Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1852/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2023-cü il tarixli MŞB/3/2023-01203 nömrəli barışıq sazişinin xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh tərəfindən 300 manat məbləğində aliment ödənilməsi hissəsinin etibarsız hesab edilməsi, X2 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (gəlirinin) ¼ hissəsi qədər, lakin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,87 misli həddindən az olmayaraq aliment tutulması və alimentin verilməsi müddəti ayrı yaşadıqları 2023-cü ilin noyabr ayından M.Qasımlı 3 yaşına çatanadək - 2025-ci ilin oktyabr ayına qədər (həmin ay daxil olmaqla) müəyyən edilməklə Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat olmaqla aliment ödənilməsi. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə rəsmi nigah qeydiyyata alınmışdır. Həmin nigahda xx.xx.2022-ci il tarixdə Qasımlı Mədinə anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1267/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. Nigahın pozulması zamanı mediasiya prosessində barışıq əldə edilmiş və xx.xx.2023-cü il tarixdə MŞB/3/2023-01203 nömrəli barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinə əsasən azyaşlı Mədinənin saxlanılması üçün aylıq cavabdeh tərəfindən 300 manat məbləğində aliment ödəniləcəyi müəyyən edilmişdir. Həmin məbləğ körpənin saxlanması üçün kifayət qədər deyil, cavabdeh maddi durumunu (maaşını) gizlətməsi nəticəsində sazişdə müəyyən edilmiş bu aliment məbləği, aliment məhkəmə tərəfindən təyin olunsaydı müəyyən ediləcək miqdardan ən azı iki dəfə azdır və körpənin artan tələbatını ödəmir. Bununla da, cavabdeh tərəfindən azyaşlının maraqları əhəmiyyətli dərəcədə pozulmuşdur. iddiaçı sazişin alimentin müəyyən edilməsi barədə olan hissəsinin etibarsız hesab edilməsini, hər ay cavabdehin qazancının (gəlirinin) ¼ hissəsi qədər, lakin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,87 misli həddindən (300/345=0,87) az olmayaraq aliment tutulmasını məhkəmədən xahiş edir. Bundan başqa, qeyd olunmalıdır ki, hazırda iddiaçı M.Qasımlını tək böyüdür, körpənin tələbatları artır və onun da nigah pozulduqdan sonra özü və uşağından ibarət ailəsinin yeni reallığa adaptasiyası ilə əlaqədar maddi köməyə ehtiyacı vardır. Uşağın böyüməsi ilə əlaqədar maddi tələbatların artması, əlavə xərclərin çıxdığı, barədə iddiaçı dəfələrlə cavabdehə bildirsə də, yalnız 2 dəfə hər dəfə 100 manat olmaqla cavabdeh ödəniş aparmış, sonra ödəniş aparmaqdan imtina etmişdir. Cavabdeh vəzifəli şəxsdir, əhəmiyyətli maaş alır, bu səbəbdən də onlar ayrı yaşadıqları 2023-cü ilin noyabr ayından M.Qasımlı 3 yaşına çatana- 2025-ci ilin oktyabr ayına qədər (həmin ay daxil olmaqla) hər ay 200 manat olmaqla cavabdehdən aliment ödənişinin aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehə aliment barədə sazişin dəyişdirilməsi, iddiaçıya aliment ödənişi və onun miqdarının müəyyənləşdirilməsi məsələlərini məhkəməyə qədər mediasiya prosesində həll edilməsi təklif olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə bundan boyun qaçırmış və xx.xx.2025-ci il tarixdə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən MŞB/8/2025- 00057 nömrəli arayış verilmişdir Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, iddiaçının evi yoxdur, valideynləri ilə birgə yaşayır, analıq məzuniyyətində deyil. İddiaçı tərəfindən 3 ayrı-ayrı mediasiya təşkilatına müraciət edilsə də, cavabdeh yalnız 3 saylı mediasiya təşkilatında iştirak etmək istədiyini bildirdi. Bundan sonra həmin halla bağlı Mediasiya Şurasına müraciət edildi və qərar verildi ki, 3 mediasiya təşkilatından istənilən birinə müraciət edə bilərsiz. İddiaçı da 8 saylı mediasiya təşkilatına müraciət etdikdən sonra cavabdehə məlumat göndərilməsinə baxmayaraq, o gəlmək istəmədiyini bildirdi. Növbəti dəfə də iclas təyin olunduqdan sonra cavabdeh gəlmədikdə arayış tərtib olundu və məhkəməyə göndərildi. Həmin məbləğin uşağın gələcək təminatını nəzərə alaraq 50 %-i uşağın adına açılmış bank hesabına köçürülməsi maddi hüquqi tələb deyil. Bunun üçün iddiaçının razılığı olmalıdır. Cavabdeh tərəf həmçinin sübut etməlidir ki, uşağa ödənilən pulu iddiaçı başqa hansı məqsədlərə istifadə edəcək. İddiaçının özünün belə bir hüququ var ki, pulun qalan hissəsini bank hesaba ödəsin. Cavabdeh istəyirsə əlavə olaraq bank hesabına ödəsin. İddiaçının uşağa xərclədiyi məbləğlərin hesabatını vermək kimi bir öhdəliyi yoxdur. İstənilən halda uşağın mənafeyi tam təmin olunmalıdır. Barışıq sazişinin 300 manat tutulması hissəsinin ləğv edilməsi, yenidən minimum əmək haqqının 0.87 misli qədərində və yaxud ¼ hissəsi miqdarında aliment tutulması, həmçinin uşağa qulluğa görə hər ay 200 manat məlbəğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, çünki tərəflər arasında mediasiya prosesində 2023-cü ildə barışıq sazişi bağlanmışdır. Növbəti mediasiya iclaslarına cavabdeh çağırılmamış və buna görə də tərəfindən Mediasiya Şurasına şikayət verilmişdir. ¼ hissədə aliment tutulmasına razı deyil, çünki indiki dövrdə böyük məbləğdə pul edir. Çünki cavabdehlə sabit əmək müqaviləsi bağlanmamışdır. Hətta iddiaçının nümayəndəsi də məhkəmə iclasında bildirmişdi ki, cavabdehin əmək müqaviləsi bir aydan bir uzadılır. Əmək haqqından tutulmanın hamısının iddiaçıya verilməsi məqsədəmüvafiq deyil. Çünki iddiaçının özü də işləyir, əmək haqqı alır. ¼ hissədə aliment tutulmasına o zaman razı olar ki, uşağın gələcək təminatını nəzərə alaraq həmin məbləğin 50 %-i uşağın adına açılmış bank hesabına köçürülsün. Uşağa qulluğa görə anaya ödənilən məbləğə gəldikdə isə, iddiaçı özü işləyir və əmək haqqı alır. İşləyən ana üçün uşağa qulluğa görə pul ödənilməsi nəzərdə tutulmayıb, buna razı deyil. İş materialları 1 saylı Bakı “ASAN” Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 5599 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022cü il tarixdə anadan olmuş X5 valideynləri X8 və Cavabdehdur. Bakı şəhər Binəqədi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İ №489029 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2024-cü il tarixində pozulmuşdur. “CMS”-in 06/25 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh son 3 ildəki gəliri 05.2022-ci il tarixdən 04.2025-ci ilə qədər cəmi 248706,85 manat təşkil edib. Bakı 3 saylı Mediasiya Təşkilatının "barışıq sazişi barədə” xx.xx.2023-cü il tarixli MŞB/3/2023-01203 saylı arayışından görünür ki, X8 tərəfindən təsvir edildiyi kimi "nikahın pozulması, uşağın ananın yanında qalması və aliment" tələbi üzrə razılıq əldə edilmişdir. Belə ki, iddiaçı X8 Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edərək Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikahın 3 ay vaxt vermədən pozulmasına, birgə nikahdan dünyaya gəlmiş X5 onun himayəsində qalmasına və hər ay onun saxlanması üçün 300 manat sabit pul məbləğində aliment tələb etdi, cavabdeh nikahın pozulamasına etiraz etmədi və X5 anasının himayəsində qalmasına və hər ay onun saxlanması üçün 300 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirdi və hər ayın 1-10 arasında aliment ödəməyi öhdəsinə götürdü. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/8/2025-00057 saylı «ilkin mediasiya sessiyasında iştirak edilməməsi» barədə arayışından görünür ki, İddiaçı «uşağa saziş üzrə ödənilən alimentin miqdarının dəyişdirilməsi, uşağın 3 yaşına çatanadək anasına aliment verilməsi və uşaqların ölkədən çıxarılmasına razılığın verilməsi» tələbi üzrə Cavabdeh xx.xx.2025 və xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin faktiki halları İddiaçı və cavabdeh X3 birgə nikahından xx.xx.2022-ci ildə X6 adlı övladı anadan olmuşdur. Tərəflər arasında nikah pozulmuş və hazırda Mədinə İddiaçı yanında qalır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1 Valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1 Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.9. Alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi İddiaçı və cavabdeh X3 birgə nikahından xx.xx.2022-ci ildə X6 adlı övladı anadan olmuşdur. Tərəflər arasında nikah pozulmuş və hazırda Mədinə İddiaçı yanında qalır. Məhkəmə müəyyən edir ki, tərəflər arasında övladları Mədinənin saxlanılması üçün alimentlə bağlı barışıq sazişi olmuşdur. Lakin daha sonra iddiaçı uşağının saxlanılması üçün daha artıq məbləğdə aliment ödənilməsini istədiyindən yenidən mediasiya təşkilatına müraciət etmiş, amma bu dəfə hər hansı bir nəticə əldə edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərin dəyişən və davamedici olmasını nəzərə alaraq hesab edir ki, irəli sürdüyü əsaslarla məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Hazırda İddiaçı, övladı Mədinənin saxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay cavabdehin qazancının (gəlirinin) ¼ hissəsi qədər, lakin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,87 misli həddindən az olmayaraq aliment tutulmasını istəyir. Cavabdeh ki, qazancının (gəlirinin) ¼ hissəsi qədər aliment ödəməyə o halda razıdır ki, həmin məbləğin 50 %-i övladının adına olan bank hesabına köçürülsün. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh Qasımlı X7 Marine Sevices B.V şirkətində işləyir və orta aylıq əmək haqqı təxminən 5000 manat təşkil edir. Məhkəmə həmçinin müəyyən edir ki, cavabdeh 2022-ci ilin may ayından həmin şirkətdə fasiləsiz olaraq əmək fəaliyyəti göstərmişdir. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını, təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasına, fiziki cəhətdən inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsini, uşağın azyaşlı olmaqla gündəlik tələbatını nəzərə alaraq, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq cavabdehdən övladının saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən təqdim edilmiş alimentin 50 %-nin uşağın adına açılmış bank hesabına köçürülməsinə dair ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericilikdə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi nəzərdə tutulmuşdur . Lakin bunun üçün məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Hazırkı işdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının alimenti uşaq üçün yox, öz şəxsi ehtiyacları üçün xərcləməsinə (xərcləyəcəyinə) dair konkret sübutlar təqdim edilməmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, alimentin bir hissəsinin uşağın bank hesabına ödənilməsi ilə bağlı işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də məhkəmənin yuxarıda qeyd edilmiş mövqeyinə uyğundur. Belə ki, məhkəmələr uşağın saxlanılması üçün ödənilməli olan alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi nəticəsinə o halda gəlirlər ki, tutulan alimentin məbləği o qədər yüksək olur ki, məhkəmə həmin vəsaitin hamısının yox, yalnız bir qisminin hər ay uşağı saxlayan valideynə, qalan hissəsinin isə uşağın adına açılmış bank hesabına ödənilməsinin uşağın üstün maraqlarına daha uyğun olduğu nəticəsinə gəlir. Hazırki qeyd edir ki, aliment müəyyən olunarkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal vəziyyətdə saxlanılması məhkəmə tərəfindən nəzərə alınmalı olan ən vacib məqamlardan biridir. Mədinənin valideynləri boşanmadan öncəki dövrdə, yəni uşağın hər iki valideyni ilə bir yerdə yaşadığı dövrdə də cavabdehin orta aylıq əmək haqqı təxminən 5000 manat məbləğində olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki zamanda tərəflərin övladı Mədinənin saxlanılması üçün nəzərdə tutulan təxminən 1000 manat məbləğində alimentin 50 % hissəsi onun adına açılan bank hesabına köçürülərsə, uşağın əvvəlki təminatını qoruyub saxlamaq mümkün olmaya bilər. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı "aliment" tələbinə dair iddia ərizəsini xx.xx.2025-ci ildə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İddia tələbinin digər hissəsi – xx.xx.2022-ci il təvəllüdlü X5 üç yaşa çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulması ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, uşaq üç yaşına çatanadək himayəsində uşaq qalan valideynə aliment o halda ödənilir ki, o, himayəsində olan uşağın yanında qalaraq ona şəxsən qulluq etməli olduğundan əmək fəlaiyyəti ilə məşğul ola bilmir, qazanc əldə edə bilmir. Hazırki işdə isə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, iddiaçı “X10" Məhdud Məsuliyyətli Cəmiyyətində memar işləyir və aylıq əmək haqqı 1698,29 manat məbləğindədir.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu ödəməkdən azad edilmişdir. Belə olan halda ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova