Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1829/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı QSC «Bank Standart» KB Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard’ KB ilə Cavabdeh arasında bağlanmış 17 mart 2015-ci il tarixli 1xx/xx/99133/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1577.28 ABŞ dolları (bir min beş yüz yetmiş yeddi ABŞ dolları 28 sent) məbləğində əsas borc, 2059.37 (iki min əlli doqquz, 37 sent) ABŞ dolları məbləğində faiz borcu, 1417.01 (bir min dörd yüz on yeddi ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində cərimə borcu, 227.26 (iki yüz iyirmi yeddi ABŞ dolları, 26 sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 5280.92 (beş min iki yüz səksən ABŞ dolları, 92 sent) ABŞ dolları məbləğində pulun, 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard’ Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahat verib bildirdi ki, iddia ərizəsi məhkəməyə təqdim olunan zaman cavabdehin vəfat etməsi barədə məlumatları olmamış, cavabdehin vəfat etməsi məhkəməyə müraciət etdikdən sonra onlara məlum olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nın 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə gör barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 254.1.1-ci maddəsinə görə işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırır. Məhkəmə iddia verilərkən Cavabdeh öldüyünü nəzərə alaraq hesab edir ki, işin icraatına xitam verilməldir. Belə ki, prosessual qanunvericiliyin tələblərinə görə ölmüş şəxsə qarşı iddia qaldırıla bilməz. Əgər icraat zamanı işdə tərəf olan şəxs ölərsə, o zaman yuxarıda qeyd edilən prossesual normalara uyğun hərəkət edilir. Hazırkı halda isə cavabdeh işdə tərəf olanadək artıq vəfat etmişdir. İddiaçı hüquq varisliyi yol verdiyi təqdirdə (hazırkı işdə hüquq varisliyinə yol verilir) mərhumun hüquq varisinə qarşı həmin iddianı qaldıra bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş 120 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-1829/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1829/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver