Məhkəmə qərarları › İş №e-2(010)-1774/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1774/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1774/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə İddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" BOKT QSC Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 fevral 2022-ci il tarixli, PRL-252-0034-22 saylı kredit müqaviləsinin ləğv edilməsi, 1432.84 manat əsas kredit borcu, 148.31 manat cərimə borcu olmaqla cəmi 1581.15 manat, həmçinin 35.81 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İdidaçı "xxxx" BOKT QSC ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçı tərəfin iştirak olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 4887/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 fevral 2022-ci il tarixli, PRL-252-0034-22 saylı kredit müqaviləsinin ləğv edilməsi, 1432.84 manat əsas borc, 30 manat cərimə borcu olmaqla cəmi 1462.84 manat, həmçinin 34.62 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsində qeyd olunan tələblə bağlı mübahisə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə həll edilmişdir. Azərbaycan Respublikası MPM-nın 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, hazıkı iddia tələbi ilə bağlı mübahisə tərəflər arasında həll edildiyindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia tələbi ilə məhkəməyə müraciət edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İş üzrə ödənilmiş 35.81 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İzah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar