Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1880/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.02.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 22.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 89 manat əsas, 13,3 manat cərimə, cəmi 102,3 manat, 12.02.2021-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən 286,5 manat əsas, 42,9 manat cərimə, cəmi 329,4 manat, 03.07.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1536,7 manat əsas, 230,5 manat cərimə, cəmi 1767,2 manat, ümumilikdə 2198,9 manat borcun və 42 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "KENWOOD” markalı qarışdırıcıya görə 12 ay ödəniş cədvəli üzrə hər ay 18 manat olmaqla, cəmi 215 manat, 12.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "XİAOMİ REDMİ NOTE 9S” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 47 manat olmaqla, cəmi 561 manat, 03.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “İPAD” markalı planşetə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 86 manat olmaqla, cəmi 1536,7 manat, ümumilikdə hər üç müqavilə üzrə 2312,7 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 22.02.2021-ci il tarixli müqavilə üzrə 07.10.2021-ci il tarixində 34 manat, 12.02.2021-ci il tarixində müqavilə üzrə 07.10.2021-ci il tarixində 48 manat, 03.07.2021-ci il tarixli müqavilə üzrə ödəniş etməmiş, üç müqavilə üzrə qalıq qalmış 1912,2 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu üç müqavilə üzrə 2867 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 2867 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 286.7 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 02.03.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu 22.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 89 manat əsas, 13,3 manat cərimə, cəmi 102,3 manat, 12.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 286,5 manat əsas, 42,9 manat cərimə, cəmi 329,4 manat, 03.07.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1536,7 manat əsas, 230,5 manat cərimə, cəmi 1767,2 manat, ümumilikdə borcu hər üç müqavilə üzrə 2198,9 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC cavabdehə müqaviləyə əsasən "KENWOOD” markalı qarışdırıcıya görə 12 ay ödəniş cədvəli üzrə hər ay 18 manat olmaqla cəmi 215 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC cavabdehə müqaviləyə əsasən "XİAOMİ REDMİ NOTE 9S” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 47 manat olmaqla cəmi 561 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC cavabdehə müqaviləyə əsasən "İPAD” markalı planşetə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 86 manat olmaqla cəmi 1536,7 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 22.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə uyğun maliyyə arayışına əsasən Cavabdeh 89 manat əsas, 133 manat cərimə, ümumilikdə 222 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 12.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə uyğun maliyyə arayışına əsasən Cavabdeh 286,5 manat əsas, 429 manat cərimə, ümumilikdə 715.5 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 03.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə uyğun maliyyə arayışına əsasən Cavabdeh 1536.7 manat əsas, 2305 manat cərimə, ümumilikdə 3841.7 manat borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh İddiaçı MMC ilə bağladığı 22.02.2021-ci il tarixli, 12.02.2021-ci il tarixli, 03.07.2021-ci il tarixli müqavilələrə əsasən mobil telefon, planşet və qarışıdırıcı almış, nəticədə borc yaranmışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, mövcud iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdeh(lər)dən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdeh(lər)ə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 22.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 89 manat əsas, 13,3 manat cərimə, cəmi 102,3 manat, 12.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 286,5 manat əsas, 42,9 manat cərimə, cəmi 329,4 manat, 03.07.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1536,7 manat əsas, 230,5 manat cərimə, cəmi 1767,2 manat, ümumilikdə 2198,9 (iki min yüz doxsan səkkiz manat, doxsan qəpik) manat borcun və 42 (qırx iki) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-1880/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1880/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver