Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1668/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz"’ İB-yə vurulmuş 902.18 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 932.18 (doqquz yüz otuz iki manat 18 qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin "xxxx" ASC-nin İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBA AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz"’ İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 15.01.2018-ci il tarixində AK2-24823 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəfər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz"’ İB abonent Cavabdeh məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağazin küç, ev 29 yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz"’ İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00420 nömrəl abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində sonuncu dəfə 09.06.2021-ci il tarixdə G-4 mexanika tipli, **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. 01.02.2022-ci il tarixə istehlakçı Cavabdeh “Azəriqaz"’ İB-yə borcu 902.18 manat təşkil eməkdədir. Borcun yaranma əsasları bu cür olmuşdur: 1) 04/2012 tarixə qalıq borc - 806.00 manat, 2) 11/2017-ci il tarixə qalıq və aktlar üzrə borc 119.20 manat, 3) 1202AQ**********1 nömrəli sayğac yeni sayğacla əvəz olunmuş, sayğac laboratoriyada yoxlanmış, yoxlamanın nəticəsi barədə 29/1710-02517/3-1 nömrəli akt əsasında sayğacın plastmast borusunun deşik olması barədə rəy verilmişdir. "Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə" "Azəriqaz" İB-nin direktoru tərəfindən 18.10.2018-ci il tarixdə təsdiq edilmiş Təlimatın 30-cu hissəsində yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnınpozulması haqqında” 30.06.2021-ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 216.00 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. 4) 09.06.2021-ci il tarixdə quraşdırılmış **********0 saylı mexaniki sayğacın sərfiyyat göstəriciləri üzrə 41.08 manat, 5) ödəniş 1.40 manat, kartla yüklənən məbləğdən aparılan tutma 278.70 manat (806.00+119.20+116.00+41.08) – (1.40+278.70) =902.18 manat. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi X4 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbər verilməsinə baxmayraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 15.01.2018-ci il tarixli, AK2-24823 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qazpaylayıcı ilə istehlakçı Cavabdeh arasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini qazla təmin edilməsi barədə razılığa gəlinmişdir. İş materiallarında olan 30.06.2021-ci il tarixli, 29/1710-02517-1 saylı aktdan görünür ki, laboratoriya yoxlamaları nəticəsində 1202AQ**********1 nömrəli sayğaca baxış keçirilən zaman onun klapanının işlək olmaması, yivli birləşmələrin korruziyaya uğraması, sayğacın gövdəsinin üst hissədən korruziyaya uğraması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması və sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş ******* saylı, 30.06.2021–ci il tarixli “Akt” dan görünür ki, istehlakçı Cavabdeh istifadəsində olan 1202AQ**********1 nömrəli qaz sayğacı çıxarılaraq Zenner G-4T **********0 markalı sayğacla əvəzlənmişdir. Əvəzləmənin səbəbi kimi “1202AQ**********1 nömrəli sayğacın klapanı işlək deyil, sayğacın gövdəsi üst hissədən korruziyaya uğramışdır, sayğacın çıxış plastmast borusu deşilmişdir” göstərilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məxsus abonentin saldosundan görünür ki, iddiaçının 2022-ci ilə olan borcu 902.18 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı X2 Cavabdeh tərəfindən müxtəlif illərdə borc məbləğinin ödənilmədiyinə və 1202AQ**********1 nömrəli sayğacın borusunun cavabdehin təqsiri ucbatından deşilməsinə istinad edərək cavabdehdən ümumilikdə (iş üzrə ödənilmiş dövlət rüsumu da daxil olmaqla) 932.18 manat pul məbləğinin iddiaçının xeyrinə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi 04/2012-ci il tarixə qalıq borc olaraq müəyyən edilmiş 806.00 manat və 11/2017-ci il tarixə qalıq borc olaraq müəyyən edilmiş 119.20 manat hissəsində əssasızdır. Belə ki, iddiaçı iş materiallarında Cavabdeh 04/2012-ci il tarixə qalıq borcunun 806.00 manat və 11/2017-ci il tarixə qalıq borcunun 119.20 manat olduğunu qeyd etsə də, həmin tarixdə qeyd olunan borc məbləğlərinin yaranması əsaslarını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim edilən aktlara gəldikdə isə, məhkəmə qeyd edir ki, sayğacın korroziyaya uğraması və ya hər hansı bir hissəsinin deşilməsi üçün məsuliyyəti istehlakçı daşımır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yuxarıda qeyd olunan normaya əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh deyil, iddiaçının özü daşıdığından, o cümlədən, cavabdehin təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan bu hallara görə cavabdehdən pul tələb edilməsi qanuni və əsaslı deyildir. Abonent saldosuna əsasən cavabdehdən 2017-ci il üçün 119.20 qəpik məbləğində pulun tələb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu borcun yaranma səbəbi də iddiaçı tərərfindən əsaslı dəlillərlə sübuta yetirilmir. İşdən görünür ki, iddiaçı ilə cavabdeh arasında məişət qazının alqı-satqısı müqaviləsi 15.01.2018-ci il tarixində razılaşdırılmışdır. Bu tarixə qədər cavabdehin həmin üznvan üzrə qazdan istifadə etməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Belə olan halda məhkəmə iddianın qeyd olunan hissədə sübuta yetirilməsi qənaətinə gəlmək üçün əsaslar müəyyən etmir. AR MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Azərı̇ qaz İstehsalat Bı̇ rlı̇ yı̇ nin Cavabdeh Mı̇ rzaağa qızına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-1668/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1668/2022
27.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver