Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1847/2024 11.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 oğlundan 3329.55 manat məbləğində əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 3329.55 manat borcun və 53.3 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-1847/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə əlavə verərək, məhkəməyə müraciət olunduğu tarixdən sonra borclu tərəfindən ödənişlər edildiyini bildirmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 3229.55 manat məbləğində əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 3229.55 manat borcun və 53.3 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə əlavə verərək, məhkəməyə müraciət olunduğu tarixdən sonra borclu tərəfindən ödənişlər edildiyini bildirmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 3179.55 manat məbləğində əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 3179.55 manat borcun və 53.3 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Şahmalıyeva Zülayə Əhməd qızı arasında bağlanmış 17 fevral 2020-ci il tarixli, 106804-170853/4 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 15.5% dərəcəsi ilə 5500 manat məbləğində kredit verilmişdir. Şahmalıyeva Zülayə Əhməd qızı 26 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Şahmalıyeva Zülayə Əhməd qızının vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, Şahmalıyeva Zülayə Əhməd qızına dair 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, Şahmalıyeva Zülayə Əhməd qızının vərəsələri kimi Cavabdeh1 və Cavabdeh2 oğlu tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. Həmin şəhadətnamələrə əsasən Cavabdeh1 və Cavabdeh2 oğlu Bakı şəhəri, Suraxanı rayonu, AB Y/S, ev 38 ünvanında 69 saylı mənzildən və 1532.49 pul vəsaitindən pay almışlar. Bundan sonra Şahmalıyeva Zülayə Əhməd qızının vərəsələri olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh1 və Cavabdeh2 oğluna xəbərdarlıq məktubu göndərilmiş, lakin banka olan borc ödənilməmişdir. 02 fevral 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3329.55 manat məbləğində əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 3329.55 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 bildirmişdir ki, vəfat etmiş yoldaşının borcudur. Kredit barədə məlumatı olmayıb. Ürəyindən əməliyyat olunmuşdur. Hər ay 50 manat ödəməklə, borcu ödəcəyini bildirmişdir. Borcu etiraf edir. İş materialları. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, mərhum Şahmalıyeva Zülayə Əhməd qızının İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 3329.55 manat əsas borc və o manat faiz borcu olmaqla, cəmi 3329.55 manat borcu vardır. İş materiallarında olan mərhum Şahmalıyeva Zülayə Əhməd qızı tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış ərizədən görünür ki, Şahmalıyeva Zülayə Əhməd qızı İddiaçı ASC-dən ona şəxsi istehlak məqsədi ilə 15.5 faiz dərəcəsilə 24 ay müddətinə 5500 manat məbləğində kreditin verilməsini xahiş etmişdir. İş materiallarında olan 106804-170853/4 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC – “Bank”, mərhum Şahmalıyeva Zülayə Əhməd qızı – “Borcalan” olmaqla, bağlanmış həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bank borcalana 5500 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 15.5 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Kreditin müddəti 24 aydır. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, mərhum Şahmalıyeva Zülayə Əhməd qızına 5500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 1 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, mərhum Şahmalıyeva Zülayə Əhməd qızına kredit illik 15.5 % və xx.xx.2020xx.xx.2022-ci il tarixlərdə hər ay 267.98 manat, xx.xx.2022-ci il tarixdə isə 268.11 manat ödəmək şərti ilə 24 ay müddətinə verilmişdir. xx.xx.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələrinin “Elektron notariat” X1 çıxarışlarından görünür ki, mərhum Şahmalıyeva Zülayə Əhməd qızının qanun üzrə vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və Ulyanovski vilayətinin Ulyanovski şəhəri, Xrustalnaya küçəsi, ev 8A, mənzil 30 ünvanında qeydiyyatda olan Cavabdeh2 oğludur. Şəhadətnamə verilən miras əmlak: ünvan 2 ünvanında yerləşən ümumi sahəsi, 2 otaqlı mənzildən və Şahmalıyeva Zülayə Əhməd qızının 1532.49 manat alınmamış pensiya məbləğindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 oğluna 106804-170853/4 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 5 iş günü müddətində ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, mərhum Şahmalıyeva Zülayə Əhməd qızının İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 3229.55 manat əsas borc və o manat faiz borcu olmaqla, cəmi 3229.55 manat borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Miras payın bağışlanması müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil birinci tərəf Cavabdeh2 oğlu tərəfindən ikinci tərəf Cavabdeh1 bağışlanılmışdır. Rusiya Federasiyası, Ulyanovsk vilayəti vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat agentliyi Ulyanovsk şəhəri, Lenin rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş İİ-BA seriyalı 626811 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şahmalıyeva Zülayə Əhməd qızı xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası, Ulyanovsk vilayəti, Ulyanovsk şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə ********************6 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47.52 kv.metr olan mənzil xüsusi mülkiyyət kimi Cavabdeh1 adına xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, mərhum Şahmalıyeva Zülayə Əhməd qızının İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 3179.55 manat əsas borc və o manat faiz borcu olmaqla, cəmi 3179.55 manat borcu vardır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1257. Mirası qismən qəbul etməyin yolverilməzliyi 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1313. Miras qoyanın kreditorlarının üstünlüyü Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə (borc müqaviləsi üzrə) qüvvədə olan müddəalar tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC və Şahmalıyeva Zülayə Əhməd qızı arasında kredit müqaviləsi bağlanmış və ona 24 ay müddətinə, illik 15.5 % dərəcəsi ilə 5500 manat məbləğində kredit verilmişdir. Şahmalıyeva Zülayə Əhməd qızı xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən, onun adına olan miras əmlakları - ünvan 2 ünvanında yerləşən ümumi sahəsi, 2 otaqlı mənzildən və Şahmalıyeva Zülayə Əhməd qızının 1532.49 manat alınmamış pensiya məbləği - vərəsəlik şəhadətnamələri üzrə Cavabdeh1 və Cavabdeh2 oğlunun adına keçirilmişdir. Cavabdeh2 oğlu miras payın bağışlanması müqaviləsi ilə ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh1 bağışlamışdır. Lakin, mərhum Şahmalıyeva Zülayə Əhməd qızından qalmış 1532.49 manat alınmamış pensiya məbləği barədə sərəncam verilməmiş və həmin pensiya məbləği hər iki vərəsənin mülkiyyətinə keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunun tələblərinə uyğun olaraq, miras əmlak üzrə hüquqlar qanun üzrə vərəsələr olan Cavabdeh1 və Cavabdeh2 oğluna keçdiyindən, onlar (vərəsələr), miras qoyanın kreditorlarına olan borcunu öz paylarına mütənasib şəkildə ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, vərəsələrin aldığı miras aktivləri miras passivlərindən artıqdır. Lakin, vərəsələr iddiaçının müraciətinə baxmayaraq, kredit müqaviləsi üzrə ödənişləri aparmamış, bununla da, Cavabdeh1 və Cavabdeh2 oğlunun hərəkətləri mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müvafiq müqavilə üzrə əsas borcu tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, mərhum Şahmalıyeva Zülayə Əhməd qızının vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 oğlundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə krеdit müqaviləsi üzrə cəmi 3179.55 manat borc miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə onların əldə etdiyini miras payına mütənasib surətdə birgə borclulardan kimi tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 51.8 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 oğlundan xx.xx.2020-ci il tarixli, 106804-170853/4 nömrəli krеdit müqaviləsi üzrə 3179.55 manat məbləğində əsas borc və 51.8 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər tərəfindən əldə edilmiş miras paylarına mütənasib surətdə tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1847/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1847/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver