Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1754/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Playstation 5, PS5 oyun pultu üçün 1672.92 manat ödənilməmiş məbləğ, 501.88 manat cərimə məbləği, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İmei kodu **********95081 olan Xiaomi 12 markalı telefon üçün 638.7 manat ödənilməmiş məbləğ, 191.61 manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Samsung Watch 4 qol saatı üçün 415 manat ödənilməmiş məbləğ, 124.5 manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********39495 olan Huawei P40 Pro markalı telefon üçün 401.7 manat ödənilməmiş məbləğ, 120.51 manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********78503 olan Huawei Nova 9SE markalı telefon üçün 353.5 manat ödənilməmiş məbləğ, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum məbləği və 106.5 manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Asus kompüter üçün 291.7 ödənilməmiş məbləğ, 87.51 manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Dell kompüter üçün 268.8 manat ödənilməmiş məbləğ, 80.64 manat cərimə məbləği, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İmei kodu **********53059 olan İphone X markalı telefon, Jbl qulaqıq üçün 215.1 manat ödənilməmiş məbləğ, 64.53 manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Huawei Watch GT 2 qol saatı üçün 154.4 manat ödənilməmiş məbləğ, 46.32 manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Canyon klaviatura üçün 59.3 manat ödənilməmiş məbləğ, 17.79 manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Power Strip elektrik uzadıcı, Trust mikrofon üçün 31.2 ödənilməmiş məbləğ, 9.36 manat cərimə məbləği olmaqla, cəmi 5876.62 manat məbləğində borc və 78.77 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Playstation 5, PS5 oyun pultu, İmei kodu **********95081 olan Xiaomi 12 markalı telefon, Samsung Watch 4 qol saatı, İmei kodu **********39495 olan Huawei P40 Pro markalı telefon, İmei kodu **********78503 olan Huawei Nova 9SE markalı telefon, Asus kompüter, Dell kompüter, İphone X markalı telefon, Jbl qulaqıq, Huawei Watch GT 2 qol saatı, Canyon klaviatura, Power Strip elektrik uzadıcı, Trust mikrofon almış və nəticədə 5876.62 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1672.92 manat olan Playstation 5, PS5 oyun pultu üçün ümumilikdə 2174.80 manat olmaqla, ondan 1672.92 manat ödənilməmiş hissə, 501.88 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 829.08 manat, İmei kodu **********95081 olan Xiaomi 12 markalı telefon üçün ümumilikdə 830.31 manat olmaqla, ondan 638.7 manat ödənilməmiş hissə, 191.61 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 534.06 manat olan Samsung Watch 4 qol saatı üçün ümumilikdə 539.5 manat olmaqla, ondan 415 manat ödənilməmiş hissə, 124.5 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1034.94 manat, İmei kodu **********39495 olan Huawei P40 Pro markalı telefon üçün ümumilikdə 522.21 manat olmaqla, ondan 401.7 manat ödənilməmiş hissə, 120.51 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 841 manat, İmei kodu **********78503 olan Huawei Nova 9SE markalı telefon üçün ümumilikdə 483.15 manat olmaqla, ondan 353.5 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum məbləği, 106.05 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1092.06 manat olan Asus kompüter üçün ümumilikdə 379.21 manat olmaqla, ondan 291.7 manat ödənilməmiş hissə, 87.51 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 617.94 manat olan Dell kompüter üçün ümumilikdə 349.44 manat olmaqla, ondan 268.8 manat ödənilməmiş hissə, 80.64 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 723.06 manat, İmei kodu **********53059 olan İphone X markalı telefon, Jbl qulaqlıq üçün ümumilikdə 279.63 manat olmaqla, ondan 215.1 manat ödənilməmiş hissə, 64.53 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 214.02 manat olan Huawei Watch GT 2 qol saatı üçün ümumilikdə 200.72 manat olmaqla, ondan 154.4 manat ödənilməmiş hissə, 46.32 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 122.04 manat olan Canyon klaviatura üçün ümumilikdə 77.09 manat olmaqla, ondan 59.3 manat ödənilməmiş hissə, 17.79 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 393.96 manat olan Power Strip elektrik uzadıcı, Trust mikrofon üçün ümumilikdə 40.56 manat olmaqla, ondan 31.2 manat ödənilməmiş hissə, 9.36 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3572.76 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. “Müştəri” “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hallarda “ABC” “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanıbsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, İddiaçı MMC ilə aralarında 11 ədəd nisyə alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları əldə etmişdir. Hazırda iddiaçı tərəfindən ondan tələb olunan müvafiq pul məbləğinin ödənilməsinə dair iddia tələbini qəbul edir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2023-cü il tarixli, 14892686 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, İmei kodu **********53059 olan İphone X markalı telefon və JBL qulaqlıq üçün Cavabdeh 18 ay, ilkin ödəniş edilmədən, ödəniş cədvəli üzrə hər ay 40.17 manat, cəmi 723.06 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, 14892686 nömrəli müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMCnin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 14892686 nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2023-cü il tarixli, 04094088 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, Playstation 5, PS5 oyun pultu üçün Cavabdeh 18 ay, ilkin ödəniş edilmədən, ödəniş cədvəli üzrə hər ay 139.41 manat, cəmi 1672.92 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, 04094088 nömrəli müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMCnin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 04094088 nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2022-ci il tarixli, 03431583 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, Power Strip elektrik uzadıcı, Trust mikrofon üçün Cavabdeh 12 ay, ilkin ödəniş edilmədən, ödəniş cədvəli üzrə hər ay 32.83 manat, cəmi 393.96 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, 03431583 nömrəli müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03431583 nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2023-cü il tarixli, 03334301 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, İmei kodu **********95081 olan Xiaomi 12 markalı telefon üçün Cavabdeh 18 ay, ilkin ödəniş edilmədən, ödəniş cədvəli üzrə hər ay 46.06 manat, cəmi 829.08 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, 03334301 nömrəli müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMCnin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 03334301 nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2022-ci il tarixli, 10721552 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, Asus kompüter üçün Cavabdeh 18 ay, ilkin ödəniş edilmədən, ödəniş cədvəli üzrə hər ay 60.67 manat, cəmi 1092.06 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, 10721552 nömrəli müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 10721552 nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2022-ci il tarixli, 04081913 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, İmei kodu **********78503 olan Huawei Nova 9SE markalı telefon üçün Cavabdeh 18 ay, 40 manat ilkin ödəniş edilməklə, ödəniş cədvəli üzrə hər ay 44.5 manat, cəmi 841 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, 04081913 nömrəli müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 04081913 nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2022-ci il tarixli, 10722798 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, İmei kodu **********39495 olan Huawei P40 Pro markalı telefon üçün Cavabdeh 18 ay, 300 manat ilkin ödəniş edilməklə, ödəniş cədvəli üzrə hər ay 40.83 manat, cəmi 1034.94 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, 10722798 nömrəli müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 10722798 nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2022-ci il tarixli, 14892382 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, Samsung Watch 4 qol saatı üçün Cavabdeh 18 ay, ilkin ödəniş edilmədən, ödəniş cədvəli üzrə hər ay 29.67 manat, cəmi 534 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, 14892382 nömrəli müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 14892382 nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2022-ci il tarixli, 03713918 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, Huawei Watch GT 2 qol saatı üçün Cavabdeh 18 ay, ilkin ödəniş edilmədən, ödəniş cədvəli üzrə hər ay 11.89 manat, cəmi 214.02 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, 03713918 nömrəli müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03713918 nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2022-ci il tarixli, 03242234 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, Dell kompüter üçün Cavabdeh 12 ay, ilkin ödəniş edilmədən, ödəniş cədvəli üzrə hər ay 10.17 manat, cəmi 122.04 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, 03242234 nömrəli müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03242234 nömrəli müqaviləyə əsasən malları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2022-ci il tarixli, 03693398 nömrəli müqavilə və ona edilən əlavədən müəyyən olunur ki, Canyon klaviatura üçün Cavabdeh 18 ay, ilkin ödəniş edilmədən, ödəniş cədvəli üzrə hər ay 34.33 manat, cəmi 617.94 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, 03693398 nömrəli müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03693398 nömrəli müqaviləyə əsasən malı tam qüsursuz halda təhvil almışdır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqavilələri üzrə Cavabdeh 4502.32 manat əsas, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum məbləği və 1350.70 manat cərimə olmaqla, cəmi 5876.62 manat borcu vardır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan (xx.xx.2023-cü il tarixli poçt qəbzi) müəyyən olunur ki, cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 79.59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi borcun ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında müxtəlif vaxtlarda nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə əlavə edilmiş ödəniş cədvəlləri ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında müqavilələrdə göstərilən əşyaları götürdüyünü, lakin maddi vəziyyətinə görə ödəniş edə bilmədiyini qəbul etmişdir. Beləliklə müəyyən olunmuşdur ki, cavabdeh göstərilən müqavilələr əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilələr üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddiaçı ilə aralarında müvafiq nisyə alğı-satqı müqavilələrinin bağlanması faktını, eləcə də həmin müqavilələr üzrə aylıq ödənişlərdə gecikmələr baş verdiyini mübahisələndirməmişdir. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, MM-nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “Zvierzinski Polşaya qarşı” 19 iyun 2001-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 11 ədəd nisyə alğısatqı müqaviləsi üzrə tələb olunan 1350.70 manat məbləğində cərimə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir və işin hallarına tam uyğun deyil. Odur ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəbbə pulu 10 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəbbə pulu 10 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə dəbbə pulu 5 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə dəbbə pulu 5 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə dəbbə pulu 5 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə dəbbə pulu 5 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə dəbbə pulu 5 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəbbə pulu 5 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə dəbbə pulu 3 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə dəbbə pulu 3 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə dəbbə pulu 3 manat hesablanmaqla ödənilməlidir. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən “İnnovativ Layihələr Mərkəzi rüsumu” təyinatı ilə 23.6 manat məbləğində pul tələb edilmişdir. İddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın İnnovativ Layihələr Mərkəzi tətbiq etdiyi rüsumu tələb edə bilər. İş materiallarında olan tərəflər arasında bağlanmış müqavilələrin 3.4-cü bəndində qeyd edilmişdir ki, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.14-cü maddəsinə əsasən, ... Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 3.5-ci bəndində isə qeyd edilir ki, Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrdə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda İddiaçı MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə) hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı iddiaçı tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, əgər iddiaçı məhz bu təyinatla ödənilmiş olan əlavə məbləği cavabdehdən tələb edirsə, o, sübut etməlidir ki, cihahız deaktiv edilməsi üçün həmin məbləğdə xərc çəkilmişdir (çəkilməsi zəruridir). Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş materiallarına isə iddiaçının tələbini bu hissədə təsdiq edə biləcək heç bir sübut əlavə edilməmişdir. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 79.59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (4561.32 manat) mütənasib hissəsi (65.61 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 04094088 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 1672.92 (min altı yüz yetmiş iki manat doxsan iki qəpik) ödənilməmiş məbləğ, 10 (on) manat cərimə məbləği, xx.xx.2023-cü il tarixli, 03334301 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 638.7 (altı yüz otuz səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş məbləğ, 10 (on) manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli, 14892382 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 415 (dörd yüz on beş) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli, 10722798 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 401.7 (dörd yüz bir manat yetmiş qəpik) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli, 04081913 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 353.5 (üç yüz əlli üç manat əlli qəpik) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli, 10721552 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 291.7 (iki yüz doxsan bir manat yetmiş qəpik) ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli, 03242234 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 268.8 (iki yüz altmış səkkiz manat səksən qəpik) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə məbləği, xx.xx.2023-cü il tarixli, 14892686 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 215.1 (iki yüz on beş manat on qəpik) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli, 03713918 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 154.4 (yüz əlli dörd manat qırx qəpik) manat ödənilməmiş məbləğ, 3 (üç) manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli, 03693398 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 59.3 (əlli doqquz manat otuz qəpik) manat ödənilməmiş məbləğ, 3 (üç) manat cərimə məbləği, xx.xx.2022-ci il tarixli, 03431583 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 31.2 (otuz bir manat iyirmi qəpik) ödənilməmiş məbləğ, 3 (üç) manat cərimə məbləği olmaqla, cəmi 4561.32 (dörd min beş yüz altmış bir manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti və 65.61 (altmış beş manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-1754/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1754/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver