Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1651/2024 15.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nümayəndə Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 Sadəddı̇ n oğlu və Həşı̇ mov Emı̇ l Abdulla oğluna qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 Sadəddı̇ n oğlu və Həşı̇ mov Emı̇ l Abdulla oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1187.26 (bir min yüz səksən yeddi manat iyirmi altı qəpik) manat borcun - bundan 1159.63 (bir min yüz əlli doqquz manat altmış üç qəpik) manat əsas, 21.87 (iyirmi bir manat səksən yeddi qəpik) faiz, 5.76 (beş manat yetmiş altı qəpik) manat cərimə borcunun və iş üzrə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 9 mart 2021-ci il tarixli, LM032100194 saylı Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh2 1638.53 (bir min altı yüz otuz səkkiz manat əlli üç qəpik) manat məbləğində kredit borcu 36 (otuz altı) ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Borclu Cavabdeh2 ilə Restrukturizasiya müqaviləsi bağlanılan zamanı Cavabdeh1 ilə Bank arasında 9 mart 2021-ci il tarixli, LM032100194 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs restrukturizasiya müqaviləsinə əsasən borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh2 kredit üzrə cəmi borcu 1187.26 (bir min yüz səksən yeddi manat iyirmi altı qəpik) manat təşkil edir. Bundan 1159.63 (bir min yüz əlli doqquz manat altmış üç qəpik) manat əsas, 21.87 (iyirmi bir manat səksən yeddi qəpik) manat faiz və 5.76 (beş manat yetmiş altı qəpik) manat cərimə borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********759 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
Tərəflərin izahatları
3. İddiaçı ASC (Ləğv prosesindədir) ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehlər Cavabdeh1 Sadəddı̇ n oğlu və Həşı̇ mov Emı̇ l Abdulla oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh Həşı̇ mov Emı̇ l Abdulla oğlu ərizə ilə məhkəməyə müraciət edərək, tələb edilən borc məbləği ilə razı olduğunu bildirmiş və eyni zamanda borc məbləğinin digər cavabdehdən tutulmamasını xahiş etmişdir. Digər Cavabdeh1 Sadəddı̇ n oğlu da ərizə təqdim edərək iddia tələbini qəbul etmədiyini bildirmişdir.
İş materialları
5. Ləğv prosesində olan İddiaçı ASC ilə Həşı̇ mov Emı̇ l Abdulla oğlu arasında bağlanılmış 9 mart 2021-ci il tarixli, LM032100194 saylı Restrukturizasiya müqaviləsindən görünür ki, Həşı̇ mov Emı̇ l Abdulla oğlunun 1638.53 (bir min altı yüz otuz səkkiz manat əlli üç qəpik) manat məbləğində kredit borcu 36 (otuz altı) ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir.
6. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 Sadəddı̇ n oğlu arasında bağlanılmış 9 mart 2021-ci il tarixli, LM032100194 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Sadəddı̇ n oğlu borclu Həşı̇ mov Emı̇ l Abdulla oğlunun bank qarşısında restrukturizasiya edilmiş kredit məbləğinin ödənilməsi ilə əlaqədar ona zamin durmuş və onunla birlikdə məsuliyyəti üzərinə götürmüşdür.
7. 9 mart 2021-ci il tarixli, LM032100194 saylı Restrukturizasiya müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Həşı̇ mov Emı̇ l Abdulla oğlu kredit borcu üzrə müəyyən ödənişlər etmişdir.
8. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Həşı̇ mov Emı̇ l Abdulla oğlunun 9 mart 2021-ci il tarixli, LM032100194 nömrəli Restrukturizasiya müqaviləsi üzrə cəmi 1187.26 (bir min yüz səksən yeddi manat iyirmi altı qəpik) manat borcu - bundan 1159.63 (bir min yüz əlli doqquz manat altmış üç qəpik) manat əsas, 21.87 (iyirmi bir manat səksən yeddi qəpik) faiz, 5.76 (beş manat yetmiş altı qəpik) manat cərimə borcu vardır.
9. İş matariallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 Sadəddı̇ n oğlu və Həşı̇ mov Emı̇ l Abdulla oğluna 5 iş günü müddəti ərzində yaranmış borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə isə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İşin faktiki halları
10. Ləğv prosesində olan İddiaçı ASC ilə Həşı̇ mov Emı̇ l Abdulla oğlu arasında Restrukturizasiya müqaviləsinin bağlanması və həmin müqavilə əsasında cavabdehin kredit borcunun restrukturizasiya edilməsi və eləcə də digər Cavabdeh1 Sadəddı̇ n oğlu ilə Ləğv prosesində olan İddiaçı ASC arasında 9 mart 2021-ci il tarixli, LM032100194 saylı Zaminlik müqaviləsinin bağlanması işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehlərin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiklərini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdeh Həşı̇ mov Emı̇ l Abdulla oğlu ərizə ilə məhkəməyə müraciət edərək, tələb edilən borc məbləği ilə razı olduğunu bildirmiş və eyni zamanda borc məbləğinin digər cavabdehdən tutulmamasını xahiş etmişdir. Cavabdeh1 Sadəddı̇ n oğlu məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etmədiyini bildirmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
13. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
14. İş materiallarından göründüyü kimi 9 mart 2021-ci il tarixli, LM032100194 saylı Restrukturizasiya müqaviləsi ilə Həşı̇ mov Emı̇ l Abdulla oğlunun 1638.53 (bir min altı yüz otuz səkkiz manat əlli üç qəpik) manat məbləğində kredit borcu 36 (otuz altı) ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmiş və cavabdeh bank qarşısında kredit borcunun ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda işin araşdırılan hallarından müəyyən edilir ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 Sadəddı̇ n oğlu arasında bağlanılmış 9 mart 2021-ci il tarixli, LM032100194 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 Sadəddı̇ n oğlu borclu Həşı̇ mov Emı̇ l Abdulla oğlunun bank qarşısında restrukturizasiya edilmiş kredit məbləğinin ödənilməsi ilə əlaqədar ona zamin durmuş və onunla birlikdə məsuliyyəti üzərinə götürmüşdür. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında etibarlı kredit və zaminlik müqavilələri bağlanmışdır. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdehlər öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdirlər. İddia tələbində qeyd edilən məbləğin iddiaçı tərəfindən cavabdeh Həşı̇ mov Emı̇ l Abdulla oğluna verilməsi halı işə əlavə edilən sənədlərlə təsdiq olunur. Digər tərəfdən, Cavabdeh2 özü də iddia tələbinə etiraz etmədiyini məhkəməyə bildirmişdir. Digər Cavabdeh1 Sadəddı̇ n oğlu tərəfindən iddia tələbinin əsassız olmasına dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki idda tələbini hər iki cavabdehə qarşı irəli sürməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 32 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Sadəddı̇ n oğlu və Həşı̇ mov Emı̇ l Abdulla oğlundan müştərək qaydada 1159.63 manat əsas borc, 21.87 manat faiz borcu və 5.76 manat cərimə borcu olmaqla cəmi 1187.26 (bir min yüz səksən yeddi manat iyirmi altı qəpik) manat və iş üzrə ödənilmiş 32 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Sadəddı̇ n oğlu və Həşı̇ mov Emı̇ l Abdulla oğlundan müştərək qaydada 1159.63 manat əsas borc, 21.87 manat faiz borcu və 5.76 manat cərimə borcu olmaqla cəmi 1187.26 (bir min yüz səksən yeddi manat iyirmi altı qəpik) manat və iş üzrə ödənilmiş 32 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Nümayəndə