Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1695/2022 13.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 27 mart 2017-ci il tarixli,2(011)- 3358/2017 saylı qətnaməsi ilə tutulan aliment miqdarının dəyişdirilərək birgə nikahdan doğulmuş 24 fevral 2014-cii il təvəllüdlü qızı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2013-cü il aprel ayının 6-da Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur.Birgə nikahdan 24 fevral 2014-cü il tarixində Əsra adlı qızları anadan olmuşdur. Ailə münasibətlərində müəyyən problemlər yarandığından və ayrı yaşadıqlarından Xətai rayon məhkəməsinin 14 iyul 2014-cü il tarixli 2(011)-4368/2014 saylı qətnaməsi ilə 19.06.2014-cü il tarixindən başlayaraq azyaşlı qızı Əsranın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 103 (yüz üç) manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bundan,əlavə Xətai rayon məhkəməsinin 21 iyul 2015-ci il tarixli 2(011)- 2475/2015 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş və birgə nikahdan olan qızı Əsra onun yanımda saxlanılmışdır. Hal-hazırda da onun yanındadır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizədə qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfi və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-2475/2015 saylı, 21.07.2015-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə Babayeva (Əbdüləliyeva) Əsmər Vahid qızı arasında 06.04.2013-cü il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış 544 saylı nikahın pozulması və birgə nikahdan doğulmuş 24.02.2014-cü il təvəllüdlü X1 anası Babayeva (Əbdüləliyeva) Əsmər Vahid qızının yanında saxlanılması və iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-3358/2017 saylı, 27.03.2017-cı il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-4368/2014 saylı, 14.07.2014-cü il tarixli qətnaməsi əsasında ilkin iddia üzrə Cavabdeh uşağın saxlanması üçün ilkin İddiaçı xeyinrə tutulan aliment miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 24.02.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ilkin iddia üzrə Cavabdeh ilkin İddiaçı xeyrinə hər ay 137 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, Cavabdeh İddiaçı qarşı aliment miqdarının azaldılmasına dair iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı birgə nikahdan doğulmuş övladı - 24.02.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş aliment miqdarının artırılaraq hər ay 200 manat məbləğində təyin edilməsini tələb etsə də, lakin cavabdehin qeyd olunan aliment məbləğini ödəməyə kifayət qədər imkanının olduğunu göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Sonuncu aliment məbləğinin təyin edilməsindən uzun müddət keçmişdir və bu müddət ərzində yaşayış şərtləri dəyişmişdir. Məhkəmə bu halı azyaşlının xeyrinə tutulan aliment məbləğinin artırılması üçün əsaslı hesab edir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, təyin ediləcək aliment məbləği real olmalı və icrası mümkünsüz olan qətnamənin qəbul edilməsinə səbəb olmamalıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən alimentin cavabdeh tərəfindən ödənilə biləcəyinə dəlalət edən sübutlar iş materiallarında yoxdur. Məhkəmə hesab edir ki, 2017-ci ildə təyin edilən aliment məbləği hazırkı dolanışıq meyarlarına cavab vermir və bu baxımdan aliment məbləğinin artırılaraq hər ay 193 manat məbləğində müəyyən edilməsi azyaşlının mənafeyi baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3358/2017 nömrəli, 27.03.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 24.02.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilsin. Mediasiya prosesində iştirak etməyə görə iddiaçı Əbdüləlı̇ yeva Əsmər Vahı̇ d qızı tərəfindən ödənilmiş 50 manat rüsumun əvəzi Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-1695/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1695/2022
13.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver