Məhkəmə qərarları › İş №e-2(010)-1807/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1807/2023

12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1807/2023 12.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, iddiaçı Vəlı̇ yev Nərı̇ man Vaqı̇ f oğlunun, cavabdeh Mehdı̇ yeva Nı̇ gar Bəxtı̇ yar qızının iştirakları ilə, iddiaçı Vəlı̇ yev Nərı̇ man Vaqı̇ f oğlunun cavabdeh Mehdı̇ yeva Nı̇ gar Bəxtı̇ yar qızına qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Binəqədi Rayon Məhkəməsinin 2(001)-344/2019 nömrəli mülki iş üzrə qəbul etdiyi 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 24 noyabr 2012-ci il tarixdə bağlanmış və 1686 nömrə ilə Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 28 yanvar 2014-cü il təvəllüdlü X5, 09 oktyabr 2015-ci il təvəllüdlü X4 və 21 fevral 2017-ci il təvəllüdlü X2 İddiaçı yanında qalması, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment tutulması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6835/2020 nömrəli mülki iş üzrə qəbul etdiyi 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-344/2019 saylı, 27 sentyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - yəni, “nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 28 yanvar 2014-cü il təvəllüdlü X3, 09 oktyabr 2015-ci il təvəllüdlü X1 və 21 fevral 2017-ci il təvəllüdlü X2 İddiaçı yanında qalması və qarşılıqlı iddia tələbinin təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1679/21 nömrəli mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 6835/2020 nömrəli, 16 sentyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7791/2019 nömrəli mülki iş üzrə qəbul etdiyi 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 28 yanvar 2014-cü il tarixdə doğulmuş X3, 09 oktyabr 2015-ci il tarixdə doğulmuş X1 və 21 fevral 2017-ci il tarixdə doğulmuş X2 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının başlanğıcının 03 oktyabr 2019-cu il tarixdən hesablanması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2100/2020 nömrəli nömrəli mülki iş üzrə qəbul etdiyi 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1562/2021 nömrəli mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(103)-2100/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3914/2022 nömrəli nömrəli mülki iş üzrə qəbul etdiyi 31 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 628/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-111/2023 nömrəli mülki iş üzrə qəbul etdiyi qətnaməsi ilə 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı – xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X2 cavabdeh İddiaçı alınıb onun himayəsinə verilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

9. 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh aid Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

İşin faktiki halları

10. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan üç uşaqlarının olması, həmin uşaqların atalarının yanında qalmasına və cavabdehdən iddiaçının xeyrinə hər ay, hər uşaq üçün 80 manat olmaqla, 240 manat alimentin tutulmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.

İddia tələbi

11. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-7791/2019 saylı iş üzrə xx.xx.2019-cı il tarixli qətnaməsi ilə 28 yanvar 2014-cü il tarixdə doğulmuş X3, 09 oktyabr 2015-ci il tarixdə doğulmuş X1 və 21 fevral 2017-ci il tarixdə doğulmuş X2 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində aliment artırılaraq hər uşaq üçün 220 manat olmaqla ümumi 660 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onların birgə nikahlarından 3 övladları dünyaya gəlib və o, 5 ildir ki, övladlarına baxır. O, nikahın pozulması üçün müraciət etdikdə alimentlə bağlı tələbi olmamışdı, ancaq həmin vaxtdan 1-1,5 il sonra cavabdehin mənasız şikayətlərinə görə iddia qaldırdı. Çünki qızının bir böyrəyi yoxdur və daimi olaraq müalicəyə ehtiyacı var. Buna görə də hər uşaq üçün 80 manat olmaqla aliment məbləği tutuldu. O, uşağı ölkədən çıxarıb müalicə olunması üçün aparmağa görə məhkəməyə müraciət etmişdir. Çünki uşağın xəstəliyinə görə hər ay 600 manata yaxın məbləğdə pul xərcləyir. Uşaq daimi olaraq pampersdən istifadə edir. Onun yalnız pampersinə ay ərzində 80 manatdan artıq məbləğ istifadə edilir, həmçinin, uşaqların geyim-yemək xərcləri də var. Sonuncu dəfə 2500 manat aliment borcu yığılmışdı. Əgər cavabdeh vəkil ilə gəlib, polis çağıraraq onu narahat edirsə, o da uşaqların haqqı olan aliment borcunu tələb edəcəkdir. İcra məmuru cavabdehi çağırıb borca görə problem yaşayacağını bildirdikdən sonra 1200 manat ödəniş etmişdir. Əgər cavabdeh özünü problemdən qurtarmaq üçün 1200 manat tapıb ödəniş edə bilirsə, deməli yalnız özünü fikirləşir, uşaqlarını heç fikirləşmir. O, 4 ay əvvəl 1200 manat verdikdə 870 manat borcu var idi, 4 aydır ki, heç ödəniş etmir və təxminən 2000 manata yaxın məbləğdə borcu var. Cavabdehin qeyd etdiyi ölkəyə girişçıxışla bağlı məsələyə isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərar verilib. O, 21 ay ərzində cəmi 18 gün ölkədən çıxmışdır. 18 gün ərzində isə pul qazanmaq mümkün deyil. O, əvvəl Amerikada işləyirdi, işini itirdikdən sonra isə daimi olaraq burada yaşayır. Əvvəl maddi imkanı yaxşı idi, hazırda isə heç yerdə işləmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

13. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, qarşı tərəf 2021-ci ildən aliment tutulduğunu deyir, lakin boşanma qərarı çıxdıqdan 3 gün sonra, yəni 2019-cu ildə aliment tələbi ilə müraciət edib. Hər uşağa görə 80 manat olmaqla, cəmi 240 manat aliment 2019-cu ilin oktyabr ayından ondan tutulmağa başlanılıb. O, hazırda 240 manat aliment ödəyir. Düzdür, bəzən gecikmələri olur və borclar üst-üstə yığılır. Buna görə məhkəmədə cərimə də olunmuşdur, həmçinin borca görə ölkədən çıxışına da məhdudiyyət qoyulub. O, tibb bacısıdır, iddiaçı isə qərəzli olaraq bütün sənədlərini özündə saxladığı üçün hazırda işləyə bilmir. 1200 manatı anası ödəyib, çünki evdə yeganə işləyən şəxs anasıdır. Həmin məbləği anası öz adına kredit götürdüyü üçün edə bilmişdir. Onun hazırda 700 manat borcu var. Uşaq bir böyrək ilə sağlam doğulub, onun xəstə olması barədə arayış yoxdur, yalnız müayinə, konsultasiya olunub. İddiaçı da bunu əsas götürərək uşaqları xaricə aparır. Uşaqları burada dayə yanında qoyub aylarla Bakıda olmur, xaricdə yaşayır. O, maşın biznesi ilə məşğuldur, bir neçə evi var. İddiaçı, həmçinin, hakim Ünsiyyət xanımın məhkəmə zalında imkanının yaxşı olduğunu, xaricdə işlədiyini, onun maddi imkanının iddiaçının imkanlarından az olduğunu və bu səbəbdən uşaqların onun himayəsində qalmasının uşaqların mənafeyi üçün müsbət hal olduğunu bildirmişdi. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

17. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7791/2019 nömrəli mülki iş üzrə qəbul etdiyi 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə uşaqların 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(103)- 2100/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1562/2021 nömrəli mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sonradan İddiaçı yenidən alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3914/2022 nömrəli nömrəli mülki iş üzrə qəbul etdiyi 31 may 2022ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, hazırki iş üzrə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklliyin (özünün maddi vəziyyətinin azalması, əmək qabiliyyəti olmaması səbəbindən işləyə bilməməsi, cavabdehin kifayət qədər gəlirlərinin olması və s.) olmasını sübut edə bilməmişdir, digər tərəfdən cavabdehin məhkəməyə təqdim etdiyi arayışdan göründüyü kimi həmin şəxs halhazırda işsizdir və aliment borcunu ödəyə bilmədiyinə görə inzibati qaydada cərimə olunmuşdur. Həmçinin, iddiaçının alimentin artırılması barədə iddia tələbinə Bakı Apellyasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsinə əsasən münasibət bildirilmiş və həmin qətnamənin qəbul edildiyi tarixdən sonra cavabdehin maddi vəziyyətdə yaxşıya doğru hər hansı dəyişikliyin olması barədə iddiaçı tərəfindən sübutlar təqdim olunmamışdır. Qanunvericiliyin tələbinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Odur ki, qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı da cavabdeh ilə birlikdə bərabər hüquq və vəzifələrə malikdir və uşağın saxlanmasında bərabər şəkildə iştirak etməlidir.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. İddia rədd edildiyi üçün mediasiya orqanına ödənilmiş rüsum iddiaçının özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə

22. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Vəlı̇ yev Nərı̇ man Vaqı̇ f oğlunun cavabdeh Mehdı̇ yeva Nı̇ gar Bəxtı̇ yar qızına qarşı "alimentin artırılması" tələbinə dair iddiası rədd edilməlidir.

23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia rədd edilsin. Mediasiya orqanına ödənilmiş rüsum iddiaçı Vəlı̇ yev Nərı̇ man Vaqı̇ f oğlunun özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar