqquz manat doxsan qəpik) manat əsas, 16.93 (on altı manat doxsan üç qəpik) manat faiz, 11.66 (on bir manat altmış altı qəpik) manat cərimə borcunun və iş üzrə ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2.“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 23 iyun 2020-ci il tarixli LM062000740 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh 2975.95 (iki min doqquz yüz yetmiş beş manat doxsan beş qəpik) manat məbləğində kredit borcu 60 (altmış) ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh kredit üzrə cəmi borcu 2588.49 (iki min beş yüz səksən səkkiz manat qırx doqquz qəpik) manat təşkil edir. Bundan 2559.90 (iki min beş yüz əlli doqquz manat doxsan qəpik) manat əsas, 16.93 (on altı manat doxsan üç qəpik) manat faiz, 11.66 (on bir manat altmış altı qəpik) manat cərimə borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********760 saylı xx.xx.2023-cü il xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
Tərəflərin izahatları
3. İddiaçı ASC (Ləğv prosesindədir) ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh Ramı̇ s oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materialları
5. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 23 iyun 2020-ci il tarixli, LM062000740 nömrəli Restrukturizasiya müqaviləsindən görünür ki, Cavabdeh 2975.95 (iki min doqquz yüz yetmiş beş manat doxsan beş qəpik) manat məbləğində kredit borcu 60 (altmış) ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir.
6. 23 iyun 2020-ci il tarixli, LM062000740 nömrəli Restrukturizasiya müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh Ramı̇ s oğlu kredit borcu üzrə müəyyən ödənişlər etmişdir.
7. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Ramı̇ s oğlunun 23 iyun 2020-ci il tarixli, LM062000740 nömrəli Restrukturizasiya müqaviləsi üzrə 2559.90 (iki min beş yüz əlli doqquz manat doxsan qəpik) manat əsas borc, 16.93 (on altı manat doxsan üç qəpik) manat faiz borcu, 11.66 (on bir manat altmış altı qəpik) manat cərimə borcu olmaqla cəmi 2588.49 (iki min beş yüz səksən səkkiz manat qırx doqquz qəpik) manat kredit borcu vardır.
8. İş matariallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh Ramı̇ s oğluna 5 iş günü müddəti ərzində yaranmış borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə isə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İşin faktiki halları
9. Tərəflər arasında Restrukturizasiya müqaviləsinin bağlanması və həmin müqavilə əsasında cavabdehin kredit borcunun restrukturizasiya edilməsi işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdeh tərəfindən iddia tələbinə hər hansı etiraz və ya mülahizə bildirilməmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
13. İş materiallarından göründüyü kimi 23 iyun 2020-ci il tarixli, LM062000740 nömrəli Restrukturizasiya müqaviləsi əsasında iddiaçı tərəfindən Cavabdeh 2975.95 (iki min doqquz yüz yetmiş beş manat doxsan beş qəpik) manat məbləğində kredit borcu 60 (altmış) ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcuddur. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. İddia tələbində qeyd edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi halı işə əlavə edilən sənədlərlə təsdiq olunur. Cavabdeh tərəfindən iddia tələbinin əsassız olmasına dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki idda tələbini irəli sürməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 46 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Ramı̇ s oğlundan 2559.90 manat əsas borc, 16.93 manat faiz borcu və 11.66 manat cərimə borcu olmaqla cəmi 2588.49 (iki min beş yüz səksən səkkiz manat qırx doqquz qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməli və iş üzrə ödənilmiş 46 manat dövlət rüsumu Cavabdeh Ramı̇ s oğlundan tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Ramı̇ s oğlundan 2559.90 manat əsas borc, 16.93 manat faiz borcu və 11.66 manat cərimə borcu olmaqla cəmi 2588.49 (iki min beş yüz səksən səkkiz manat qırx doqquz qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 46 manat dövlət rüsumu Cavabdeh Ramı̇ s oğlundan tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Nümayəndə