Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1733/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında **-UD-*** və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobillərin icarəsinə dair xx.xx.2023-cü il tarixdə bağlanmış 01 saylı icarə müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən icarə haqqın olaraq 2000 manat pulun və nəqliyyat vasitələri ilə törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələr əsasında yaranmış 190 manat cərimə pulunun tutularaq İddiaçı verilməsi; hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən biri olan Cavabdeh1 ilə aralarında 2023-cü ilin noyabr ayının əvvəllərində ona məxsus olan **-UD-*** və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobillərin taksi fəaliyyəti ilə məşğul olmaq üçün onun icarəsinə verilməsinə dair şifahi danışıqlar olmuşdur. Arzu ona bildirdi ki, onun bu fəaliyyət ilə bağlı şirkəti var, müqaviləni həmin şirkət vasitəsilə bağlayacaq. Amma o iddiaçıya dedi ki, avtomobillər ilə bağlı məsuliyyəti o özü daşıyır. Daha sonra o, nümayəndəsi (qayını) X5 vasitəsilə Cavabdeh1 nümayəndəsi olduğu Cavabdeh2 MMC ilə qeyd olunan **- UD-*** və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobillərin icarəsinə dair xx.xx.2023-cü il tarixdə 01 saylı icarə müqaviləsi bağladı. Aralarında təsdiqlənmiş xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən o, qeyd olunan avtomobilləri icarəçiyə təhvil vermişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, "İcarəyə verən" "İcarəçi" yə bu Müqaviləyə Əlavə razılaşmalarda qeyd edilən nəqliyyat vasitələrini (xidməti ehtiyacları – taksi fəaliyyəti - üçün) icarəyə verir, "İcarəçi" isə həmin nəqliyyat vasitələrini qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada icarə haqqını “İcarəyə verən"ə ödəyir. Aralarında razılaşdırılaraq təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ödəniş cədvəllərinə əsasən icarəçi hər bir avtomobil üçün hər ay ona 500 manat icarə haqqı ödəməli idi. Lakin, cavabdehlər müqavilə şərtlərinə riayət etməyərək müəyyən edilmiş icarə haqqını vaxtında və lazımi miqdarda vermədi. Belə ki, cavabdehlər ona bir ay üzrə müəyyən olunmuş icarə haqqından hər bir avtomobil üçün 500 manat olmaqla cəmi 1000 manat pul verdi. Halbuki, cavabdehlər ona məxsus avtomobilləri xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək istifadə etmişlər. İddiaçı onlara bu barədə etiraz etdi və icarə haqlarını vermədiklərinə görə hər iki avtomobili onlardan xx.xx.2024-cü il tarixdə geri aldı. Hazırda cavabdehlərin hər iki avtomobilə görə iddiaçıya iki ayın (dekabr 2023-cü il və yanvar 2024-cü il üçün) ödənilməmiş icarə haqqından 500+500+500+500=2000 manat borcu qalmışdır. Bundan başqa, avtomobillər cavabdehlərin icarəsində olduğu müddət ərzində onun sürücüləri tərəfindən avtomobillərin kobud istismarı ilə bağlı bir neçə dəfə inzibati xəta törətmişlər. Törədilmiş inzibati xəta ilə bağlı müvafiq cərimələr tətbiq olunmuş, lakin onlar inzibati xətaya dair cərimələri ödəməmişlər. Törədilmiş cərimələrin ümumi məbləği 190 manatdır. Cavabdehlər cərimələri ödəmədiyi təqdirdə qanunvericiliyə əsasən ona məxsus avtomobillərin istismarına məhdudiyyət qoyula bilər. Ona görə də hesab edir ki, həmin cərimə məbləğləri də cavabdehlərdən alınıb ona verilməlidir. Cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəliyin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıqlar, pretenziyalar edilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Ona görə də, iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddiasını müdafiə etmişdir. Qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə avtomobillər iddiaçıya geri təhvil verilmişdir. Cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarına əlavə edilmiş ********** nömrəli xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "Elektron notariat" X2 Çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində İddiaçı tərəfindən X4 **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobilin sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam yermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və s. səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixədək etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 01 saylı avtomobil icarəsi haqqında Müqavilənin 1-ci bəndindən görünür ki, İcarəyə verən – X1 – Cavabdeh2 MMC-ə bu Müqaviləyə Əlavələ razılaşmalarda qeyd edilən nəqliyyat vasitələrini icarəyə verir, “İcarəçi” isə həmin nəqliyyat vasitələrini qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada icarə haqqını “İcarəyə verən”ə ödəyir. Müqavilənin 2.1.11-ci bəndi: İcarəçi icarəyə götürülmüş nəqliyyat vasitəsinin ona uyğun olan texniki istismar qaydalarına müvafiq olaraq saxlamaq və xidməti ehtiyaclarına uyğun olaraq sərbəst formada və qrafikdə istifadə etmək hüququna malikdir. Həmin müqaviləni icarəçi Cavabdeh2 MMC tərəfindən etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən, 10 Noyabr 2023cü il tarixli, 01 nömrəli İcarə müqaviləsi üzrə markalı, Toyota Prius **-UD-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin icarə haqqının ödənilməsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 500 manat məbləğində ödəniş edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən, 10 Noyabr 2023cü il tarixli, 01 nömrəli İcarə müqaviləsi üzrə markalı, Toyota Prius **-UD-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin icarə haqqının ödənilməsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 500 manat məbləğində ödəniş edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 10 noyabr 2023-cü il tarixli 01 N-li icarə müqaviləsinə uyğun olaraq İcarəyə verən mülkiyyətindəki və texniki olaraq işlək vəziyyətdə olan (sərnişin) avtomobilini təhvil verir, İcarəçi isə həmin avtomobili təhvil alır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki göstəricilər: (Seriya: BAN: BA 3318862, Qeydiyyat nişanı: **-VZ-***, Marka, model: Toyota Prius, Tip xetçbek, Buraxılış ili: 2008, Mühərrik N: U280344, Ban: JTDKB20U987747018, Rəngi: Gümüşü metallik, Mühərrikin həcmi, kub.sm 1497, Verilmə tarixi: xx.xx.2023) İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 10 noyabr 2023-cü il tarixli 01 N-li icarə müqaviləsinə uyğun olaraq İcarəyə verən mülkiyyətindəki və texniki olaraq işlək vəziyyətdə olan (sərnişin) avtomobilini təhvil verir, İcarəçi isə həmin avtomobili təhvil alır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki göstəricilər: (Seriya: BAN: BA 3318871, Qeydiyyat nişanı: **-UD-***, Marka, model: Toyota Prius, Tip xetçbek Buraxılış ili: 2007, Mühərrik N: 484787, Ban JTDKB20U483357936, Rəngi: Gümüşü metallik, Mühərrikin həcmi, kub.sm 1497, Verilmə tarixi: xx.xx.2023) İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 tərəfindən ona xx.xx.2023-cü il tarixli (Reyestr № 7E-54108) etibarnamə əsasında idarə etmək səlahiyyəti verilən Toyota Prius markalı, Boz Mavi metalik dövlət nömrə nişanı **-UD-*** Ban № JTDKB20U483357936 olan avtomobili idarə etmək hüququ X8 etibar edilmişdir. Bu etibarnamə xx.xx.2024-cü il tarixinədək qüvvədədir. İş materiallarında olan ƏN-İİ № 011591 etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2nə xx.xx.2024-cü il tarixədək **-UD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobili idarə etməklə bağlı etibarnamə verilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 19279018 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X5 İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 20 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, EQ 19240598 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X5 İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 10 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, EQ 19196502 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X5 İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 20 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, EQ 19162798 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X5 İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, EQ 19109410 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X5 İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 20 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114cü maddəsi rəhbər tutularaq, X6 Prius minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsindən çıxarışından görünür ki, Cavabdeh2 qanuni təmsilçisi qismində X9 çıxış edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı, göy metallik rəngli, Ban nömrəsi JTDKB20U987747016 olan, Buraxılış ili 2008-ci il olan xetçbek tipli avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-UD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı, gümüşü metallik rəngli, Ban nömrəsi JTDKB26U483357936 olan, Buraxılış ili 2007-ci il olan xetçbek tipli avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 261862 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfinən Vəkil hüquqi yardımın göstərilməsi ilə bağlı 300 manat ödəniş edilmişdir. "Elektron notariat" X2 Çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində İddiaçı tərəfindən X4 **-UD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobilin sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam yermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və s. səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixədək etibarnamə verilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.... Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: ... 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2 iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
1. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.
2. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı tərəfindən X4 xx.xx.2023-cü il tarixdə **-UD-*** və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobilləri idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və və s. səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı etibarnamələr verilmişdir. X5 xx.xx.2023-cü il tarixdə **-UD-*** və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtmobillərin icarə müqaviləsini Cavabdeh2 MMC ilə bağlamışdır. Həmin müqaviləni etibarnamə əsasında Cavabdeh2 MMC tərəfindən imzalayan şəxs Cavabdeh1 olmuşdur. İş materiallarında olan təhvil-təslim aktlarına əsasən, sözügedən avtomobillər xx.xx.2023-cü tarixdə Cavabdeh2 MMC-ə təhvil verilmişdir. İddiaçı tərəfindən avtomobillərin idarə edilməsi üçün etibarnamə xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-ə verilmiş, Cavabdeh2 MMC tərəfindən isə xx.xx.2023-cü il tarixdə eyni məzmunlu etibarnamə X8 verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatlarında sözügedən avtomobillərin xx.xx.2024-cü il tarixdə geri təhvil alındığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iş materiaları ilə müəyyən edilir ki, Cavabdeh1 Cavabdeh2 MMCnin nümayəndəsi kimi çıxış edərək ona verilmiş etibarnamə əsasında icarə müqaviləsini bağlamış, sonra Cavabdeh2 MMC tərəfindən ona sözügedən avtomobillərin idarə edilməsi ilə bağlı etibarnamə verilmişdir. Bununla da, hesab edilir ki, iddiaçı iddia tələbinin cavabdehlərin hər ikisinə yönəldilməsində haqlıdır. Qeyd edildiyi kimi, İddiaçı və Cavabdeh2 MMC arasında icarə müqaviləsi bağlanmış və icarə müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, avtomobilləri Cavabdeh2 MMC təhvil vermişdir. Lakin, Cavabdeh2 MMC müqavilə üzrə öhdəlikləri icra etməmiş, Cavabdeh2 MMC-nin etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 vasitəsilə icarəyə götürülmüş avtomobillərə görə iddiaçıya ödənilməli olan icarə haqqını ödəməmişdir. Belə ki, icarəyə verilmiş nəqliyyat vasitələrinin icarə haqqını müqavilə ilə müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməməklə müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Nəticədə sözügedən avtomobillər xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən geri təhvil alınmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş mülki qanunvericiliyin tələbələri baxımından, cavabdehlər iddiaçının xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirməsi və avtomobili təhlükəyə məruz qoyması, bununla da özünün vicdanlı icarəçi vəzifələrini pozmuş olduğu nəzərə alındıqda, iddiaçı xəbərdarlıq müddətini gözləmədən avtomobili geri götürməyə haqlı olmuşdur. Avtomobillərin xx.xx.2023-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək (2 ay müddətində) icarəçidə - cavabdehlərdə olduğu və icarəçinin hər avtomobilə ayda 500 manat icarə haqqı ödəməli olduğu nəzərə alındıqda, iddiaçı cavabdehlərdən 2000 manat məbləğində icarə haqqını tələb etməkdə haqlı olmuşdur. Tələbin **-UD-*** və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobillərin nəqliyyat vasitələri ilə törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələr əsasında yaranmış 190 manat cərimə pulunun cavabdehlərdən tutulması hissəsində məhkəmə qeyd edir ki, iş materiallarında olan hökümət ödəniş portalından alınmış çıxarışlardan göründüyü kimi, **-UD-*** və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillər cavabdehin (cavabdehlərin) istifadəsində olduğu müddət ərzində (xx.xx.2023-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək) inzibati xəta ilə əlaqədar X14 tərəfindən inzibati qaydada: xx.xx.2024-cü il tarixli, EQ 19279018 nömrəli qərara əsasən – **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobil – 20 manat, xx.xx.2024-cü il tarixli, EQ 19240598 nömrəli qərara əsasən – **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobil – 10 manat, xx.xx.2024-cü il tarixli, EQ 19196502 nömrəli qərara əsasən – **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobil – 20 manat, xx.xx.2024-cü il tarixli, EQ 19162798 nömrəli qərara əsasən – **-UD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil – 40 manat, xx.xx.2024-cü il tarixli, EQ 19109410 nömrəli qərara əsasən – **-UD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil – 20 manat, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərara əsasən – **-UD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil – 80 manat, ümumilikdə 190 manat məbləğində cərimələnmişdirlər. Nəzərə alınmalıdır ki, həmin cərimələr tətbiq edilən vaxtda avtomobillər cavabdehlərdə olmuşdur. Bu səbəbdən, hesab edilir ki, cərimələr məhz onların təqsirli hərəkətləri nəticəsində tətbiq edildikdən, həmin cərimə məbləğləri cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin, cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmiş, lakin buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və öz etirazlarını bildirməmişdirlər. Hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş haqqın tələbi hissəsində məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi ilə bağlı 300 manat məbləğində pul ödənilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında **-UD-*** və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobillərin icarəsinə dair xx.xx.2023-cü il tarixdə bağlanmış 01 saylı icarə müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən icarə haqqı olaraq 2000 manat pul və nəqliyyat vasitələri ilə törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələr əsasında yaranmış 190 manat cərimə pulu, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pul cavabdehlərdən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 45 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında **-UD-*** və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı avtomobillərin icarəsinə dair xx.xx.2023-cü il tarixdə bağlanmış 01 saylı icarə müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən icarə haqqı olaraq 2000 manat pul və nəqliyyat vasitələri ilə törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələr əsasında yaranmış 190 manat cərimə pulu, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pul və ödənilmiş 45 manat dövlət rüsumu cavabdehlərdən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva